Məhkəmə qərarları › İş №2(060)-92/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-92/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-92/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh1 və onun vəkili X6, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tüstü bacasının təmir edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilinə xidmət göstərən havatənzimləyicisinin, tüstü bacasının işlək vəziyyətdə təmin edilməsi məqsədilə hörülmüş və suvanmış hissələrinin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən maddi zərərə görə 3000 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 8000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzili iddiaçıya və onun ailə üzvlərinə məxsusdur. Mənzilin üstündə (ikinci mərtəbədə) X5 ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh 2017-ci ildə yaşadığı mənzili təmir etdirən zaman qaz sobasının tüstü borusunu (bacasını), nəfəsliyi və havalandırma sistemini kərpic və suvaqla hörmüşdür. Nəticədə hamam otağında tüstü bacası və nəfəslik bağlandığından iddiaçı oradan istifadə edə bilmir. Hər dəfə yuyunmaq üçün hamamın qapısını, mənzilin bütün pəncərə və qapılarını açıq qoymalı olur ki, bu da onun və uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Cavabdehə etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Cavabdeh bildirmişdir ki, evini təzə təmir etdirib və hava bacasını aça bilməz. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənzilinə 3000 manat maddi ziyan dəymişdir. Həmçinin iddiaçı daim dəm qazından boğulmaq qorxusu altında yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh X5 əsl Cavabdeh1 ilə əvəz edilmiş və Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. xx.xx.2021-ci il tarixində iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-cu mənzili həqiqətən iddiaçının mənzilinin üst mərtəbəsində yerləşir. Mənzil əvvəllər onun mülkiyyətində olmuşdur. Mənzildə təmir işləri aparılsa da hesab etmir ki, həmin işlər iddiaçının yaşadığı mənzilin havalandırmasına təsir göstərsin. İddiaçı vaxtilə onlara bu barədə müraciət etmişdir. Onlar mənzil istismar sahəsindən nümayəndə dəvət edərək iddiaçının mənzilinə baxış keçirmək istəmişlər. Lakin, iddiaçı onlara baxış keçirməyə imkan verməmişdir. Sonradan o, 22-ci mənzili Cavabdeh2 satmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili Abbasov iddiaya etiraz edərək bildirdi ki, qeyd edilən məsələnin araşdırılması üçün cavabdeh mənzil istismar sahəsinin nümayəndəsi ilə iddiaçının mənzilinə baxış keçirmək istəsə də iddiaçı buna imkan verməyib. Əgər tüstü bacası tutulmuşsa bacanı iddiaçının mənzilindən istifadə etmədən açmaq mümkün deyil. Lakin, iddiaçı buna şərait yaratmayıb. Yəni, iddiaçının mənzilinə ziyan dəymişsə də bu Cavabdeh1 təqsiri üzündən baş verməyib. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mənzili həqiqətən alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 almışdır. Mənzilin tüstü bacasını təmizlətdirmişdir. Hal-hazırda iddiaçının mənzilinin havalandırma sistemində heç bir problem yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iştrirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. Məcburi köçkün vəsiqəsinə əsasən iddiaçı Füzuli rayonundan məcburi köçkün olmaqla Sumqayıt şəhərində məxsunlaşmışdır. 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 129 saylı arayışına əsasən iddiaçı 4 övladı ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilində yaşayır. 1 saylı 1 saylı Mənzil Kommunal Sahəsinin mühəndisi X1, sahə ustaları X9 və Səfərova Gülnarə ənvər qızı tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 130 saylı aktda göstərilmişdir ki, iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hamamın tüstü bacası, nəfəsliyi və bütün havalandırma bacası işləmir. Bunun üçün ustalara müraciət etmişlər. Usta tərəfindən bildirilmişdir ki, mənzilin havatəmizləyici baca 2-ci mərtəbədə yerləşən 22ci mənzildə 2 il əvvəl aparılmış təmir və tikinti işləri nəticəsində tutulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzili (bundan sonra – mübahisəli mənzil) X2 mülkiyyətindədir. xx.xx.2014-cü il tarixli etibarnamə ilə Cambulad Hümbətov mübahisəli mənzilə sərəncam verməyi və digər hüquqları iddiaçıya etibar etmişdir. Sumqayıt Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin böyük inspektoru, 1 saylı MKS-in sahə ustası və iddiaçı tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir mübahisəli mənzilin vanna otağına aşağıdan baxış keçirərkən havalandırma sisteminin yuxarıdan daş və suvaqla tutulduğu müəyyən edilir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-ci mənzili Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. Məhkəmə iclasında ifadə vermiş şahid X7 öz ifadəsində bildirmişdir ki, o Cavabdeh1 qudasıdır. İddiaçının mənzilində yaranmış problem barədə öyrənəndə o, MKSin mühəndisi ilə birlikdə iddiaçının mənzilinə getmişlər. Həmin mənzilə yalnız bir dəfə daxil olaraq hamam otağına baxmışlar. Sonradan qayıdıb 22-ci mənzilə baxıb yenidən iddiaçının mənzilinə gəldikdə iddiaçı onları mənzilə buraxmamışdır. 22-ci mənzildə aparılmış təmirdə iştirak edən ustalar da həmin təmirin iddiaçının mənzilin havalandırma sisteminin tutulması ilə əlaqəsi olmadığını bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il ekspert rəyində göstərilmişdir ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilinin hamamının havalandırma bacasında hər hansı nasazlıq yoxdur. Lakin tüstü bacası kərpic materialı ilə hörüldüyündən tüstü bacasında nasazlıq mövcuddur. Həmin mənzilin hamamının tüstü bacasında, nəfəsliyində nasazlıq 22-ci mənzilin havalandırma sistemində aparılmış təmir və tikinti işləri nəticəsində yaranmışdır. 19-cu mənzilin hamamının tüstü bacasında, nəfəsliyində və havalandırma sistemində yaranan nasazlıq nəticəsində həmin mənzilə ziyan dəydiyi müəyyən edilir. Həmin qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 307 manat məbləğində olduğu müəyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-ci mənzili Cavabdeh1 mülkiyyətində olmuş və onun təırəfindən Cavabdeh2 satılmışdır. Həmin mənzil satılanadək Cavabdeh1 tərəfindən mənzilin havalandırma sistemində təmir işləri aparılmışdır ki, bu da iddiaçının yaşadığı 19 saylı mənzilin havalandırma sistemində nasazlıq yaranmasına və mənzilə ziyan dəyməsinə səbəb olmuşdur. İddiaçı maddi ziyan kimi iddia ərizəsində 3000 manat tələb etsə də, ekspert rəyində həmin məbləğ 307 manat məbləğində qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli 307 manat maddi ziyan Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda 5000 manat mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Göründüyü kimi Cavabdeh1 tərəfindən 22-ci mənzilin havalandırma sistemində aparılmış təmir tikinti işləri nəticəsində iddiaçıya məxsus mənzilin havalandırma sistemində nasazlıq yaranmış və onda müəyyən narahatlıqların yaranmasına, gündəlik həyat tərzinin müvəqqəti olaraq pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçıya dəymiş mənəvi zərəri 100 manat məbləğində müyyən edərək həmin məbləğin Cavabdeh1 tutulmalı olması qənaətinə gəlir. Mülki Məcəllədə gösərilmişdir ki, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər (1098.2.). İşdən göründüyü kimi Cavabdeh2un iddiaçıya maddi və mənəvi ziyan vurulmasında hər hansı təqsirli hərəkəti mövcud deyildir. Bu səbəbdən iddia maddi və mənəvi ziyanın əvəzinin tutulması hissəsində Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Lakin, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-ci mənzili hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Bu səbəbdən həmin mənzilin havalandırma sisteminin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsi həmin cvaabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 307 (üç yüz yeddi) manat, mənəvi zərərə görə 100 (yüz) manat olmaqla, cəmi 407 (dörd yüz yeddi) manat pul Cavabdeh1 tutularaq İddiaçı verilsin. Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 19-cu mənzilinə xidmət göstərən havatənzimləyicisinin, tüstü bacasının işlək vəziyyətə gətirilməsi məqsədilə Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 17/30 saylı evin 22-ci mənzilinin havalandırma sisteminin tutulmuş hissələrinin açılması vəzifəsi Cavabdeh2 həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar