Məhkəmə qərarları › İş №2(060)-8113/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8113/2021

29.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8113/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili X3, İddiaçı2, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 və müstəqil tələb irəli sürməyən üçünçü şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisi X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “uşağın soyadının dəyişdirilməsi barədə” iddia ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 26.04.2006-cı il təvəllüdlü X11 və 20.11.2012-ci il təvəllüdlü X1 “Elxanlı” kimi dəyişdirilməsinə icazə verilməsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı2 ərizəni müdafiə edərək göstərdi ki, onların 26.04.2006-cı il təvəllüdlü X11 və 20.11.2012-ci il təvəllüdlü X1 “Elxanlı” kimi dəyişdirilməsinə icazə verilməsinə dair ərizə ilə aidiyyəti üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Lakin cavabdeh özünün 09.08.2021-ci il tarixli, 430 nömrəli cavab məktubu ilə onların müraciətlərinin təmin olunmasından imtina etmişdir. Cavabdeh cavab məktubunda imtinasını əsaslandırmaq üçün hər hansı bir səbəb göstərməmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasında ad, soyad və ata adının verilməsi və dəyişdirilməsinə dair norma və qaydalar Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələrində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli qərarı ilə təsdiq edilmiş “Adm, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Cavabdeh yalnız göstərilən normativ aktlara əsasən, həmin aktlarda nəzərdə tutulan hallarda onların müraciətlərinə imtina cavabı verə bilər. Əks halda cavabdehin imtinası mövcud qanunvericiliyə zidd olmaqla yanaşı, onların və övladlarının konstitusion hüquqlarının da pozulmasına səbəb olur. Göstərilənləri nəzərə alaraq, övladları 26.04.2006-cı il təvəllüdlü X11 və 20.11.2012-ci il təvəllüdlü X1 “Elxanlı” kimi dəyişdirilməsinə icazə verilməsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 nümayəndəsi və vəkili X3 İddiaçı2 izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 və müstəqil tələb irəli sürməyən üçünçü şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisi X7 iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili X3, İddiaçı2, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 və müstəqil tələb irəli sürməyən üçünçü şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisi X6 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan, AZ-İ № 187531 saylı, 15.10.2005-ci il tarixli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı1 ilə Mirzəyeva Nərmin Rövşən qızı arasında olan nikah Sumqayıt şəhər VVADQ şöbəsində 15 oktyabr 2005-ci il tarixdə bağlanmış və 678 nömrəylə qeyd olunmaqla sonuncuya “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan, AZ-İ № 766830 saylı 11.05.2006-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 26.04.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-İddiaçı1, ana qrafasında-İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan, AZ-İ № 980814 saylı, 01.12.2012-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 20.11.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-İddiaçı1, ana qrafasında-İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının İddiaçı1 və İddiaçı2 ünvanladığı 09.08.2021-ci il tarixli məktubundan görünür ki, onların övladları 26.04.2006cı il təvəllüdlü X11 və 20.11.2012-ci il təvəllüdlü X5 soyadının “Elxanlı” kimi dəyişdirilməsi barədə müraciətə cavab olaraq bildirirlər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İş materiallarında olan AZE seriyalı, № ******** və ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 24-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi yetkinlik yaşına çatmayan (18 yaşına çatmamış) uşaqların soyadının dəyişdirilməsi məsələsi yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir və bununla bağlıiddialara inzibati məhkəmə icraatı qaydasında deyil, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müdəalarına uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları-26.04.2006-cı il təvəllüdlü X11 və 20.11.2012-ci il təvəllüdlü X1 “Elxanlı” kimi dəyişdirilməsinə icazə verilməsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları-26.04.2006-cı il təvəllüdlü X11 və 20.11.2012-ci il təvəllüdlü X1 “Elxanlı” kimi dəyişdirilməsinə icazə verilməsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar