Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-921/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanında, Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında, Yeni qaydalarla AZ 5021,ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ölən X1 mülkiyyətində olmuş, onun ölümündən sonra da vərəsəlik qaydasında iddiaçılara keçərək hər birinin payı ½ hissə olmaqla birgə mülkiyyətləri olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Lakin 20 ildən çoxdur ki, başqa yaşayış evinə köçərək yaşayan əmiləri Cavabdeh1 və onun arvadı Cavabdeh2 iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinə əsassız olaraq qeydiyyata alınmışlar. Halbuki, adı çəkilən şəxslər ölən atalarına məxsus olmuş və hal-hazırda da iddiaçıların birgə mülkiyyətində olan fərdi yaşayış evində deyil, vaxtı ilə babalarına məxsus olmuş və sonradan sökülərək artıq mövcud olmayan fərdi yaşayış evində qeydiyyatda olmuşlar. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 16 yanvar 1998-ci il tarixli, 52 saylı sərəncamı ilə Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən 1955-ci ildən tikilmiş ümumi sahəsi 69,60 kvadrat metr,yaşayış sahəsi 49,1 kvadrat metr ,ümumi torpaq sahəsi 1341,0 kvadrat metr olan 549 saylı fərdi yaşayış evi ölən babaları X7 adına hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında sözügedən fərdi yaşayış evi Sumqayıt şəhər keçmiş X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən X7 mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş, onun ölümündən sonra isə vərəsəlik qaydasında hər birinin payı ½ olmaqla X1 və əmiləri X11 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq bu barədə onların adlarına Qeydiyyat Vəsiqəsi verilmişdir. Qeyd olunan fərdi yaşayış evinin sahəsi 1341,0 kvadrat metr təşkil edən həyətyanı torpaq sahəsi isə sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 15 fevral 2012-ci il tarixdə verilmiş ********** Qeydiyyat nömrəli,MA seriyalı ******* saylı çıxarışa əsasən hər birinin payı ½ olmaqla ataıarı X8 və əmiləri X9 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Ataları və əmisi razılığa gələrək fərdi yaşayış evini və torpaq sahəsini öz aralarında bölmüş və nəticədə fərdi yaşayış evi bərabər şəkildə,həyətyanı torpaq sahəsi isə 596 kvadrat metri X1, qalan 745 kvadrat metr hissəsi isə əmiləri Cavabdeh1 mülkiyyəti kimi müəyyən edilmişdir. X1 mülkiyyətində qalmış sahəsi 596 kvadrat metr təşkil edən həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 30 dekabr 2015-ci il tarixdə verilmiş ********** Qeydiyyat nömrəli,RX seriyalı ******* saylı çıxarışa əsasən X8 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Əmiləri Cavabdeh1 onun sərəncamında qalmış 745 kvadrat metr torpaq sahəsini öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirdikdən sonra həmin torpaq sahəsini və payına düşən fərdi yaşayış evinin müvafiq hissəsini 26 dekabr 2015-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4- Ə-547 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X5, sonuncu da 29 dekabr 2015-ci il tarixdə torpaq üzərində hüququnu dövlət qeydiyyatından keçirmişdir. X6 Əlirza Əliyulla oğlunun torpağını aldıqdan sonra Cavabdeh1 ilə atalarının birgə mülkiyyətində olmuş fərdi yaşayış evinin həmin torpaq sahəsində yerləşən hissəsini sökərək bir qədər kənarda yeni fərdi yaşayış evi inşa etdirmişdir. Sözügedən evin bir hissəsi sökülərkən evin atalarının istifadəsində qalmış hissəsi də zədələndiyindən, X4 evin qalan hissəsini də sökərək onun yerində hal-hazırda mülkiyyətləri olaraq qeydiyyatdan keçmiş yeni fərdi yaşayış evi inşa etdirmişdir. Nəticədə, babalarına məxsus olmuş və sonradan vərəsəlik qaydasında X4 ilə əmiləri Cavabdeh1 paylı mülkiyyətinə keçmiş fərdi yaşayış evi sökülmüş, yerində atalarına məxsus torpaq sahəsində ataları tərəfindən, əmilərinin X3 torpağında da sonuncu tərəfindən yeni fərdi yaşayış evləri inşa edilmişdir. Ancaq Cavabdeh1 mülkiyyətinə keçmiş 745 kvadrat metr torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X2 sonra 2016-cı ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək ölən babalarına məxsus olmuş və Sumqayıt şəhər keçmiş X10,Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən babalarının vəfatından sonra vərəsəlik qaydasında hər birinin payı ½ olmaqla X1 və əmiləri Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq onların adlarına verilmiş Qeydiyyat Vəsiqəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla dəyişdirilməsini xahiş etmişdir. Halbuki, həmin dövrdə sözügedən fərdi yaşayış evi artıq mövcud olmamışdır. Çünki, qeyd olunan fərdi yaşayış evi yuxarıda qeyd edildiyi kimi, X4 ilə və əmiləri Cavabdeh1 arasında real bölgü aparılmaqla bölünmüş, Cavabdeh1 evin ona aid edilmiş hissəsini torpaq sahəsi ilə birlikdə X5 ,sonuncu da fərdi yaşayış evinin sözügedən hissəsini sökərək torpaq sahəsində yeni fərdi yaşayış evi inşa etmişdir. X4 da atasından qalmış evin ona aid hissəini sökərək yerində yeni fərdi yaşayış evi inşa etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh1 müraciəti düzgün araşdırılmamış, torpağa və mövcud fərdi yaşayış evinə yerində baxış keçirilməmiş və nəticədə mövcud olmayan daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərək Sumqayıt şəhər keçmiş X10, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən babamızın vəfatından sonra vərəsəlik qaydasında nər birinin payı ½ olmaqla X1 və əmiəri Cavabdeh1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınaraq onların adlarına verilmiş Qeydiyyat Vəsiqəsi eyni paylarla çıxarışla əvəz edilmişdir. Nəticədə, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsaslanaraq o, atalarının mülkiyyətində oan 596 kvadrat metr torpaq sahəsində sonradan inşa etdirdiyi fərdi yaşayış evinin ½ hissəsinin ona aid olduğunu iddia etməyə başlamışdır. Bu səbəbdən yol verilmiş qanunsuzluğun aradan qaldırılması məqsədi ilə iddiaçılar tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2l(118)-916/2022 saylı,27 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbləri edilmiş, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı "Hüquqların Dövlət oeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" qanunsuz olduğu səbəbindən ləğv edilmişdir. Buna baxmayaraq Cavabdeh1 və arvadı Cavabdeh2 artıq mövcud olmayan fərdi yaşayış evinə olmuş qeydiyyatları sonradan ataları tərəfindən tikilmiş və hal-hazırda mülkiyyətlərində olan fərdi yaşayış evinə qeydiyyat olaraq qalmaqdadır. Həmin şəxslərin mülkiyyətlərində o an fərdi yaşayış evində əsassız olaraq pasport qeydiyyatında qalmaları səbəbindən ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək onların mülkiyyətlərində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişlər. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyevin imzası ilə verilmiş 27 iyul 2023-cü il tarixli,3-13-58/2-N-31687/11/23 saylı cavab məktubunda müraciətlərindən imtina olunaraq adı çəkilən şəxslərin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun sayıldığı o dirilərək aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.Tərəflərindən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunaraq cavabdehlərin mülkiyyətlərində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etsələr də, məhkəmə tərəfindən sözügedən mübahisənin inzibati deyil, mülki xarakterli olduğu bildirilərək iddia ərizəsinin geri götürülüb cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi tələbi ilə mülki icraat qaydasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmələri tövsiyə olunmuşdur.Bu səbəbdən sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsini xahiş etmək məcburiyyətində qalmışlar. Hesab edirik ki, ailə üzvləri olmayan və 20 ildən çoxdur ki, daimi yaşamaq üçün başqa yaşayış yerinə köçüb getmiş cavabdehlərin sonradan ölən ataları tərəfindən tikilmiş və hal-hazırda mülkiyyətlərində olan fərdi yaşayış evinə səhvən qeydiyyatlarının qalması fərdi yaşayış evinin mülkiyyətçisi olaraq mülkiyyət hüquqlarını pozmaqdadır. Eyni zamanda cavabdehlərin yuxarıda göstərilən səbəblərdən mülkiyyətlərində olan fərdi yaşayış evinə istifadə hüququ üçün əsaslar olmadığından, artıq onların həmin evə istifadə hüququna xitam verilməklə mənzilə olan pasport qeydiyyatlarının ləğv edilməsini istəyirlər. Bu səbəbdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətlərində olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsini tələb etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini, eyni zamanda mülki işin qiyabi icraat qaydasında keçirilməsinə etiraz etmədiyini bildirdilər. Bununla bağlı yazılı ərizə tərəflərindən məhkəməyə təqdim edildi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçıların izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-916/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 549 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 08 iyun 2016-cı il tarixdə qanunsuz aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında, Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən 0,0596 ha sahəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 Ağarazi oğluna məxsusdur. Hüquq sahibləri 1/2 hissədə İddiaçı1 Ağarazi oğlu, ½ hissədə İddiaçı2dur. - Azərbaycan Respublikası DİN Sumqayıt şəhər Polis İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun sayıldığı bildirilərək aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçılara məxsus ünvan 3 ünvanında qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında, Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən 0,0596 ha sahəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 Ağarazi oğluna məxsusdur. Cavabdehlər iddiaçıların əmisi və onun arvadıdır. Cavabdehlərin iddiaçılara məxsus mənzildə formal olaraq qeydiyyatda qalmasına görə iddiaçılar mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirlər. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdur. Qeyd edilənlərə əsasən iddiaçılar pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçıların hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onların iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması iddiaçılara öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçıların mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların mülkiyyətində olan ünvan 3 ünvanında, Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-921/2024
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-921/2024
05.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver