Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9154/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzi notariat ofisinə qarşı notariat ofisinin üzərinə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin qoyulması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Regional Asan Xidmət Mərkəzi notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6.). İddiaçı iddia ərizəsində bacısının vərəsəsi kimi tanınması üçün cavabdehə müraciət etdiyini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən ona imtina cavabı verildiyini bildirir. Lakin, cavabdehə müraciət etməsi və iddiaçıya rəsmi qaydada imtina cavabı verilməsi barədə iddia ərizəsinə hər hansı sənəd əlavə edilməmişdir. Yəni iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmədən məhkəməyə müraciət etmişdir ki, bu da iddia ərizəsinin qaytarılması üçün əsasdır. Eyni zamanda iddiaçı iddia tələbində cavabdehin üzərinə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin qoyulmasını xahiş edir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilmə müddətinin ötürülməsi səbəbindən imtina cavabı verilibsə, iddiaçı mirasın qəbul edilmə müddətinin uzadılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzi notariat ofisinə qarşı notariat ofisinin üzərinə vərəsəlik hüququna dair şəhadətnamə vermək vəzifəsinin qoyulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-9154/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9154/2021
22.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver