Məhkəmə qərarları › İş №2(061)-1055/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1055/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1055/2025 16.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh Goranboy Rayon Polis X2 Xidməti İnspektoru, Polis Baş Serjantı Cavabdeh onun barəsində əsassız olaraq İXP ******* nömrəli protokol tərtib etməklə və TP ******* saylı qərar qəbul etməklə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyi üçün ona dəymiş maddi zərərin əvəzi olaraq 500 manat və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 75 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı cavabdeh Goranboy Rayon Polis X2 Xidməti İnspektoru, Polis Baş Serjantı Cavabdeh onun barəsində əsassız olaraq İXP ******* nömrəli protokol tərtib etməklə və TP ******* saylı qərar qəbul etməklə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyi üçün ona dəymiş maddi zərərin əvəzi olaraq 500 manat və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 75 manatın cavabdehdən alınaraq ona verilməsini tələb etsə belə, həmin tələblə bağlı cavabdehin qeydiyyat ünvanı barədə məlumatı iddia ərizəsinə əlavə etməmiş, onların faktiki ünvanının Goranboy Rayon Polis X1 Xidməti yazmaqla kifayətlənmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə ki, iddia ərizəsinin giriş hissəsində cavabdehin faktiki ünvanının Goranboy Rayon Polis X1 Xidməti göstərilmiş, lakin qeydiyyatda olduğu ünvan qeyd edilməmişdir. Məhkəmə belə vəziyyətdə iddianın icraata qəbul edilməsinin və məhkəmədə baxılmasının məqsədəmüvafiq olmadığını hesab edir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsində gəstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini qaytarmalıdır. Qanunun tələblərindən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı tələbi maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı olduğundan, cavabdehin qeydiyyat ünvanının göstərilməsi vacib məsələlərdəndir. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, iddiaçıya cavabdehin qeydiyyat ünvanını müəyyənləşdirməklə yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən eilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yaşayış və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununa görə şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer üzrə müəyyən edilir. Hazırda işə baxan məhkəmə hesab edir ki, ərizənin belə vəziyyətdə baxılması MPM-nin aidiyyətlə bağlı qaydaların pozulması ilə nəticələnə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Bunlarla yanaşı iddiaçı iddia tələbi ilə bağlı iddia ərizəsinə zəruri olan sənədləri ən əsası, yaşayış yerindən arayışı əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim üdirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh Goranboy Rayon Polis X2 Xidməti İnspektoru, Polis Baş Serjantı Cavabdeh onun barəsində əsassız olaraq İXP ******* nömrəli protokol tərtib etməklə və TP ******* saylı qərar qəbul etməklə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyi üçün ona dəymiş maddi zərərin əvəzi olaraq 500 manat və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 75 manatın cavabdehdən alınaraq ona verilməsi barədə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar