Məhkəmə qərarları › İş №2(060)-9623/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9623/2021

06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9623/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “Bank VTB (Azərbaycan) ASC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 13 mkr, ev 5, 1A mənzilə dair onun tərəfindən ipoteka saxlayan cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin əsas öhdəlik üzrə bütün tələbini və hərracın yekunları barədə protokola və ipoteka müqaviləsi ilə əlaqədar çəkilmiş bütün xərclərinin bu məbləğdən artıq olan hissəsini 7 gün ərzində ödədikdən sonra ipoteka predmetinə tutma yönəldilməsi və onun satışına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair qərarı»-nın 4 №li qərarına əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə məhkəmə qaydasında baxılmalı olmadığına görə iddia ərizəsi icraata qəbul edilməyərək geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət elilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 24-26, 32, 151, 153,263, 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər “Bank VTB (Azərbaycan) ASC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı Sumqayıt şəhəri, 13 mkr, ev 5, 1A mənzilə dair onun tərəfindən ipoteka saxlayan cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin əsas öhdəlik üzrə bütün tələbini və hərracın yekunları barədə protokola və ipoteka müqaviləsi ilə əlaqədar çəkilmiş bütün xərclərinin bu məbləğdən artıq olan hissəsini 7 gün ərzində ödədikdən sonra ipoteka predmetinə tutma yönəldilməsi və onun satışına xitam verilməsi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar