Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-809/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdehlər AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi, AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi, AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Sumqayıt Notariat Kontoru tərəfindən 02 noyabr 2021-ci ildə verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, cavabdehlər AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi, AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və sənədlərinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər AR Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsi, AR Ədliyyə Nazirliyi Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontoru və Cavabdeh3 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-809/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-809/2022
28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver