Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7865/2021 22.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyyasına qarşı “uşağın soyadının dəyişdirilməsi” tələbinə iddia dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyyasına qarşı “uşağın soyadının dəyişdirilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları-14.10.2020-ci il təvəllüdlü X1 “Hüseynli”dən “Malikli” yə dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında ərizəni onunla əsaslandırdılar ki, onlar 07.09.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç övladları var: 05.09.2008-ci il təvəllüdlü X5, 23.03.2011-ci il təvəllüdlü X6 və 14.10.2020-ci il təvəllüdlü X7. Onlar uşağın soyadını “Malikli” qoymaq istəyirlər. İddiaçı1 qeyd edir ki, “Malik” onun atasının adıdır. Atasının adını uşağa soyad qoymaq istəyirlər. Bunun üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Lakin müraciətlərinə müsbət cavab verilməmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Bildirir ki, atası vəfat etmişdir. Atasının adını yaşatmaq üçün onun adını övladına soyad vermək istəyirlər. Hesab edirlər ki, iddia tələbləri təmin olunmalı və uşağın soyadı dəyişdirilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakmiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X4 arasında 07.09.2007-ci ildə nikah bağlanmışdır. Arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikahından 05.09.2008-ci il təvəllüdlü X5, 23.03.2011-ci il təvəllüdlü X6 və 14.10.2020-ci il təvəllüdlü X7 adlı övladları vardır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş 07.09.2021-ci il tarixli , 244-164 nömrəli məktubdan görünür ki, övladları, 14.10.2020-ci il təvəllüdlü X2 “Malikli" kimi dəyişdirilməsi barədə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda ərizəçilərin nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizəçilərin müraciətinə cavab olaraq bildirilmişdir ki, övladları - 14.10.2020-ci il təvəllüdlü X2 “Malikli” kimi dəyişdirilməsi şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətləri xaricindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar 2017-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan 05.09.2008-ci il təvəllüdlü X5, 23.03.2011-ci il təvəllüdlü X6 və 14.10.2020-ci il təvəllüdlü X7 adlı övladları vardır. Malik İddiaçı1 atasının adıdır və o, atasının adını əbədiləşdirmək istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 59.1-cü maddəsinə əsasən Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə iclasında iddiaçılar tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Odur ki, məhkəmə iddianın təmin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları 14.10.2020-ci il təvəllüdlü X2 “Hüseynli”dən “Malikli” yə dəyişdirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7865/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7865/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver