Məhkəmə qərarları › İş №2(061)-165/2025

Tərtər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(061)-165/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-165/2025 07.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim QubadovTahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 07 mart 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həccmminin artırılmasına dair ərizzə ilə məhkəməyə müraciət edərək, cavabdehdən borca görə 19500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək Bakı şəhərində yaşadığını, səhhəti ilə əlaqədar gələ bilmədiyini bildirmiş, lakin etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı razılığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə 2018-ci ildə tanış olmuşlar. Belə ki, cavabdeh Bakı şəhəri, Azərbaycan prospekti 29 ünvanında kirayədə yaşamışdır. Cavabdehin yaşadığı binanın yaxınlığında özünün kiçik bir “butkası” olmuş və orada arvadı ilə birlikdə xırda ticarətlə məşğul olmuşlar. Həmçinnin özünün “Azsamand” markalı minik avtomobili olmuş və həmin avtomobillə həm də taksi kimi fəaliyyət göstərmişdir. Bir müddət sonra cavabdehlə onun arvadı və özü arasında münasibətləri yaranmış və arvadı vasitəsi ilə ona çatdırmışdır ki, “onu taksi kimi işə mən aparıb-gətirim, xeyrini başqasına verməsin”. Cavabdehlə razılaşmış və bir müddət cavabdehi haqqı ödənilməklə aparıb-gətirmişdir. Söhbət zaamanı cavabdeh ona nə üçün kasıb yaşadığını demiş, Rusiyada yaşayan imkanlı qohumlarının olduğunu və Bakı şəhərində torpaq, mənzil, obyektlər və s. almaq istədiklərini, bunun üçün beh qoymaq lazım olduğunu, qohumları gəldikdən sonra isə 10 qatına pullarını qaytaracaqlarını bildirib bu işdən yaxşı qazanc əldə edə biləcələrini demişdir. Cavabdeh bir növ onu ovsunlamış, həmçinin yaxşı gəlir əldə edə biləcəyini düşünərək razılaşmışdır. Bir-neçə gün sonra cavabdeh ona 5 obyektin sənnədlərini göstərib, hər birinə 5000 manat, cəmi 25000 manat beh qoyulmalı olduğunu bildirmişdir. Cavabdeh ona “pulun yarısını sən qoy, yarısını mən” deyərək ondan beh qoyulması üçün 12000 manat verməsini istəmişdir. Evində 8000 manat olmuş, Camal adlı tanışından da borca 4000 manat pul götüürüb 8000 manatın üstünə qoyub 12000 manat düzəldərək cavabdehə vermişdir ki, aparıb beh qoysun. Həmin ilin iyun ayında cavabdeh yenə də ona bir-neçə obyektin sənədlərini göstərərək təcili beh qoyulmasının vacibliyini bildirərək ondan yenə pul istəmişdir. Cavabdehə inandığı üçün arvadının qızıllarını satıb əldə etdiyi 2000 manat pulu yenədə obyekttlərə görə beh qoyması üçün cavabdehə vermişdir. 2019-cu ilin yanvar ayında cavabdeh ona yeni obyekt olduğunu və beh qoymaq üçün pul lazım olduğunu, əks təqdirdə əvvəlki pullarının bata biləcəyyini deyərək ondan beh qoymasını istədiyi üçün qısa bir zamanda “Azsamand” markalı minik ovtomobilini 3500 manata satıb 3000 manatını cavabdehə vermişdir ki, beh qoysun. 2021-ci ildə də cavabdeh əlavə 2250 manat, eləcə də xırda xırda pullar vermişdir. Ümumilikdə cavabdehə ayrı-ayrı obyeklərin alına bilməsi üçün beh qoyulması məqsədi ilə 20.000 manat (bəlkədə artıq) pul vermişdir. Cavabdeh onu ilişdirdiyi, əvvləki pullarının batmaması naminə cavabdehlə razılaşaraq bu qədər pulları ona vermişdir. Lakin cavabdeh onu aldatmış, onun beh qoyması üçün verdiyi pulları beh olaraq heç bir obyektə qoymamış, bu barədə ona hər hansı bir sənəd göstərməmişdir. Beləliklə, cavabdeh onun tapşırığını yerinə yetirməyərək, onu aldatmışdır. Sonradan pullarını geri istəsə də, cavabdeh tapşırığı yerinə yetirməməsinə baxmayaraq onun verdiyi pulları geri qaytarmamışdır. Cavabdehə zəng edərək polisə şikayət ediləcəyi bildirildikdən sonra cavabdeh hər ay 500 manatdan olmaqla hissə-hisssə pulları qaytaracağını bildirmiş və 2022-ci ilin sentyabr ayında həmin puldan 500 manatını qaytarmış, sonradan qalan pulları qaytarmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun əridir. Cavabdehi 2018-ci ildən tanıyır. Belə ki, cavabdeh Bakı şəhəri, Azərbaycan prospekti 29 ünvanında kirayədə yaşamışdır. Cavabdehin yaşadığı binanın yaxınlığında onların kiçik bir “butkası” olmuş və orada əri ilə birlikdə xırda ticarətlə məşğul olmuşlar. Həmçinnin ərinin “Azsamand” markalı minik avtomobili olmuş və həmin avtomobillə həm də taksi kimi fəaliyyət göstərmişdir. Bir müddət sonra cavabdehlə onun arasında münasibətləri yaranmış və cavabdeh ona demişdir ki, “onu taksi kimi işə əri aparıb-gətirim, xeyrini başqasına verməsin”. Bu barədə ərinə demiş və əri onunla razılaşaraq bir müddət cavabdehi haqqı ödənilməklə aparıb-gətirmişdir. Söhbət zamanı cavabdeh ərinə nə üçün kasıb yaşadığını demiş, Rusiyada yaşayan imkanlı qohumlarının olduğunu və Bakı şəhərində torpaq, mənzil, restorant, obyektlər və s. almaq istədiklərini, bunun üçün beh qoymaq lazım olduğunu, qohumları gəldikdən sonra isə 10 qatına pullarını qaytaracaqlarını bildirib bu işdən yaxşı qazanc əldə edə biləcələrini demişdir. Əri də yaxşı gəlir əldə edə biləcəyini düşünərək razılaşmışdır. Bir-neçə gün sonra cavabdeh ərinə müxtəlif obyektin sənnədlərini göstərib, beh qoyulması üçün 12000 manat verməsini istəmişdir. Evlərində 8000 manat olmuş, Camal adlı tanışlarından da əri borca 4000 manat pul götüürüb 8000 manatın üstünə qoyub 12000 manat düzəldərək cavabdehə vermişdir ki, aparıb beh qoysun. Bir müddət sonra cavabdeh yenə də ərinə bir-neçə obyektin sənədlərini göstərərək təcili beh qoyulmasının vacibliyini bildirərək ondan yenə pul istəmişdir. Cavabdehə inandıqlarıı üçün özünə məxsus qızılları satıb əldə etdikləri 2000 manat pulu yenə də əri obyektlərə görə beh qoyması üçün cavabdehə vermişdir. Bir müddət sonra cavabdeh ərinə yeni obyekt olduğunu və beh qoymaq üçün pul lazım olduğunu, əks təqdirdə əvvəlki pullarının bata biləcəyini deyərək ərindən beh qoymasını istədiyi üçün əri qısa bir zamanda “Azsamand” markalı minik ovtomobilini 3500 manata satıb 3000 manatını cavabdehə vermişdir ki, beh qoysun. Sonralar da əri beh qymaq üçün bir-neçə dəfə pullar vermişdir. Ümumilikdə əri cavabdehə ayrı-ayrı obyeklərin alına bilməsi üçün beh qoyulması məqsədi ilə 20.000 manat pul vermişdir. Cavabdeh onlara demişdir ki, əlavə beh qoymasanız əvvəl beh qoyulması üçün verilən pullar bata bilər. Sonradan əri aldadıldığını başa düşüb pullarını geri istədik də, cavabdeh həmin puldan cəmi 500 manatını qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, İddiaçı qohumunun qonşusu olduğu üçün tanımışdır. Özü taksi kimi fəaliyyət göstərir. Tofiq də taksiçilik etmişdir. Sonradan Tofiq ona demişdir ki, maşınını satıb Cavabdeh 3200 manat pul vermişdir. Ümumiyyətlə iTofiqin özü və arvadı ona Sevincə 20.000 manat pul verdiklərini demişlər. Cavabdeh onun özündən də 2000 manat alıb qaytarmadığı üçün məhkəməyə müraciət etmiş və məhkəmə yolu ilə pulunu geri ala bilmişdir. İşdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən HK1-916 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, hazırkı İddiaçı həmin material üzr verdiyi izahatında məzmunca iddia ərizəsində və hazırkı məhkəmə iclasında verdiyi izahata uyğun izahat vermişdir. Həmin qərarın məzmunundan həmçinin görünür ki, hazırkı Cavabdeh həmin material üzr verdiyi izahatında 2019-cu ildə Bakı şəhəri, Azərbaycan prospekti 29 ünvanında kirayədə yaşadığını, həmin vaxtlarda Tofiq adlı şəxs və arvadı Aidə ilə tanış olduğunu, aralarında münasibət yarandığını, Aidənin evin qarşısında yerləşən köşkdə bal satışı ilə, Tofiqini isə taksiçiliklə məşğul olduğunu, Tofiqin ona 3000 manat borc verdiyini, həmin borca görə Tofiqə hissə-hissə ümumilikdə 5000 manat qaytardığını, sonradan Tofiqin ona 3000 manatı vaxtında qaytarmadığı üçün oğlunun işi ilə əlaqədar 18.000 manat ziyana düşməkdə ittiham edərək həmin pulları tələb etdiyini, ... göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və şahidlərin ifadələrindən, araşdırılan iddia ərizəsindən və tələbin həcminin artırılmasına dair ərizədən, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən HK1-916 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın məzmunundan müəyyən olundu ki, tərəflər 2018-ci ildə birbirinı tanımışlar. Söhbət zamanı cavabdeh iddiaçıya Rusiya Fedarasıyasında yaşayan imkanlı qohumlarının olduğunu və Bakı şəhərində torpaq, mənzil, obyektlər və s. almaq istədiklərini, bunun üçün beh qoymaq lazım olduğunu, qohumları gəldikdən sonra isə 10 qatına pullarını qaytaracaqlarını deyib bu işdən yaxşı qazanc əldə edə biləcələrini bildirdiyindən iddiaçı cavabdehlə razılaşmış və müxtəlif vaxtlar da cavabdehə hissə-hissə ümumilikdə 20.000 manat pul verərək lazım bildiyi daşınmaz obyektlərin alınması üçün beh qoyulmasını tapşırmışdır. Lakin cavabdeh iddiaçını aldatmış, onun beh qoyması üçün verdiyi pulları beh olaraq heç bir obyektə qoymamış, bu barədə iddiaçıya hər hansı bir sənəd verməmişdir. Cavabdeh iddiaçının tapşırığını yerinə yetirməyərək, onu aldatdığı üçün iddiaçı beh qoyulması üçün verdiyi pullarını geri istəsə də, cavabdeh tapşırığı yerinə yetirməməsinə rəğmən iddiaçının verdiyi pulları geri qaytarmamışdır. İddiaçı cavabdehə polisə şikayət ediləcəyi bildirildikdən sonra cavabdeh hər ay 500 manatdan olmaqla hissəhisssə pulları qaytaracağını bildirərək 2022-ci ilin sentyabr ayında həmin puldan 500 manatını qaytarsa da, sonradan yenədə qalan pulları qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmə iclasında iştirak etmiş və yuxarıda sadalanan qaydada öz iddiasını əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, nə də ki, iddiaya qarşı etirazını əsaslandıran sübutları məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan hüquq münasibəti tələbin müqaviləvi öhdəliklərə aid olan tapşırıq münasibətidir. Ona görə də həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıqla bağlı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, iddiaçının tapşırığın icrası, yəni beh qoyulması üçün cavabdehə verdiyi pul vəsaiti onun əşyası (mülkiyyəti) olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinin mənasına görə əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaaçının verdiyi tapşırığı yerinə yetirməməsinə rəğmən iddiaçının əşyası (mülkiyyəti) olan sözügedən 19.500 manat pulun cavabdeh tərəfindən qaytarılmaması iddiaçının öz əşyası (mülkiyyəti), yəni sözügedən 19.500 manat pul vəsaiti üzərində əşya (mülkiyyət) hüququnun pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Məhkəmə yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq, işin yuxarıda müəyyən olunan faktiki hallarına və sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddianın həm faktiki, həm də ki, hüquqi əsası vardır. İddiaçının sözügedən 19.500 manat pul vəsaiti üzərində əşya (mülkiyyət) hüququnun qorunmasına təminat verilməli və bu məqsədlə iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh 19.500 (on doqquz min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Tərtər Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar