Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8562/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 15-ci bəndində izah edilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia baxılmamış saxlanıldığından iş üzrə qəbul edilmiş iddianı təmin etmək tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(060)-8562/2021 saylı qərardadı ilə görülmüş tədbirlər ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(060)-8562/2021 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, RENAULT TONDAR-90 markalı **- FA-*** dövlət qeydiyyat nişanlı (ağ rəngli) avtomobil üzərinə həbs qoyulması növündə görülmüş iddianı təmin etmək tədbirləri ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8562/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8562/2021
07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver