Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-99/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh vəkili Vəkil2 və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 18 mart 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş maddi zərərə görə 37700 manat məbləğində pul vəsaitinin tutulması və tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 11.12.2018-ci il tarixli №-2(060)-8599/2018 saylı qətnaməsi ilə (məhkəmənin hakimi Nəriman Abıyev) iddiaçı Cavabdeh ona qarşı “maddi zərər tələbi”nə dair iddiası qismən təmin edilməklə ondan iddiaçının xeyrinə ona vurulmuş maddi zərərə görə 5300 manat (beş min üç yüz manat) məbləğində pul vəsaitinin tutulması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınaraq cavabdehə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. O həmin cavabdeh “BMW 528” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh ilə hadisə baş verəndən dərhal sonra qarşılıqlı razılaşmaya əsasən hər ikisinin bu hadisədə günahı olduğu üçün və onun da bu hadisədə xəsarət aldığına görə hər kəsin öz maşınını təmir etdirməsi və onun da müalicə xərcinin özü çəkməsi barədə razılığa gəlmişlər. Və o da bildirmişdir ki, avtomaşını özü təmir elətdirəcək və ona qarşı heç bir şikayət və tələbi olmayacaqdır. Məhz ona görə də o gedib cərimə ödəmişdir. Lakin sonradan onun müalicəyə başının qarışıq olmasından istifadə edərək cavabdeh bu cür əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Onun avtomaşınının təmirinə xərc çəkmişdir, sığorta ödənilib, üstəlik öz “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınını isə demək olar ki, metallom kimi təhvil vermişdir. 11.500 manatlıq avtomaşınına metallom tərəfindən cəmisi 1300 manat pul verilmişdir. Beləliklə də, o cavabdehin təqsiri üzündən 10200 manat ziyana düşmüşdür. Bundan xəbər tutanda artıq gec olmuşdur. Bundan başqa, əgər həmin vaxt iddiaçı Cavabdeh “BMW 528” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşınına dəymiş ziyanla əlaqədar hadisədə onun günahı yox idisə, Samir onunla niyə qarşılıqlı razılaşmaya gəlmişdi? Bu faktların sayını artırmaq olar. Bundan başqa, cavabdehin təqsiri üzündən 2019-cu ilin əvvəlindən onun əmlakları və adına olan təxminən 15 avtomaşının üzərinə həbs qoyulması nəticəsində dəfələrlə yol polisinə cərimələr ödəməklə, boşdayanmalar nəticəsində və ya avtomobilləri satıb, icarəyə vermə və sairə yolu ilə gəlir əldə etmək imkanından (gözlənilən qazanc) təxminən 2 il ərzində 50000 manat əldən çıxan faydadan - gəlirdən məhrum olmuşdur. Halhazırda da, həmin avtomobillər üzərində həbs saxlanılmışdır. Bundan başqa, iddia tələblərinin əsası kimi iddiaçı Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 İşlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X4 27 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad etmişdir. Həmin qərardan şikayət verilmişdir. Həmin qərarın ləğvi barədə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir və baş vermiş yol nəqliyyat hadisəsinin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, kifayət qədər əsaslar olmadan həmin hadisədə yalnız onun təqsirli olmağının kifayət qədər sübut olunmadığını və iş üzrə avtotexniki məhkəmə ekspertizasının təyin edilməsinin zəruruliyini tələb etmişdir. Məhkəmə həmin qərarı ləğv edərək yenidən araşdırılması üçün həmin orqana qaytarmışdır. Və Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 İşlər üzrə İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X4 12.11.2019-cu il tarixli qərarına əsasən, həmin hadisədə cavabdehin təqsiri olması sübuta yetirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülmüşdür. Ona görə də, hal-hazırda cavabdehə qarşı 37.700 manat məbləğində iddia tələbləri təmin edilməlidir. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia tələbinə dair izahat verdi və əlavə olaraq bildirdi ki, hadisə baş verən zaman İddiaçı indiki iş üzrə cavabdeh “BMW 528” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh ilə qarşılıqlı razılaşmaya əsasən hər ikisinin bu hadisədə günahı olduğu üçün maşınlara dəyən ziyanın özləri tərəfindən çəkilməsi barədə razılığa gəlmişdirlər. Lakin daha sonra Cavabdeh bu razılaşmanı pozmuş və məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 11.12.2018-ci il tarixli iş №- 2(060)-8599/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi zərər tələbi”nə dair iddiası qismən təmin edilməklə ondan iddiaçının xeyrinə ona vurulmuş maddi zərərə görə 5300 manat (beş min üç yüz manat ) məbləğində pul vəsaitinin tutulması və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin pulun böyük bir hissəsi iddiaçı tərəfindən ödənilmiş, iddiaçının az məbləğdə borcu qalmışdır. İddiaçının qalan borcu ödəməməkdə məqsədi o idi ki, cavabdeh tərəfindən də ona dəymiş ziyan ödənilsin, bundan əlavə ziyanın məbləği ilə iddiaçı razı deyil, məbləğ mütənasib şəkildə müəyyən edilməyib. Qalan borca görə isə icraçı tərəfindən iddiaçının əmlakları və adına olan təxminən 15 avtomaşının üzərinə həbs qoyulmuşdur. Bunun nəticəsində dəfələrlə yol polisinə cərimələr ödəməklə və ya avtomobillər cərimə meydançasına qoyulmaqla, o cümlədən maşınları satıb, icarəyə vermə və sairə yolu ilə gəlir əldə etmək imkanı itirilmişdir. Bununla əlaqədar iddiaçı bir xeyli gəlirdən məhrum olmuşdur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan hesab edir ki, ekspert rəyi dəymiş ziyanı tam şəkildə müəyyən etməyib. Ekspert rəyi ilə razı deyil. İddiaçının nümayəndəsi əlavə olaraq bildirdi ki, iddiaçı özünə məxsus “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınını demək olar ki, metallom kimi təhvil vermişdir və hazırda həmin maşın yoxdur. Beləliklə də, bu səbəbdən də iddiaçıya ziyan dəymişdir. Bundan əlavə cavabdehin vəkilinin sığorta ilə bağlı dedikləri ilə əlaqədar bildirir ki, hadisə baş verəndən sonra sığorta şirkəti tərəfindən iddiaçıya 1869,39 manat pul ödənilmişdir. Eyni zamanda iddiaçı maşını idarə edərkən onun həmin avtomobilə dair sərəncam vermə barədə etibarnaməsi olmuşdur. Bunları nəzərə alaraq nümayəndə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 izahat verərək bildirdi ki, bu məsələlərlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Eyni tərəflər arasında eyni predmet və eyni əsas üzrə məhkəmə mübahisəyə qiymət vermişdir. Bu gün təqdim olunan sənədlər əsas vermir ki, cavabdehdən sığortaya ödənilməyən pulla bağlı iddia qaldırılsın. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Həm də iddiaçı özü məhkəmənin qərarını icra etmir. İcra edib yenidən sığorta ilə bağlı iddia qaldıra bilərdi. İddiaçının maşını məhv olmuşdur və özünün də bunda təqsiri var idi. Qeyd olunan məbləğlər inandırıcı deyil və reallığı əks etdirmir. Bu işdə mülki iddia qaldırmaq hüququ yaranmır, yaransa belə sığorta şirkətinə qarşı yarana bilər. Burada sığorta şirkəti məsuliyyət daşıyır. Cavabdeh həmin vaxt iddiaçının güclü maddə təsiri altında olduğunu və hadisənin məhz onun təqsiri ucbatından baş verdiyini bildirir. İddiaçının təqsiri və onun tərəfindən dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qətnaməsi var. İddiaçı həmin qətnamənin icrasından boyun qaçırmış, ona görə də məhz müəyyən problemlərlə üzləşmişdir. Bundan başqa iddiaçının yol nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş avtomaşının mülkiyyətçisi olmamışdır, avtomobil başqa şəxsin mülkiyyətində olmuşdur. Onun yalnız avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Bu səbəbdən iddiaçının hansı əsasla ziyan tələb etdiyi də aydın deyil. Hesab edir ki, iddianın hüquqi əsası yoxdur. Vəkil qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iddia tələbinə etiraz edərək bildirdi ki, 14 iyun 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı təqsiri daha çox olmuşdur. Belə ki, iddiaçı arxadan yüksək sürətlə gələrək ötmə əməliyyatını yalnış həyata keçirmişdir. Arxadan gələn maşın gözləməlidi və ötmə əməliyyatı düzgün icra olunmalıdı. Arxadan gələn maşının məsuliyyəti qarşıdakından daha çoxdur. Bundan başqa onun tərəfindən dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qətnaməsi olmuşdur. Əgər iddiaçı vaxtında həmin qərarı icra etsəydi, ziyana düşməzdi. Bundan başqa nümayəndə onu da qeyd etdi ki, həmin vaxt iddiaçı müəyyən vasitələr qəbul etdiyindən onun vəziyyətinin daha da ağırlaşmaması üçün həmin an üçün tərəflər razılaşmışdırlar. Lakin tərəflər arasında hadisədə dəymiş ziyan, onun məbləği, ödənilməsi ilə bağlı heç bir razılaşma olmamışdır. Belə ki, razılıq şifahi yox, yazılı şəkildə olmalı idi. Qeyd edilənlərə əsasən nümayəndə iş üzrə ədalətli qərar qbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə edilmiş Yol-X5 işlər üzrə İstintaq və təhqiqat Şöbəsinin 04 may 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh BMW 528” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla 14 iyun 2018-ci il tarixdə saat 22.30-da Bakı-Quba yolunun 20-ci km-də hərəkətdə olarkən İddiaçı idarə etdiyi (X6 mülkiyyətində olan) “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2696 nömrəli, 15 iyun 2018ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 15.06.2018-ci il tarixdə tibbi müayinəsi zamanı alkoqol sərxoşluq vəziyyətinin və narkotik vasitə qəbul edilməsi faktının olmaması aşkar edilmişdir. İşdə olan ƏN-V 805733 saylı etibarnamədən görünür ki, X10 (etibarnamə əsasında X7) “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 07.07.2017-ci il tarixdə İddiaçı nəqliyyat vasitəsinə sərəncam vermək üçün etibarnamə vermişdir. Etibarnamə 1 il müddətinə, 07.07.2018-ci il tarixədək verilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqında 2695 nömrəli, 15 iyun 2018-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh 15.06.2018-ci il tarixdə tibbi müayinəsi zamanı alkoqol sərxoşluq vəziyyətinin və narkotik vasitə qəbul edilməsi faktının olmaması aşkar edilmişdir. İşdə olan Baş İstintaq və Təhqiqat İdarəsinin X5 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polkovnik-leytenant X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27.06.2018-ci qərarından görünür ki, həmin qərarla toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. İş materialında olan inzibati tənbeh vermə haqqında TP-1987606 nömrəli qərarın surətindən görünür ki, İddiaçı Müzəffər oğlu İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tənbehi tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8599/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı “maddi zərər tələbinə dair “ iddiası qismən təmin edilmiş, maddi zərərin əvəzi olaraq 5300 manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.07.2020-ci il tarixli, 2(102)-4239/2020 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kasasiya şikayəti təmin edilmədən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-181/2020 nömrəli iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-181/2020 nömrəli iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8599/2018 saylı 11 dekabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 27946 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW-528 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Müzəffər oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı naddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW-528 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Yol-X5 işlər üzrə İstintaq və təhqiqat Şöbəsinin 12 noyabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, HK- 1/489 nömrəli araşdırma materialında cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. İş materialında olan inzibati tənbeh vermə haqqında TP-3404741 nömrəli qərarın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş 12.12.2019-cu il tarixli İXP ******* nömrəli protokolun qərarına və inzibati xəta haqqında işin materiallaına baxaraq Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 6(060)-147/2019 saylı 01 aprel 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı şikayəti əsasında Baş İstintaq və Təhqiqat İdarəsinin X5 İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı polkovnik-leytenant X4 cinayət işinin icraatına xitam verilməsi haqqında 27.06.2018-ci qərarından İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması, İddiaçı Müzəfər oğlunun ərizəsi əsasında Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polkovnikleytenantı X4 cinayət işinin icraatına xitam verilməsi haqqında 27.06.2018-ci il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv olunması, cinayət işinin yenidən araşdırılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin 21 iyun 2018-ci il tarixli arayışından görünür ki, 14 iyun 2018-ci il tarixdə, M-1, Bakı –Quba –Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 19-km-də hərəkətdə olarkən “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilən yol nəqliyyat hadisəsi zamanı, dövlət vəsaiti hesabına inşa edilmiş həmin yol təsrrüfatına vurulmuş ziyanın ümumi məbləği cəmi 4833,60 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş müstəqil ekspert X13 tərəfindən verilmiş rəydən görünür ki, BMW-528 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan məbləğ ehtiyyat hissələrinin məbləği 5900 manat, xidmət haqqı 2500 manat olmaqla, ümumilikdə 8400 manat müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru F.Məmmədovun 18.01.2018-ci il tarixli qərarından görünür ki, borclu İddiaçı adına MERCEDES BENZ E200 minik markalı, 50DH451 qeydiyyat nişanlı, DAEWOO NEXİA minik markalı, 50DL247 qeydiyyat nişanlı, TOFAŞ ŞAHİN minik markalı, 99LG496 qeydıyyat nişanlı, BMW 5251 minik markalı, 90ND888 qeydiyyat nişanlı, VAZ 21074 minik markalı, 50DX615 qeydiyyat nişanlı, OPEL VECTRA minik markalı, 50DG279 qeydiyyat nişanlı, VAZ 21074 minik markalı, 50BP605 və VOLKSWAGEN GOLF minik markalı, 50DJ829 qeydıyyat nişanlı avtomaşınların axtarışı elan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyiyn 1175 nömrəli rəyindən görünür ki, 1983cü il təvəllüdlü Cavabdeh məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlərin – sağ budun 1 yuxarı 1/3-nin bayır səthinin və sağ baldırın yuxarı 1/3nin ön səthinin qançırlarının bərk küt əşaya (əşyalar) təsirindən törəndiyi, qərarda qeyd olunan müddət şəraitdə yəni 14.06.2018-ci il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrinin təyin edilmədiyi müəyyən edilmişdir. İş materialına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 8(060)-15/2021 saylı 22 yanvar 2021-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8599/2018 saylı, 11.12.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı adına «Mercedes Benz E220» markalı, **-DH-*** dövlət qeydiyyat nömrə nişanlı, «BMW -5251» markalı, 90-ND- 888 dövlət qeydiyyat nömrə nişanlı və «Volkswagen Golf» markalı, **-DG- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan 27.07.2021-ci il tarixli 92043 nömrəli ödəniş tapşırığından görünür ki, Günay Sığorta ASC tərəfindən X2 bank hesabına PG-212051 sığorta aktına əsasən icbari zərər ödənişi kimi 1869,39 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/8194 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil ekspert A.Ağayev tərəfindən verilən 09.06.2021-ci il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 7650 manat müəyyən edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 14 iyun 2018-ci il tarixdə İddiaçı Müzəffər oğlu BMW-528 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili və Cavabdeh BMW-528 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq, ilk növbədə Yol-X5 işlər üzrə İstintaq və təhqiqat Şöbəsinin 27 iyun 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalaraq İddiaçı ondan şikayət vermiş, Sumqayıt şəhər Məhkəməsinin 6(060)-147/2019 saylı 01 aprel 2019-cu il tarixli qərarı ilə İddiaçı şikayəti təmin edilmiş, 27.06.2018-ci il tarixli qərarın qanunsuz hesab edilməklə ləğv olunması, cinayət işinin yenidən araşdırılması üçün Baş İstintaq və Təhqiqat İdarəsinin Yol X5 İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinə qaytarılması qərara alınmışdır. Daha sonra Yol- X5 işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı və Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Beləliklə baş vermiş yol-nəqliyyat hadisəsində hər iki tərəf təqsirli hesab edilərək inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması Yol-X5 işlər üzrə İstintaq və təhqiqat Şöbəsinin 12 noyabr 2019-cu il tarixli qərarı, inzibati tənbeh vermə haqqında TP-3404741 nömrəli qərar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2019-cu il tarixli, 27946 nömrəli rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, 14 iyun 2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh İddiaçı əmlakına vurulmuş ziyana görə təqsirli olduğundan həmin hadisə nəticəsində BMW-528 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçıya məxsus BMW-528 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı, avtomaşının təmir-bərpa xərci ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2022-ci il tarixli, 9/8194 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil ekspert A.Ağayev tərəfindən verilən 09.06.2021-ci il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 7650 manat müəyyən edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən vurulmuş ziyana görə sığorta şirkəti tərəfindən 1869,39 manat sığorta (27.07.2021-ci il tarixli ödəniş tapşırığına əsasən) ödənişi həyata keçirilmişdir. Bu halı iddiaçının vəkili də məhkəmə iclasında etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən vurulmuş ziyana görə Cavabdeh 5780,61 (7650 manat ziyan - 1869,39 manat sığorta ödənişi) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməlidir. İddiaçı ona avtomaşınına vurulmuş ziyandan əlavə həm də onun adına olan təxminən 15 avtomaşının üzərinə həbs qoyulması, bununla əlaqədar cərimələr ödəməsi, avtomobillərinin satılması, icarəyə verilməsi və s. yolu ilə onlardan gəlir əldə etmək imkanının itirilməsi nəticəsində ona 30050 (37700-7650) manat məbləğində ziyan dəydiyini iddia etsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərardadları ilə iddiaçıya məxsus bir neçə avtomaşının üzərinə həbs qoyulması təklikdə iddiaçıya 30050 (37700-7650) manat məbləğində ziyan dəydiyini təsdiq edən subut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçıya məxsus bir neçə avtomaşının üzərinə həbs qoyulması Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8599/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin iddiaya etirazının dəlillərindən biri iddiaçının yol nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş avtomaşının mülkiyyətçisi olmadığından onun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmaması ilə bağlı olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı yol nəqliyyat hadisəsi baş verən vaxt “BMW 528” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam vermək hüququna dair etibarnamə ilə sahiblik etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.4). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X11rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Göründüyü kimi, mübahisələndirilən avtomobil üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, İddiaçı həm mübahisəli avtomobilə gözlənilən mülkiyyət hüququ, həm də avtomobildən fasiləsiz və mübahisəsiz istifadə hüququ olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə isə əmlakdan istifadə hüququ əmlak hüququ sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçını hazırki iddia ilə məhkəməyə müraciət etməyə imkan verən subyektiv hüququn sahibi hesab etmək olar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (təxminən 15% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 4,50 manatı cavabdehdən tutulmalı, 25,50 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 15% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 15 manatı cavabdehə, 85 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5780,61 (beş min yeddi yüz səksən manat altmış bir qəpik) manat məbləğində dəymiş ziyan və 4,50 (dörd manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 85 (səksən beş) manat, Cavabdeh isə 15 (on beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-99/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-99/2022
18.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver