Məhkəmə qərarları › İş №2(060)-7747/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7747/2021

07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7747/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı «X5» ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən cəmi 1375,24 manat pulun cavabdeh İddiaçı tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “X5” ASC-dən 05.01.2018-ci il tarixli, RK/63362/61 nömrəli kredit müqaviləsi üzrə, 36 ay müddətində 1120 manat kredit götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliyi ilk əvvəllər vaxtında yerinə yetirsə də, sonralar müəyən problemlərlə əlaqədar ləngimələr baş vermişdir. Bank tərəfindən ona hər hansı məlumat verilmədən, icra məmurunun onu icra Şöbəsinə dəvət etməsindən sonra ona məlum olmuşdur ki, barəsində Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən cəmi, 1375,24 manat pulun ondan tutulması barədə icra qeydi verilmişdir. Bildirir ki, həmin kredit müqaviləsi üzrə o, təxminən 2 il ərzində öhdəliyini yerinə yetirmiş və kredit xətti üzrə müəyyən edilmiş məbləğ mütənasib surətdə azalmalı idi. İndiki dövrdə kredit borcunun 1355,24 manat təşkil etməsi inandırıcı deyil. Məhkəmə tərəfindən «X5» ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və təqdim edilmiş sənədlər əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinin notariusu məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 06.11.2019-cu il tarixli № 81/7884 saylı icra qeydindən görünür ki, Sumqayıt qəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 oglu "Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "X5" ASC-nin xeyrinə X2 RK/63362/6 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1355 manat 24 qəpik (bir min üç yüz əlli beş manat iyirmi dörd qəpik), bundan əlavə 20 manat dövlət rüsumu olmaqla cəmi 1375 manat 24 qəpik (bir min üç yüz yetmiş beş manat iyirmi dörd qəpik) pul tutulması barədə icra qeydi verilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən icra qeydi üzrə borc məbləği mübahisələndirilir. Məhkəmə qeyd olunan tələbi «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin göstərişinə uyğun hesab edir. «Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçı icra qeydi üzrə aparılmış tələbi –borc məbləğini mübahisələndirsə də iddia tələbinin əsası olaraq istinad etdiyi hallarla bağlı heç bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə iclası dəfələrlə təxirə salınaraq iddiaçıya sübutların təqdim edilməsi təklif olunsa da, məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək təqdim edilmiş sənədlər əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı «X5» ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar