Məhkəmə qərarları › İş №2(061)-1318/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1318/2025

03.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1318/2025 03.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər Rayon notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Tərtər rayon İcra və Probasiya şöbəsi) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tərtər Rayon notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Tərtər rayon İcra və Probasiya şöbəsi) qarşı Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydinə əsasən 12627.48 manat, 313.22 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 12965.70 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Lakin Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydi qanunsuz və əsassızdır. Belə ki, sözügedən icra qeydi tərtib olunan zaman o, notariat ofisinə dəvət edilməmişdir. Həmçinin mübahisələndirilən icra qeydi ona təqdim olunmamışdır. Bundan başqa, barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydi qanunsuz olması ilə yanaşı, icra qeydində tələb olunan məbləğ də əsassızdır. Sonda M.M.Məmmədov Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır. Belə ki, Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydi tərtib olunmamışdan əvvəl İddiaçı xx.xx.2025-ci il tarixdə məlumat verilməsinə baxmayaraq, İddiaçı etirazının olmasına dair hər hansı hərəkət etməmişdir və sözügedən icra qeydini mübahisələndirməmişdir. Sözügedən iddia sadəcə olaraq iş prosesinin uzadılmasına yönəlmişdir. X1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olan ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Tərtər Rayon Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tərtər rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, İK-595119/24 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, İK-595119/24 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 12149.13 manat əsas, 478.35 manat faiz, 313.22 manat cərimə, cəmi 12940.70 manat məbləğində məbləğində əsas borc və ona hesablanmış faiz və cərimə borcu 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TA012064502AZ nömrəli xəbərnamənin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surəti xx.xx.2025-ci il tarixdə ünvan 1i ünvanında İddiaçı təqdim edilmişdir. İşdə olan Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı 12627.48 manat, 313.22 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 12965.70 manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, İK-595119/24 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2025ci il tarixli bildirişlə xx.xx.2024-cü il tarixli, İK-595119/24 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 12149.13 manat əsas, 478.35 manat faiz, 313.22 manat cərimə, cəmi 12940.70 manat 20 gün müddətində ödənilmədiyi təqdirdə «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin bildiriş xx.xx.2025-ci il tarixdə İddiaçı təqdim olunmuş və həmin hal xx.xx.2025-ci il tarixli, TA012064502AZ nömrəli xəbərnamə ilə təsdiq edilmişdir. Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydi ilə İddiaçı xx.xx.2024-cü il tarixli, İK-595119/24 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 12149.13 manat əsas, 478.35 manat faiz, 313.22 manat cərimə, cəmi 12940.70 manat məbləğində pul vəsaitinin tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməsi müəyyən edilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 162-ci bəndində göstərilmişdir ki, 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə, icra qeydi aparılır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, icra qeydinin verilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən notariusa təqdim olunmuş sənədlər xx.xx.2024-cü il tarixli, İK-595119/24 nömrəli kredit müqaviləsi üzrə borcun mübahisəsiz olduğunu təsdiq edir. Həmçinin öhdəliyin icrasını tələb etmək hüququnun həmin müqaviləyə əsasən yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti keçməmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət edilməmişdən əvvəl xx.xx.2025-ci il tarixdə sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi Tərtər Rayon notariat ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-2181 nömrəli icra qeydinin verilməsi zamanı qanunun tələbi pozulmamışdır və həmin icra qeydinin ləğvinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdeh Tərtər Rayon notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Tərtər rayon İcra və Probasiya şöbəsi) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Tərtər Rayon notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Tərtər rayon İcra və Probasiya şöbəsi) qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar