Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-845/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh1, “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı bağçılıq kitabçasının etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X6) dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçasının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X12 "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuşdur. 1988-ci ildə iddiaçının atasına "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Çinar" B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi verilmişdir. Atası xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı atasının qanun üzrə vərəsəsidir və ona görə də məhkəməyə müraciət edir. Atasının ölümündən sonra iddiaçı həmin torpaq sahəsinin adına sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir. Lakin ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. Çıxarışın verilməsinə əsas olan sənəd isə cavabdeh "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989cu il tarixli 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti İdarə heyətinin xx.xx.1989-cu il tarixli 3 saylı protokoldan çıxarış olmuşdur. Hesab edir ki, bu qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi 1988-ci ildə həmin torpaq sahəsi iddiaçının atasına verilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh1 adına verilmiş "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti idarə heyətinin xx.xx.1989-cu il tarixli 3 saylı protokoldan çıxarışı etibarsız hesab olunmalı və Cavabdeh1 adına verilmiş çıxarış ləğv olunmalıdır. İşin hallarından da göründüyü kimi, mübahisəli bağ torpaq sahəsi 1988-ci ildə "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən iddiaçının atasının adına ayrılmışdır. İddiaçının atasına verilmiş bağçının üzvlük kitabçası indiyə qədər ləğv edilməmiş, qüvvədədir. Buna görə də həmin kitabça ilə ona verilmiş torpaq sahəsi başqa şəxslərin istifadəsinə verilə bilməz. Torpaq sahəsi ilk iddiaçının atasının istifadəsinə verildiyinə, onun adına verilmiş bağçının üzvlük kitabçası qüvvədə olduğuna görə sonradan başqa şəxsin adına həmin torpaq sahəsi ilə bağlı verilmiş üzvlük kitabçası etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia tələbini qəbul etməyərək tələbin rədd edilməsini xahiş etdi. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İ № 143200 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə beyin qansızması ilə əlaqədar ölmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-T-00xx-xx/2023 saylı bildirişdən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Çinar” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər icra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına ərazi idarəsi tərəfindən müxtəlif vaxtlarda sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük Kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi **********99 reyestr nömrəsi ilə xx.xx.2016-cı ildə vətəndaş Cavabdeh1 adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bundan əlavə iddiaçı müraciətinə üzvlük kitabçasının surətini əlavə etmiş, üzvlərin iclasının protokolundan çıxarışı isə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - AN-İ № ******* qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri, 13 mikrorayon, ev 57A, mənzil 6-da qeydiyyatda olanlar, X7 arvadı-X5, oğlu-X10, oğlu- X11 və İddiaçı hər biri miras əmlakından bərabər hissədə pay almalıdırlar. Müqavilə və digər əsaslar üzrə ölən şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmləşdirilməsinin mümkünlüyü barədə 27 aprel 2011-ci il tarixli, **********05 saylı Arayışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi 1511E ünvanda yerləşən 0.12 ha torpaq sahəsindən ibarətdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən müraciətə baxılması haqqında xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-1114/2023 saylı məlumat məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən “Çinar" Bağçılıq Yoldaşlığının 1989-ci il tarixli 269 nömrəli bağçılıq kitabçasına, “Çinar” X8 heyətinin 28 dekabr 1989-cu il tarixli 3 saylı protokolundan çıxarışına əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi üzərində 20 oktyabr 2016-cı ıl tarixli -16013280 qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1966-cı il) Cavabdeh1 tam mülkıyyəı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, **********99 reyestr nömrəli, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y, 269 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. - xx.xx.1989-cu il tarixli “Çinar” X8 heyətinin 3 saylı protokolundan çıxarışın surətindən görünür ki, Cavabdeh1 “Çinar” bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. - Trest-2 Həmkarlar Təşkilatının 25 avqust 2008-ci il tarixli 01 saylı Protokolundan çıxarışdan görünür ki, Sumqayıt Politexnik HT-a ayrılmış 40 ədəd bağ sahəsinin verilməsi dayandırılması və həmin sahə qrupun fəal üzvlərinə paylanması, 8-ci qrupun üzvlüyündən “Santexdetal” zavodun işçisi Vəlixanov Həsən və TPM-in işçisi X7 “Çinar” Bağçılıq Yoldaşlığı üzvlüyündən azad edilməsi qərara alınmışdır. - “Çinar” X1 11-ci bəndinə əsasən müəssisədə çalışan 18 yaşı tamam olmuş fəhlə və qulluqçular, həmçinin əvvəl həmin müəssidə işləmiş və pensiyada olan şəxslər Bağçılıq Yoldaşlığının üzvü ola bilərlər. 17-ci bəndinə əsasən şəxs Bağçılıq Yoldaşlığı üzvlüyündən müəssisəinin rəhbərlyinin həmkarlar komitəsi ilə birgə qəbul etdiyi qərar əsasnda çıxarıla bilər. 19-cu bəndinə əsasən “Çinar” Bağçılıq Yoldaşlığının üzvü öldüyü halda vərəsəsinin həmin torpaq sahəsindən istifadəsi saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün fakti hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının atası X12 "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuşdur. 1988-ci ildə iddiaçının atasına "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Çinar" B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi verilmiş və ona xx.xx.1988-ci il tarixli 16 saylı üzvlük kitabçası verilmişdir. X12 xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı AN-İ № ******* qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atasından qalmış mirası qəbul etmişdir. Trest-2 Həmkarlar Təşkilatının 25 avqust 2008-ci il tarixli 01 saylı Protokolundan çıxarışa əsasən X7 “Çinar” Bağçılıq Yoldaşlığı üzvlüyündən azad edilməsi qərara alınmışdır. xx.xx.1989-cu il tarixli “Çinar” X8 heyətinin 3 saylı protokolundan çıxarışın surətindən görünür ki, Cavabdeh1 “Çinar” bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmişdir, Cavabdeh1 "Çinar" B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi verilmiş və ona xx.xx.1988-ci il tarixli 16 saylı üzvlük kitabçası verilmişdir. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi müddəaları haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda ilk növbədə torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin ümumi məzmununa görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mübahisə predmetinə çevrilmiş bağ torpaq sahəsinin dövlət və ya bələdiyyə deyil, xüsusi mülkiyyətə daxil olan torpaq sahəsi olması işin mübahisəsiz halıdır. Belə ki, daha öncə qeyd olunduğu kimi 1988-ci ildə iddiaçının atasına "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Çinar" B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi verilmiş və ona xx.xx.1988-ci il tarixli 16 saylı üzvlük kitabçası verilmişdir. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki i fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq İ təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu hnaddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikas Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində ola (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılı təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İstinad olunan hüquq normalarının əsas dispozitiv şərtlərindən göründüyü kimi fərdi yaşayı evlərinin həyətyanı sahələri, fərdi, kollektiv və kooperativ bağları, dövlət bağçılıq təsərrüfatını idarəçiliyindəki bağlar əvəzsiz olaraq bağ sahibi olan vətəndaşların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsuh əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzni dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiJ imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Göstərilən hüquq normalarını daha geniş təsvir edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləri və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratım öz iradəsinə görə müəyyən etmək), həm də qüvxəua olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadla mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd edilən hüquq normalarını hazırki mübahisəyə tətbiq edən məhkəmə qeyd еdir ki, doğrudur, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən də göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınmamışdır. Hər halda məhkəmə iddiaçının həmin torpağa dair hüquqlarını əmlak hüquqları kimi qiymətləndirib, məsələyə məhz bu konteksdən yanaşmağı əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Qərarında məsələyə aşağıdakı kimi hüquqi mövqe nümayiş etdirilmişdir: «Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə İ nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir şrraprinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdinİməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi 1988-ci ildə iddiaçının atasına "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Çinar" B/Y, 269 ünvanında yerləşən 0.06 ha bağ torpaq sahəsi verilmiş və ona xx.xx.1988-ci il tarixli 16 saylı üzvlük kitabçası verilmişdir. Bu hal iş materialarında olan üzvlük kitabçası və protokolla təsdiq edilir. Məhkəmə nəzərə alır ki, X7 Sumqayıt İxtisaslaşmış TTİ tərəfindən "Çinar" bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi barədə qərar xx.xx.1988-ci il tarixdə qəbul edilmiş, ona sahəsi 600 kv.m olan 269 nömrəli bağ sahəsi verilmişdir. İşdə olan Tədliyə bildirişindən görünür ki, İddiaçı "Çinar" bağçılıq cəmiyyətinə olan 269 saylı torpaq sahəsinə dair borcu yoxdur. Daha öncə istinad olunan maddi hüquq normalarına əsasən həmin bağ sahəsi artıq 1988-ci ildən iddiaçının atasının mülkiyyətinə verilmiş hesab olunur. Cavabdeh1 fərqli olaraq o, mülkiyyətinə verilmiş həmin bağ sahəsinin özəlləşdirilməsinin rəsmiləşdirməsini başa çatdırmasa da, 269 nömrəli bağ torpaq sahəsinə dair ona verilmiş üzvlük kitabçası ləğv edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan təqdirdə 269 nömrəli bağ sahəsinin Cavabdeh1 verilməsi qanuni sayıla bilməz. Belə ki, Trest-2 Həmkarlar Təşkilatının 25 avqust 2008-ci il tarixli 01 saylı Protokolundan çıxarış əsasında X7 “Çinar” Bağçılıq Yoldaşlığı üzvlüyündən azad edilməsi Nizamnaməyə üyğüun olmamış. Bununla yanaşı 25 avqust 2008-ci il tarixdə X12 üzvlükdən azad edildiyi halda həmin torpaq sahəsinin Cavabdeh1 xx.xx.1988-ci il tarixdə 16 saylı üzvlük kitabçası əsasında verilməsi qeyri-mümkündür. Öncə istinad olunan maddi hüquq normalarının tələblərinə görə könüllü özünü idarə təşkilatı kimi “Çinar” Bağçılıq Yoldaşlıq təşkilatı səlahiyyət həddini aşaraq X9 ayrılmış torpaq sahəsindən sonuncunu məhrum etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.7-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderil kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışlar əsas hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 Telman Əvəz oğluna verdiyi özəlləşdirmə üçün əsas olmuş üzvlük kitabçası etibarsız hesab edilməliidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları özündə ehtiva edir. Həmin əsaslardan biridə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışdır. Hazırki iş üzrə X2 İdarə Heyətinin Cavabdeh1 verdiyi özəlləşdirmə üçün əsas olmuş bağçının üzvlük kitabçası etibarsız hesab edildiyindən, həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli, 269 saylı torpaq sahəsinə dair bağçılıq kitabçası etibarsız hesab edilsin və həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-845/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-845/2024
04.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver