Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7593/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, rüsum) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı onun xx.xx.2025-ci il tarixində nağdsız qaydada qabaqcadan ödədiyi 1868.00 manat pulun cavabdehdən tam qaydada geri qaytarılması, cavabdehin vəsaiti qanunsuz saxladığı müddətə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq norma və prinsiplərinə uyğun olaraq, xx.xx.2025-ci ildən (malların sifariş üzrə təhvil verilməli olduğu tarixdən) məhkəmə qətnaməsinin icrasına qədər bank uçot dərəcəsinə uyğun illik faiz hesablanaraq ona ödənilməsi və işlə bağlı yaranmış məhkəmə rüsumu, poçt, notariat və digər məhkəmə xərclərinin tutulmasının cavabdehin üzərinə qoyulması, işə baxılma zamanı zəruri hesab edərsə, cavabdehin aktivlərinə məhdudiyyət qoyulması, müvəqqəti təminat tədbirlərinin tətbiqi və qərarın icrasını təmin etmək məqsədilə digər tədbirlərin görülməsi barədə qərar qəbul çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidir.
4. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
6. Hazırkı iş materiallarından görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz və ya dövlət rüsumu ödənilməsindən azad edilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
7. Halbuki, qanunun qeyd olunan maddəsinin tələbindən göründüyü kimi hazırkı ərizənin verilməsi üçün 38.68 manat məbləğində rüsum ödənilməli idi.
8. İddiaçı istehlakçılarının hüquqlarının pozulmasına görə dövlət rüsumundan azad edilməsi barədə qanunvericiliyin tələblərinə istinad etsə də, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə müqavilə öhdəliklərindən yaranmış pul tələbi ilə bağlıdır.
9. İddiaçı pul tələbi ilə çıxış etdiyindən istehlakçılarının hüquqlarının pozulmasına görə dövlət rüsumundan azad edilməsi istinsa olunur.
10. Odur ki, dövlət rüsumunun ödənilməsi barədə qəbz iş materiallarına əlavə edilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
11. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva