Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1216/2025 07.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı2 qəyyumu və İddiaçı3 vəkalətli nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2maqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” Dair JN-0054 saylı, KOD 61110018 olan “Dövlət Aktı” əsasında Tərtər rayonu, Sarıcalı kəndində cavabdehlə birlikdə onların ümumi birgə mülkiyyətlərinə verilmiş 2,47 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,6175 ha ölçüdə (1/4 hissədə) olmaqla, cəmisi 1,8525 ha (3/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə ölçülüb onlara verilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X2maqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” Dair JN-0054 saylı, KOD 61110018 olan “Dövlət Aktı” əsasında Tərtər rayonu, Sarıcalı kəndində cavabdehlə birlikdə onların ümumi birgə mülkiyyətlərinə verilmiş 2,47 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,6175 ha ölçüdə (1/4 hissədə) olmaqla, cəmisi 1,8525 ha (3/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə ölçülüb onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat olaraq bildirmişdir ki, İddiaçı2 və İddiaçı3 məhkəmə iclaının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmişlər. O, İddiaçı2 qəyyumu kimi iştirak etmişdir. Eyni zamanda İddiaçı3 səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməmiş ona etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. Onlar cavabdehlə bir ailə üzvləridirlər. Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” Dair JN-0054 saylı, KOD 61110018 olan “Dövlət Aktı” əsasında Tərtər rayonu, Sarıcalı kəndində cavabdehlə birlikdə iddiaçılar və cavabdehin ümumi birgə mülkiyyətlərinə 2,47 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu hal Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarı ilə “Torpağa Mülkiyyət Hüququna” Dair JN-0054 saylı, KOD 61110018 olan “Dövlət Aktı” ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin ¼ hissəsi (0,6175 ha) onlar, yəni iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh payına verilmişdir. Cavabdeh görə onlar öz pay torpaq sahəsindən istifadə etmək, məhsul əkibbecərmək üçün “Dövlət “aktı”da qeyd olunan ölçülərdə onların, yəni iddiaçıların payı naturada ayrılıb onlara verilməli və buna uyğun sərhədlər müəyyən dilməlidir. Cavabdehlə aralarında olan mübahisənin bu qaydada həll edilməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, məsələni məhkəmədən kənar qaydada həll etmək istəsələr də cavabdeh buna razı olmamışdır. Buna görə də hesab edirlər ki, “Torpağa Mülkiyyət Hüququna” Dair JN-0054 saylı, KOD 61110018 olan “Dövlət Aktı”na əsasən Tərtər rayonu, Sarıcalı kəndində cavabdehlə birlikdə onların ümumi birgə mülkiyyətinə verilmiş 2,47 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə onların hər birinin mülkiyyətinə 0,6175 ha ölçüdə (1/4) hissədə olmaqla, cəmisi 1,8525 ha (3/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə ölçülüb onlara təhvil verilməlidir. Məhz bu səbəbdən də cavabdehlərlə aralarında yaranan mübahisələrin həll edilməsi və bununla da pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh hazırki məhkəmə iclasına gəməmişdir. Onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Tərtər Rayonu İcra Hakimiyyəti başçısının 09 saylı sərəncamının surətindən görünür ki, xx xxxxx 1980-cı il təvəllüdlü Tərtər rayonu Sarıcalı kəndində yaşayan, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan, fəaliyyət qabiliyyətsiz İddiaçı2 lazımi qulluq edilməsi, qayğı göstərilməsi, müalicəsinin təmin edilməsi, hüquq vəzifələrinin qorunması məqsədi ilə bacısı İddiaçı1 ona qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 03 dekabr 2021-ci il tarixli AR-İİ № 527516 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı3 övladı İddiaçı1 etibarnamə verərək məhkəmə iclasında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş 013841 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı1 şəhid ailəsi üzvüdür. İş materiallarına əlavə edilmiş JN :0054 saylı, KOD nömrəsi 61110018 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN :0054 saylı, KOD nömrəsi 61110018 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən Tərtər Rayon Sarıcalı kəndində yerləşən 2,47 ha pay torpaq sahəsinin mülkiyyətçiləridirlər. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçıların və cavabdehin yəni brlikdə 4 nəfər ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli 11 saylı qərarı ilə JN:0054 saylı, kod nömrəsi 61110018 olan “Torpağa Mülkiyyət Hüququna” Dair Dövlət aktına əsasən 2,47 ha əkin üçün torpaq sahəsi verilmişdir. Həmin sənəddə paylı mülkiyyətçilərin, o cümlədən iddiaçılar və cavabdehin payları müəyyən edilmişdir. Paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Sarıcalı kənd ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 2,47 hektar torpaq sahəsindən payılarnın natura formasında ayrılmasını və sərhədlərinin müəyyən edilməsini mqsədəmüvafiq hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçılar və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının ayrılmasını tələb etmiş, lakin iddiaçıların paylarının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehlər razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçıların ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərtəşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən- presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarı ilə Tərtər rayonu, Sarıcalı kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş adambaşına 0,6175 ha ölçüdə olmaqla, cəmisi 2,47 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hissələrə uyğun pay hüququ əsasında naturada bölünməli, sərhədlərinin müəyyən edilməsi həyata keçirilməli, iddiaçıların hər birinin mülkiyyətinə 0,6175 ha ölçüdə (1/4 hissədə) olmaqla, cəmi 1,8525 ha (3/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2001-ci il tarixli, 11 saylı qərarı ilə Tərtər rayonu, Sarıcalı kəndində İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş adambaşına 0,6175 ha ölçüdə olmaqla, cəmisi 2,47 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hissələrə uyğun pay hüququ əsasında naturada bölünsün, sərhədlərinin müəyyən edilməsi həyata keçirilsin, iddiaçıların hər birinin mülkiyyətinə 0,6175 ha ölçüdə (1/4 hissədə) olmaqla, cəmi 1,8525 ha (3/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1216/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1216/2025
07.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver