Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1569/2024 23.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı2 və Cavabdeh2 və 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin naturada müəyyən edilməklə ölçülüb onlara verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 23 dekabr 2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı2 və Cavabdeh2 və 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi xx.xx.2022-ci il tarixdə verilmiş **********39 reyestr nömrəli ********** qeüydiyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən Tərtər rayonunun Kəbrli kəndində cavabdehlərlə birlikdə onun ümumi birgə mülkiyyətlərinə verilmiş 1,13 ha ölçüdə yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin hissələrə uyğğun pay hüququ əsasında naturada bölgüsünun və sərhədlərinin müəyyən edilməsi həyata keçirilməklə onların hər birinin mülkiyyətinə 0,34 ha ölçüdə (2/10 hissədə) olmaqla cəmisi 0,68 ha (6/10 hissədə) verilmiş yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməklə ölçülüb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, iddiaçılar, cavabdehlər və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçılar və 3-cü şəxslər gələməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, cavabdehlər isə məhkəməyə teleqram göndəərərək -------------------------- Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 259.0.7-cı maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçılar məhkəmə iclasına gəlmədiyi, eləcə də cavabdehlər işin mahiyyəti üzrə baxılmasına dair iradə ifadə etmədikləri üçün iddia ərizəsi baxılmamış saxlanmalı və iddiaçılara iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığı üçün ərizəyə məhkəmədə baxılması üçün İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) dövlət rüsumu ona geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.5, 259.0.6, 259.0.7, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı2 və Cavabdeh2 və 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin naturada müəyyən edilməklə ölçülüb onlara verilməsi tələbi”nə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi baxılmamış saxlandığından ərizəyə məhkəmədə baxılması üçün İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri geri qaytarılsın. İddiaçılar iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №2(061)-1569/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1569/2024
23.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver