Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1071/2025 19.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və X3 rəsmi ərizə təqdim edərək hazırda iş üzrə iddiaçılar kimi iddialarının geri qaytarılmasını xahiş edirlər. Belə ki, iş üzrə Cavabdeh da buna etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh teleqramma ünvanlayıb, səhəti ilə bağlı iştirak edə bilməməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını bildirsə də məhkəmə iclasında məhkəmə iclas katibi Hacıyev Ramin Firudin oğlunun mobil telefonu ilə əlaqə saxlanılan zaman iddiaçıların ərizələrinə əsasən iddialarının geri götürmələrinə etiraz etməməsini və tələbə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin bu münasibətini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçılar iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu olan 100 (yüz) manat məbləğində pul iddiaçı X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizələrinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 100 (yüz) manat məbləğində pul iddiaçı X2 qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1071/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1071/2025
19.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver