Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1037/2025 12.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 may 2018-ci il tarixli 8/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, “8/30” nömrəli mənzildən çıxarılma və mənzilin boşaldılaraq Kommunal Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində 8 saylı binada 30 nömrəli mənzilə dair 15 may 2018-ci il tarixli 8/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və “8/30” nömrəli mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, 8/30 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köşkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil olmuş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Cavabdeh tərəflər heç bir ədavətləri olmamış, qəsəbə sakini kimi tanımış, münasibətləri normal olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 18 may 2018-ci il tarixli ”8/30” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 Qaydaların tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində məcburi köçkünlər ünşa edilmiş Tərtər rayonu, Şıxarx qəsəbəsi (1176 ailəlik) 8 saylı binada yerləşən 30 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Tərtər rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 30 nömrəli mənzildə yaşamadığı, həmin mənzildə kənar şəxsin qanunsuz olaraq yaşadığı onlarla bağlanılmış müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu barədə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində 8 saylı binada 30 nömrəli mənzilə dair 15 may 2018-ci il tarixli 8/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və “8/30” nömrəli mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılmaqla, 8/30 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin səlahiyyətli nümayəndəsi qismində məhkəmədə izahat vermiş X3 iddia ərizəsində göstərilənləri təsdiqləyərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildə yaşamadığı müəyyən edildiyindən onlar məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasının 3.3-cü və 3.7-ci bəndlərinin tələblərini pozmuşlar. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan cavabdehlərə verilmiş 8/30 nömrəli mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər, onların iştirakları olmadan işə baxılmasına etiraz etmədibiyini bildirmişdir. Göstərdiklərinə əsasən məhkəmədə sözügedən iddianı qaldırmışlar. İddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. İş materiallarında olan SMS bildirişdən görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan 18 may 2018-ci il tarixdə tərtib edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin 8/30 saylı kirayə müqaviləsinin surətindən görünür ki, bu müqavilyə görə Mənzil İstismar departamenti 8 nömrəli evdə, 30 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 68,01 kv. metrdən, yaşayış sahəsi 34,38 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə Cavabdeh1 və Cavabdeh2 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf imzalamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xidməti məlumatdan görünür ki, Tərtər rayon Yeni Qəsəbədə MKİSİ tərəfindən aparılmış monitorinq yoxlamaları zamanı bina 8, mənzil 30-da müvəqqəti qeydiyyatda olan Cavabdeh1 göstərilən mənzildə yaşamadığı aşkarlanmışdır. Mənzil sahibinə ilk dəfə olaraq xx.xx.2024-cü ildə birinci xəbərdarlıq olunmuşdur. Təkrar xx.xx.2024-cü ildə ikinci xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq qeyd edilən mənzilə xx.xx.2024-cü il tarixdə üçüncü dəfə baxış keçirilmişdir. Bir dəfə təkrar olaraq xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq mənzildə kənar şəxsin yaşadığı məlum olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci ildə yenidən mənzilə baxış keçirilmişdir.Mənzil sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin mənzildə özü yox kənar şəxsin yaşayışı davam etdirdiyi məlum olmuşdur. Bununla bağlı qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Tərtər rayon Yeni Qəsəbə 30-da müvəqqəti qeydiyyatda olan monitorinq yoxlamaları zamanı bina 08, mənzil 30-da müvəqqəti qeydiyyatda olan Cavabdeh1 göstərilən mənzildə yaşamadığı aşkarlanmışdır. Mənzil sahibinə dəfələrlə yazılı olaraq öz mənzilində yaşayışını təmin etmək məqsədi ilə ona xəbərdarlıq edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq yuxarıda qeyd edilən mənzilə xx.xx.2024-cü il tarixdə yenidən baxış keçirilmiş, mənzildə onun özünün yox, kənar şəxsin yaşadığı məlum olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 3 gün müddətində mənzildə olan kənar şəxsin nənzildən çıxarılaraq mənzildə özünün yaşamasının tələb olunduğuonunla bağlanmış müqavilə şərtlərinə əsasən 6 aya qədər heç bir üzürlü səbəb olmadan mənzildə yaşamadığı üçün onunla bağlamış müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi ilə bağlı müraciət ediləcək, eyni zamanda mənzilə verilən kommunal xidmətlər dayandırlıacağı bildirilmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə obyektiv araşdırmalar nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 may 2018-ci il tarixdə tərtib edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin 08/30 saylı kirayə müqaviləsi ilə Mənzil İstismar departamenti 8 nömrəli evdə, 30 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 68,01 kv. metrdən, yaşayış sahəsi 34,38 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə Cavabdeh1 və Cavabdeh2 sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləni hər iki tərəf imzalamışdır. Müqavilənin 2.4.2-ci bəndində kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək qeyd edilmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının səlahiyyətli nümayəndəsi İradə Məmmədova göstərmişdir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olmaqla, müvəqqəti kirayə müqaviləsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmiş, cavabdehlərin özlərinin həmin mənzildə yaşamaması ilə bağlı xəbərdarlıqlar edilmiş, lakin cavabdehlər heç bir nəticə çıxarmamışdır. Odur ki, məhkəmədə sözügedən iddianı qaldırmağa məcbur olmuşlar. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər iddianı təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişlər. Cavabdehlərdən fərqli olaraq iddiaçı mübahisəli mənzilin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olmaqla Departamentə məxsus olması və kirayə müqaviləsi ilə cavabdehlərin istifadəsinə verilməsi ilə bağlı, eləcə də cavabdehlərin həmin mənzildə yaşamasını müəyyənləşdirmək üçün keçirilmiş monitorinqlər zamanı tərtib edilmiş aktları, bildirşləri və digər mötəbər hüquqmüəyyənedici sənədləri sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmədə elan olunmuş iddiaçı və cavabdeh arasında 18 may 2018-ci il tarixli 08/30 saylı xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin 5.4.2-ci bəndinə əsasən kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmədikdə bu hallar müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi üçün əsalardandır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, cavabdehlər mənzil kirayə müqaviləsi ilə onun istifadəsinə verilməsinə baxmayaraq həmin mənzildə kənar şəxs qanunsuz yaşamışdır. Bununla da o, qanunsuz olaraq müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər aralarında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin mənzindən çıxarılması barədə məhkəmədə iddia qaldıarmağa məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Lakin cavabdehin uzun müddət həmin mənzildə yaşamaması, kommunal xidmətlərdən istifadə etməməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin tələblərini pozması ilə nəticələnmişdir ki, bu hallar da həmin müqaviləsinin ləğv edilməsinin əsaslarını təşkil edir. Buna baxmayaraq, həmin mübahisəli mənzil hazırda da cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin hazırda öz qanunsuz hərəkətlərinə əsaslanaraq mənzildən istifadə edir. Ona görə də cavabdehlərin mübahisəli mənzil üzərində sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlərin istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində (1176 ailəlik) 08 saylı binanın 30 nömrəli mənzilinə dair 18 may 2018-ci il tarixli 08/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 30 nömrəli mənzildən çıxarılmalı, 08/30 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, idiaçının səlahiyyətli nümayəndəsinin izahatını, iş materiallarına əlavə edilmiş digər sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində 8 saylı binada 30 nömrəli mənzilə dair 18 may 2018-ci il tarixli 8/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və 8/30 nömrəli mənzildən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, 8/30 nömrəli mənzil boşaldılaraq Komitənin Mənzil Departamentinə təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmiş Tərtər rayonu, Şıxarx 2 qəsəbəsində 8 saylı binada 30 nömrəli mənzilə dair 18 may 2018-ci il tarixli 8/30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08/30 nömrəli mənzildən çıxarılsın, 08/30 nömrəli mənzil boşaldılsın və Komitənin Mənzil Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1037/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1037/2025
12.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver