Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-126/2025 24.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, X7 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanənda Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Millui Depozit Mərkəzinə, “X2” ASC-nə və X5 qarşı cavabdeh X1 mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə onların mülkiyyət hüquqlarının tanınması, “X2” ASC-in səhmdarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrinin cavabdeh X5 münasibətdə etibarsız hesab olunması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanənda Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Millui Depozit Mərkəzinə, “X2” ASC-nə və X5 qarşı cavabdeh X1 mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə onların mülkiyyət hüquqlarının tanınması, “X2” ASC-in səhmdarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrinin cavabdeh X5 münasibətdə etibarsız hesab olunması tələbinə dair qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, X10 və İddiaçı4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, X7 və İddiaçı4 24 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizələrindən görünür ki, iddia ilə bağlı bir neçə əsas sübutları təqdim etmələri üçün iddia tələblərinə baxılmadan sənədlərinin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İş üzrə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanənda Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Millui Depozit Mərkəzi, “X2” ASC-i və X6 məhkəmə iclasınin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdeh X4 məhkəmə iclasına gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı lar İddiaçı1, İddiaçı2, X7 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanənda Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası Millui Depozit Mərkəzinə, “X2” ASC-nə və X5 qarşı cavabdeh X1 mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə onların mülkiyyət hüquqlarının tanınması, “X2” ASC-in səhmdarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrinin cavabdeh X5 münasibətdə etibarsız hesab olunması tələbinə dair iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-126/2025
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-126/2025
24.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver