Məhkəmə qərarları › İş №2(061)-1028/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1028/2025

07.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1028/2025 07.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, məlum Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq onlar 1988-ci ildə Ermənistan Respublikasından deportasiya edilmiş və qaçqın düşərək Tərtər rayon Bəyimsarov kəndində məskunlaşımışlar. Həmin vaxt Tərtər rayon Bəyimsarov kənd sakini erməni əsilli olan X2 və onun ailə üzvləri ilə qarşılıqlı müqavilə imzalayaraq şəxsi istəyi ilə Bəyimsarov kəndində yerləşən öz şəxsi evini onun ailəsinin Ermənistan Respublikası Ararat rayonunun Xalisə kəndində yerləşən evləri ilə dəyişmişlər. Beləcə, o və ailə üzvlərinin Ermənistan Respublikasından qaçqın düşdükləri 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdikləri 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evində məskunlaşıb yaşamışlar. O və ailə üzvləri 1988-ci ildən indiyədək keçən 37 il ərzində həmin fərdi yaşayış evində yaşayırlar. Həmin evə bütün kommunal xərclərini ödəmişlər. Hazırda da ödəməkdə davam etmişlər. Hələ sovet dövründə tikilmiş və onların qanuni istifadələrində və sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi əvvəllər dövlət mülkiyyətində olsa da müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən onun ailə üzvlərinə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildriməmiş və onlar ev şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində evlərindən və həyətyanı torpaq sahsindən maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində onların orada yaşamağına nəinki maneçilik tərədilməmiş, əksinə yuxarıda qeyd etdiyi kimi, onlardan torpağa görə əmlak vergisi, həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafiq haqq alınmışdır. Göstərilən orqanlar onlara müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onların həmin torpaq sahəsindən və 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişikləri 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evindən istifadə etməklərinə öz razılıqlarını bildirmişlər. Lakin bütün bunlara baxmayaraq həmin fərdi yaşayış evi indiyədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və bu səbəbdən də onlar torpaq və ev zərindəki mülkiyyət hüquqlarından səmərərli istifadə edə bilməmişlər. Ona görə də hesab edirlər ki, hələ 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdikləri onların qanuni istifadələrində və sahibliklərində olan 0,08 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınmalı və buna dair müvafiq sənədlər verilməlidir. Belə ki, qeyd etdiyi kimi həmin dəyişmə müqaviləsinə əsasən, inidiyədək 37 ildir ki, Bəyimsarov kəndində yerləşən evdə daimi olaraq yaşayır, lakin daşınmaz əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən evin qeydiyyatı üzrə çıxarış verilməsində çətinjlik yaradır və bunu müılkiyyət hüququnu təsdiq edən sənədin olmadığı ilə əsaslandırır. Halbu ki, o, bu evə qanuni yollarla, notarial qaydada rəsmişləşdirilmiş dəyişmə müqaviləsinə əsasən sahib olmuşdur və 37 ildir ki, fasiləsiz, maneəsiz, aşkar və daimi şəkildə istifadə edir. Lakin daşınmaz əmlaka dair hüquq müəyyən edici sənədlər olmadığı üçün cavabdeh həmin əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydə ala bilmir. Bunun nəticəsidir ki, cavabdehə yazdığı ərizəsinə cavab olaraq həmin daşınmaz əmlakın qeydə alınması üçün ona notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdikləri 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan və Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları tanınması barədə məhkəmə qətnaməsinin zəruriliyi bildirlmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Ümid edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən halları bir daha təsdiq edərək göstərmişdir ki, məlum Qarabağ hadisələri ilə bağlı olaraq 1988-ci ildə Ermənistan Respublikasından deportasiya edilmişlər. Bundan sonra məcburi qaçqın düşərək Tərtər rayon Bəyimsarov kəndində məskunlaşımışlar. Həmin vaxt Tərtər rayon Bəyimsarov kəndində yaşayan erməni əsilli X2 və onun ailə üzvləri ilə qarşılıqlı müqavilə ilə imzalayaraq şəxsi istəkləri ilə Bəyimsarov kəndində yerləşən öz şəxsi evini onun ailəsinin Ermənistan Respublikası Ararat rayonunun Xalisə kəndində yerləşən evləri ilə dəyişmişlər. O və ailə üzvlərinin Ermənistan Respublikasından məcburi qaçqın düşdükləri 1988-c ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdikləri 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evində məskunlaşıb yaşamışlar. O və ailə üzvləri 1988-ci ildən indiyədək keçən 37 il ərzində həmin fərdi yaşayış evində yaşayırlar. Həmin evə bütün kommunal xərcləri ödəmişlər. Buna baxmayaraq 37 il yaşadığı evə hüquqmüəyyən edici sənəd ala bilməmişdir. Hazırda məhkəmədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə barədə qətnamə çıxarılması barədə iddia qaldırmışdır. İddiasının təmin edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri, eləcə də məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasasən baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan rus dilində yazılmış və imzalarının erməni dilində yazılmış möhürlə təsdiq edilmiş tarixi qeyd edilməyən müqavilənin azərbaycan dilində tərcüməsindən görünür ki, Azərbaycan SSR, Mirbəşir rayonu, Bəyim Sarov kənd sakini X2, qarşılıqlı müqavilə və şəxsi istəyi üzrə şəxsi evini Ermənistan SSR, Ararat rayonu, Xalisa kəndində yaşayan İddiaçı şəxsi evi ilə dəyişir. Onlar tam qarşılıqlı razılıq verirlər və şahidlərin iştirak ilə tam olaraq imzalayırlar və qarşılıqlı razılıq verirlər. İş materiallarında olan Tərtər Rayon Bəyimsarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 181 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 1988-ci ildə Ermənistan Respublikasından Departasiya olunmuş, daxili müqavilə əsasında özünə və ailə üzvlərinə məxsus olan fərdi yaşayış evini, həyətyanı torpaq sahəsi ilə birlikdə, Tərtər rayonu Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsi ilə birlikdə olan mülkü ilə dəyişmişdir. Qeydiyyatda Bakı şəhərində olmasına baxmayaraq arvadı ilə Tərtər rayonu Bəyimsarov kəndində yaşayır. Yaşayış evi 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqdan ibarətdir. Ailə tərkibi arvadı X1 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aprılması daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 6, 8, 9, 10-cu maddələri ilə nəzərdə tutulmuş qayda və əsaslarla hüquq əldə edənin ərizəsi şəxsiyyətini təsdiq edən sənəd və ərizəyə əlavə etdiyi sənədləri əsasında aparılır. Eyni zamanda bildirilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün həmin Qanun və “X4” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə nəzərdə tutlmuş qaydada və miqdarda ərizəçi tərəfindən dövlət rüsumu dövlət büdcəsinə ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmalı və Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2023-cü il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş təriflərə uyğun olaraq xidməti haqları ödənilməlidir. Nəzərinə çatdırılmışdır ki, fərdi yaşayış evi üzərində torpaq sahəsi ilə birlikdə hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reystrin haqqında Respublikası Qanunun 8.0.9.1-ci maddəsinə əsasən hündürlüyü 12 metrədək olan yaşayış evlərnə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, Daşınmaz Əmlakın Dövlət Reystrin haqqında Respublikası Qanunun 8.0.9.1-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin mümarlıq planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənədlər tələb olunur. Bildirlmişdir ki, tərəfindən sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri yerinə yetirilərək daşınmaz əmlaka dair sənədlər əsaslar təqdim olunmaqla müraciət olunarsa, müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə elan olunmuş rus dilində yazılmış və imzaların erməni dilində yazılmış möhürlə təsdiq edilmiş tarixi qeyd edilməyən müqavilənin azərbaycan dilində tərcüməsindən görünür ki, Azərbaycan SSR, Mirbəşir rayonu, Bəyim Sarov kənd sakini X2, qarşılıqlı müqavilə və şəxsi istəyi üzrə şəxsi evini Ermənistan SSR, Ararat rayonu, Xalisa kəndində yaşayan İddiaçı şəxsi evi ilə dəyişir. Onlar tam qarşılıqlı razılıq verirlər və şahidlərin iştirak ilə tam olaraq imzalayırlar və qarşılıqlı razılıq verirlər. İddiaçı bu evə qanuni yollarla, notarial qaydada rəsmişləşdirilmiş dəyişmə müqaviləsinə əsasən sahib olduğunu göstərsə də bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhz həmin yazıları notarial qaydada bağlanmış dəyişmə müqaviləsi adlandıraraq sübut növü kimi məhkəməyə təqdim etmişdir. Bu müddətədək iddiaçı yaşadığı fərdi yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı qanunamüvafiq hərəkətlər etməmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı evin adına sənədləşdirilməsi üçün zəruri olan sənədləri təqdim edə bilmədiyindən onun müraciəti həll edilməmişdir. Bununla da iddiaçının təqdim etdiyi aralarında razılaşdıqları müqavilə deyilən yazıların hər hansı bir hüquqi qüvvəsi olmamış və həmin müqaviləadlandırılan yazılar ilə sənədləşdirilmə işlərinin aparılması mümkünsüz olmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materillarındakı sənədlərin araşdırlması zamanı müəyyən edildi ki, iddiaçı məlum Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq onlar 1988-ci ildə Ermənistan Respublikasından deportasiya edilmiş və qaçqın düşərək Tərtər rayon Bəyimsarov kəndində məskunlaşımışlar. Həmin vaxt Tərtər rayon Bəyimsarov kənd sakini erməni əsilli olan X2 və onun ailə üzvləri ilə qarşılıqlı müqavilə imzalayaraq şəxsi istəyi ilə Bəyimsarov kəndində yerləşən öz şəxsi evini onun ailəsinin Ermənistan Respublikası Ararat rayonunun Xalisə kəndində yerləşən evləri ilə dəyişdiklərini bildirsə də bununla bağlı notarial qaydada tərtib təsdiq edilmiş sənədləri məhkəməyə təqdim edə bilməmiş, bu müddət ərzində evi adına sənədləşdirməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə sənədləşmə ilə bağlı müraciət edərkən tələb edilən sənədləri təqdim edə bilmədiyindən qeyd edilənlərə əsasən evin adına rəsmiləşdirilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçının evin dəyişdirilməsi ilə bağlı təqdim qtdiyi yazılar hüquqi sənəd kimi qəbul edilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin evin onun adına sənədləşdirilməsindən imtinası ilə bağlı sənədlərini toplayıb aidiyyət məhkəməyə müraciət etmək hüquuqna malikdir. Azərbaycan Respublikası MM-in 139-1.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Qanunun 9.1.1-ci madəsinin tələblərinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinin tələblərinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Yuxarıda qeyd olunan normalardan məlum olur ki, Azərbaycan Respublikasının Qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. İddiaçı tərəfindən hazırda mübahisəli fərdi yaşayış ona satılamasını, eləcə də dəyişmə ilə bağlı notarial qaydada tərtib və təsdiq olunmuş müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-in 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bütün bunlarla yanaşı məhkəmə iddiaçının izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı tərəf iddia tələbi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, beləliklə həmin sübutların mövcud olması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini iş materiallarına əlavə etdiyi kserosurət olan və qüvvədən düşmüş etibarnaməyə əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sənədlər hesab olunurlar. Yuxarıda elan olunmuş iddiaçının təqdim etdiyi dəyişdirmə müqaviləsi adlandırdığı müqavilə hüquqi məna kəsb etmir, həmin sənədlər bəhs edilən maddədə qeyd edilən əsas sənədlərdən biri hesab edilmir. Eləcə də həmin yazılardan görünür ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.https://e-qanun.az/framework/46944 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. . Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Tərtər Rayon Xüsusi Notrait Ofisi, Tərtər rayon Bəyimsarov kənd İƏD-i və Tərtər rayon Bəyimsarov Bələdiyyəsi olmaqla notarial qaydada təsdiq edilmiş dəyişmə müqaviləsinə əsasən 1988-ci ildən Tərtər rayon Bəyimsarov kəndində erməni ilə dəyişdiyi 37 il müddətində faktiki olaraq istifadəsində və sahibliyində olan Tərtər rayon Bəyimsarov kəndində yerləşən 2 mərtəbəli, sahəsi 160 kv.metr, 5 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar