Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-76/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi,, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona və ailəsinə vurulan 3000 manat maddi və 2000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, 2021ci ilin aprel ayında yaşadığı mənzilin girişinin və yataq otağının divar hissəsi, digər yataq ləvazimatları (yorğan, döşək) qonşu mənzil 5-in sanitar qovşağında baş vermiş su və ya kanalizasiya sızıntısından islanaraq tamamilə istifadəyə yararsız hala düşmüş, divar kağızları qopmuşdur. Hadisədən cari ilin 28 aprel tarixində xəbərləri olmuş və qonşu mənzilin sahibi Cavabdeh tədbir görülməsi ilə bağlı məlumat vermişlər. Təəssüflər olsun ki, uzun müddət ötməsinə baxmayaraq, qonşu Cavabdeh mənzilinin sanitar qovşağının su və kanalizasiya xəttində olan nasazlığın axtarılması və aradan qaldırılması üçün heç bir iş görməmiş, yalnız lüzumsuz danışıqlar aparmaqla kifayətlənmişdir. Daha doğrusu qonşunun mənzilində baş vermiş su və ya kanalizasiya sızıntısından yaranan problemin aradan qaldırılması və yataq ləvazimatlarına dəymiş zərərin ödənilməsi istiqamətində qonşu V. Məmmədov ilə aralarında razılıq əldə edilməmişdir. Belə ki, o mənzilinin sanitar qovşağında heç bir söküntü işi aparmaq istəmir, problemin çıxış yolunu düşünmür. Bir neçə il əvvəl də buna oxşar hadisə olmuşdur. Həmin vaxt qonşuluq xatirinə baş vermiş qəza ilə əlaqədar yaranmış təmir işlərinin xərcini öz vəsaiti hesabına qarşılamışdır. Bu dəfə isə qonşunun etdiyi danışıqlar nəticəsində onun ailə üzvlərinin rahatlığı pozulmuş və mənzilinə maddi ziyan dəyməklə bərabər ailə üzvlərinə də mənəvi ziyan vurulmuş, onlar əsəb və depressiyaya məruz qalmışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, onun tərəfindən iddiaçıya hər hansı bir məbləğdə maddi və mənəvi ziyan vurulmamışdır. Belə ki, o mənzilinə usta çağırmış, lakin mənzildə heç bir sızıntı aşkar edilməmişdir. İddiaçının mənzilində yaranmış qüsurlar mənzillərdə olan rütubətə görədir. Hesab edir ki, iddia tələbində qeyd edilənlərə həqiqəti əks etdirmir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK tərəfindən verilən 06 may 2021-ci il tarixli aktda göstərilir ki, 1-ci mikrorayon, N.Nərimanov küçəsi 45 ”B” binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 5 saylı mənzilin sakini Cavabdeh məxsus mənzilin, hamam otağından su sızması nəticəsində 6 saylı mənzildə yaşayan İddiaçı məxsus mənzilə ziyan dəymişdir. Yataq otağına və dəhlizə su sızması nəticəsində yataq dəstlərin kif atması, divar kağızlarının qopması, divarda su axıntısı izləri aşkar edilmişdir. Su sızması halı ikinci dəfədir ki, baş verir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.11.2021-ci il tarixli, 10/3883 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, Ruslan MTK-nın işçiləri tərəfindən 06.05.2021-ci il tarixli aktın məlumatlarına əsasən, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilinə yanında yerləşən 5 saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzildən su sızma nəticəsində, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1028.0 manat məbləğində müəyyən olunur. Məhkəmə, qeyd edilənləri və iş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilərək, cavabdeh Cavabdeh dəymiş maddi ziyana görə 1028 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mənəvi zərərin ödənilməsinə gəldikdə isə, məhkəmə həmin hissədə də, iddianı əsaslı olmadığı üçün təmin etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında iddiaçının, cavabdehlərin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıda gərginlik yaranması, əsəb-stres, mənəvi sarsıntı keçirməsi və ya bununla bağlı onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi faktı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cəmi 130 manat məhkəmə xərcinin 26 manat hissəsi cavabdehə, 104 manat hissəsi isə iddiaçıya aid edilməlidir. (tələb 5000 manat; təmin hissə 1028 manat; 1028 : 5000 % =20%; məhkəmə xərci olan 130 manatın 20%-i =26 manat) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh dəymiş maddi ziyana görə 1028 manat məbləğində pul, 06 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli və aparılmış ekspertiza tədqiqatının dəyərinə görə, İddiaçı 80 manat, cavabdeh Cavabdeh isə 20 manat pul tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh dəymiş maddi ziyana görə 1028 manat məbləğində pul, 06 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərinə görə, İddiaçı 80 manat, cavabdeh Cavabdeh isə 20 manat pul tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-76/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-76/2022
21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver