Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7652/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı X4 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefona dair aralarında bağlanmış 08.03.2020-ci il tarixli, ST33792 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin telefona görə ödənilmiş 587.43 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, 08.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və 289 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 08.03.2020-ci il tarixdə Cavabdeh MMC-dən X4 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefon almışdır. Həmin telefonun qiyməti 587.43 manat təşkil etmişdir. İlkin olaraq 239 manat ödəniş etmişdir. Qalan 348.43 manat məbləğində pulun 7 ay ərzində ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən qrafik tərtib olunmuşdur. Aprel ayında 40 manat ödəniş etmişdir. Sonradan telefonda nasazlıq yaranmışdır. Onun tərəfindən serviz xidmətinə müraciət olunmuşdur. Serviz tərəfindən telefona baxış keçirilmiş müayinə nəticəsində cihazda mexaniki zədə və maye izləri aşkar olunmaması qeyd olunmaması qeyd olunmuş telefondakı qüsurun zavod qüsuru olduğu müəyyən olunmuşdur. Serviz tərəfindən telefonun dəyişdirilməli olduğu barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh həmin telefonu yenisi ilə əvəz etməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək ondan 318.43 manat pulun tutulması ilə bağlı ərizə vermişdir və məhkəmə tərəfindən pulun tutulması ilə bağlı əmr verilmişdir. Ona görə də hazırda cavabdeh tərəfindən ona dəymiş zərərlə bağlı bir istehlakçı kimi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 08.03.2020-ci il tarixli zəmanət talonundan görünür ki, X4 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefon İddiaçı təhvil verilmişdir. - 13.05.2020-ci il tarixli dəyişilmə aktından görünür ki, 09.05.2020-ci il tarixində "xxxx" MMC şirkətinə Redmi Note 8 Blue (İMEİ-**********90065) markalı telefon gətirilmişdir. Bildirilmiş qüsur kimi Whatsappda danışanda səs normal getmir kimi göstərilmişdir. Müayinənin nəticəsi kimi cihazda mexaniki zədə və maye izləri aşkar olunmamadığı, bildirilmiş qüsurun zavod qüsuru olduğu bildirilmişdir. Qeyd kimi aksesuarlar dəyişilmir kimi göstərilmişdir. - İş materiallarında olan 08.03.2020-ci il tarixli ST33792 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, 08.03.2020-ci il tarixində İddiaçı tərəfindən 50 manat məbləğində ilkin ödəniş edilmişdir. - İş materiallarında olan F00041100 №-li mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən 08.03.2020-ci il tarixində ilkin olaraq 239 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08.03.2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC sonuncuya dəyərini hissə-hissə ödəmək şərti ilə X4 8 128 GB Blue markalı, **********90065 seriya nömrəli telefon satmışdır. Telefonu aldıqdan bir müddət sonra həmin telefonda qüsur yaranmış, iddiaçının telefonun dəyişdirilməsi və ya yenisi ilə əvəz olunması tələbi cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bu Məcəllənin 462.1 -ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Bu Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, əşyanın qüsurlarının onun alıcıya verilməsindən əvvəl əmələ gəldiyi sübutlarla və işin faktiki halları ilə təsdiqləndiyindən, həmin qüsurlar cavabdeh tərəfindən aradan qaldırılmadığından və telefon yenisi ilə əvəz olunmadığından iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 08.03.2020-ci il tarixli, ST33792 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilməli və Cavabdeh MMC-dən 289 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış 08.03.2020-ci il tarixli, ST33792 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh MMC-dən 289 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7652/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7652/2021
25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver