Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-19/2025 09.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı və iddiaçıların vəkalətli nümayəndəsi İddiaçı1, cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızının vəkalətli nümayəndəsi X7 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızına qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla torpaq sahəsinin naturada bölünüb ayrılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızına qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquqmüəyyənedici sənədlər olan JN-467F, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə, Qeydiyyat tarixi xx.xx.2022-ci il, Qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-10301 olan Dövlət reyestrindən Çıxarış və Tərtər rayon Notariat Ofisi tərəfindən mərhum X11 vərəsəsi olan İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-906 reyestr qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0,57 ha torpaq sahəsinin iddiaçılara mənsub olan 6/7 hissəsində hər birinin paylarının sənədləri və koordinatları müəyyən edilməklə naturada bölünüb ayrılması, hüquqmüəyyənedici sənədlər olan JN-467G, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” Şəhadətnamə, qeydiyyat tarixi xx.xx.2022-ci il, Qeydiyyat nömrəsi **********72 olan Dövlət reyestrindən Çıxarış və Tərtər rayon Notariat Ofisi tərəfindən mərhum X11 və mərhum X3 vərəsəsi olan İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-640 və 2V-641 reyestr qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 2ində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılara məxsus olan hər birinin paylarının sərhədləri və koordinatları müəyyən edilməklə naturada bölünüb ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar bir ailənin üzvləri olmaqla İddiaçı2 və İddiaçı1 nikahları xx.xx.1998-ci ildə rəsmi qeyd edilmiş ər-arvad, İddiaçı3, İddiaçı4 və İddiaçı5 isə onların doğma övladları olmuşlar. Cavabdeh xx.xx.1953-cü il təvəllüdlü Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızı ilə yaxın qohumluq münasibətləri vardır. Belə ki, X26 iddiaçılardan İddiaçı2 nənəsini, yəni atası X11 anası X36 (Cümşüd) qızının qızıdır.(atasının anadan bir, atadan ayrı bacısıdır). Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı iclas qərarları ilə: X27, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X16 və İddiaçı5 ünvan 2i ərazisindən həyətyanı çəqsədi ilə ayrıayrılıqda, lakin bir-birinə yaxın 0,57 ha və 0,20 ha həyətyanı torpaq sahələri ayrılaraq onların ümumi mülkiyyətlərinə verilmiş və həmin torpaq sahələrinin onlara verilməsi müvafiq olaraq “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-467G KOD 61100058 nömrəli şəhadətnamələrə sənədləşdirilmişdir. X16 xx.xx.2003-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızı notariat orqanına müraciət edərək anası X3 tək vərəsəsi olması barədə sənədlər təqdim etməklə Tərtər rayon Dövlət notariat kontorundan xx.xx.2004-cü il tarixli, 2V-08 reyestr nömrəsi ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Şəhadətnamə verilən miras əmlak Tərtər rayon X1 və Mülkiyyət Hüquqlarının Qeyiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli 1801 saylı Qeyduiyyat vəsiqəsinə və 12 .02.2004-cü il tarixli 30 saylı arayışa əsasən ünvan 2ində yerləşən 48,0kv.metr ümumi, 24,0 kv.metr əsas sahəsi olan 1936-cı ildə tikilmiş 1(bir otaqlı) yaşayış evindən ibarət olmuşdur. Göründüyü kimi həmin şəhadətnamədə, qeydiyyat vəsiqəsində və arayışda Rita Mirzəyevaya anası Məxmər Mirzəyevadan miras olaraq keçmiş evin torpaq sahəsi barədə heç bir məlumat və ya qeyd olmamışdır. X27 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras əmlakları olan JN-467F, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə və ƏMDK yanında DƏDRX-in Bərdə Ərzai İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********99-10301 reystr nömrəli,********** qeydiyyat nömrli Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanımda yerləşən 0,57 ha torpaq sahəsinin mərhum X17 məxsus olan 0,********** ha hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 276.8 kv.metr, 4 otaqlı fərdi yaşayış evi isə tam hissədə Tərtər rayon Notariat ofisi tərəfindən X11 vərəsəsi olan İddiaçı2 keçməsi barədə 2V-906 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən JN-467F KOD ******* nömrəli “Torpağın Mülkiyyətə Berilməsinə” Dair şəhadətnamə və ƏMDRK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0,57 ha torpaq sahəsinin mərhum X8 məxsus olan 0,084285714 ha payı tam hissədə Tərtər rayon Notariat ofisi tərəfindən X2 vərəsəsi olan İddiaçı2 keçməsi barədə 2V- 907 reyestr npmrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bunadək isə X4 və vərəsəsi olan X11 vəfatından sonra JN- 467G KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə və ƏMDK yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********472 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsinin mərhum X17 məxsus olan 0,********** ha hissəsinin və həmin torpaq sahəsinin mərhum X9 məxsus olan 0,********** ha hissəsinin onların vərəsəsi olan İddiaçı2 keçməsi barədə Tərtər rayon Notariat Ofisi tərəfindən İddiaçı2 müvafiq olaraq 2V-640 və 2V-641 reyestr nömrələri ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızına və İddiaçı2 qarşı, üçüncü şəxs Tərtər rayon Notariat Ofosi olmaqla, cavabdeh İddiaçı2 Tərtər rayon Notariat Ofisinin 08.09.202-ci il tarixli, 2V-907 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun bütün digər hüquqi nəticələrinin ləğv edilməsi və ünvan 2ində yerləşən 0,57 ha torpaq sahəsindən anası X3 payına düşən 0,0814 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(061)89/2024 nömrəli qətnaməsi ilə qərara almışdır ki, iddia qismən təmin edilmişdir. Tərtər rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-907 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin və onun bütün digər hüquqi nəticələrinin ləğv edilməsi hissəsində təmin edilmişdir. Tələb ünvan 1ində yerləşən 0,57 ha torpaq sahəsindən iddiaçı Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızının anası X3 payına düşən 0,0814 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun tanınmasına dair hissədə təmin edilməmişdir. Sözügedən qətnamədən iddiaçı və cavabdehlər, həmçinin 3-cü şəxs apellyasiya şikayət verməmiş, beləliklə də qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızı həyat yoldaşı X21 ilə əlbir olub iddiaçılara JN-467F KOD 61100058nömrəli “Torpağın Mülkiyyətə Verilmsinə Dair” Şəhadətnamə və xx.xx.2022-ci il qeydiyyat tarixli Qeydiyyat nömrəsi **********, reyestr nömrəli **********99 -10301 olan reyestr çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə məxsua olan 0,57 ha torpaq sahəsinin 6/7 hissəsinin 0,26 ha hissəsini zəbt edərək, orada özbaşına və qanunsuz olaraq, həmçinin heç bir qanuni icazəai olmadan yeni ev tikdirmiş, zəbt etdiyi 0,26 ha torpaq sahəsinin özünü isə daş hasar hördürməklə əhatəyə almışdır. Cavabdeh Rita Mirzəyevanın (Mirzoyeva) yuxarıda göstərilən özbaşınalığı və qanunsuz hərəkətləri səbəbindən iddiaçılar xüsusi mülkiyyətləri olan 0,57 ha torpaq sahısindəki, cəmi 6/7 hissə paylarından istifadə edə bilməmişlər. X20 bu torpaq sahəsinin 0,26 ha qanunsuz olaraq hasarla əhatəyə aldığından sözügedən 6/7 ha torpaq sahəsi üzərində yerləşən 276,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin gediş-gəliş yolu bağlanmış, odur ki, qonşuların həyətindən keçməklə evlərinə gedib-gələ bilməmişlər. Beləliklə, cavabdeh Rita Mirzəyeva iddiaçıları faktiki olaraq mülkiyyətləri olan pay torpaq paylarına dair istifadə, sahiblik və sərəncam vermək hüquqlarından məhrum etmişdir. Bununla yanaşı həm də sözügedən fərdi yaşayış evlərində texniki pasport ala bilməmişlər. Çünki cavabdeh Rita Mirzəyeva ümumi mülkiyyətləri olan 0,57 ha torpaq sahəsinin 6/7 hissəsinin hüdudları daxilində onun 0,26 ha hissəsini özbaşına olaraq hasara almış və orada qanunsuz ev tikdirmişdir. Sözügedən fərdi yaşayış evinə dair texniki pasportun hazırlanıb verilməsinə dair iddiaçılardan İddiaçı2 yazılı müraciətinə 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********52 sayda cavabda göstərilmişdir ki, ünvan 2i ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülıkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2022ci il tarixli ərizəsinə əsasən baxılmışdır. Təqdim olunan hüquqmüəyyənedici sənədlərə əsasən əraziyə İdarənin mütəxəssisi müayinə baxışı keçirmiş və məlum olmuşdur ki, İddiaçı2 və onun ailə üzvlərinin adlarına işlənmiş JN-147F saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə göstərilən sənədlərə faktiki sərhədlər arasında uyğunsuzluq vardır. Eyni zamanda göstərilən sərhəd daxilində olan həyətin 0,26 ha hissəsində başqa mülkiyyətçi tərəfindən fərdi yaşayış evi inşa edilmiş və mişar daşı ilə hasarlanaraq sahə bölünmüşdür. Bununla yanaşı mülkiyyətçinin istifadə etdiyi sahəyə gediş-gəliş yolu yoxdur. Hazırda həyətə piyada yolu kimi qonşu həyətindən istifadə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən fərdi yaşayış evinə texniki pasportun hazırlanması haqqında imtina olunur. Yuxarıda şərh etdiyi səbəblərdən JN-467F KOD ******* nömrəli şəhadətnamə və xx.xx.2022-ci il qeydiyyat tarixli, reyestr nömrəsi **********99 -10301 olan reystr Çıxarış əsasında ümumi mülkiyyətdə olan 0,57 ha torpaq sahəsindən iddiaçıların cəmi 6/7 hissədə payının naturada bölünüb ayırmalarına dair məhkəmə qətnaməsinə zərurət vardır. Sözügedən şəhadətnamə və reyestr çıxarışına əsasən 0,57 ha torpaq sahəsi X27, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X16 və İddiaçı5 ümumi birgə mülkiyyətidir. Qeyd : sözügedən 0,57 ha torpaq sahəsindən mərhum X11 payı olan 0,********** ha hissə Tərtər rayon Notariat ofisi tərəfindən vərəsə İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli 2V-906 reyestr qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2 keçmişdir. İddiaçılarla cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızı arasında mövcud olan və illərdir ki, davam edən mübahisəli məsələ JN-467G, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə əsasında ümumi (birgə) mülkiyyətdə olan 0,20 ha torpaq sahəsinin naturada bölünməklə paylarının müəyyən edilməsindən ibarətdir. Belə ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.1014-cü il tarixli, 2(061)-89/2024 saylı qətnaməsindən sonra həmin torpaq sahəsində iddiaçıların payı sərhədlərinin və koordinatlarının müəyyən edilməklə naturada bölünməsinə dair məhkəmə qətnaməsinə zərurət vardır. JN-467G saylı şəhadətnaməyə əsasən həmin 0,20 ha torpaq sahəsi də X27, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 ümumi buirgə mülkiyyətidir. Cavabdeh Rita Mirzəyeva (Mirzoyeva) isə həmin 0,20 ha torpaq sahəsindən iddiaçıların istifadəsinə imkan verməmişdir. 2018-ci ildə Rita Mirzəyeva (Mirzoyeva) iddia ərizəsi ilə X38 Məhkəməsinə müraciət edərək, “Torpağın Mülkiyyətə Verilməsinə Dair” JN-467F və JN-467G nömrəli Şəhadətnamələrin verilməsi üçün əsas olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 22 saylı qərarının ləğv edilməsi vəzifəsinin cavabdeh Tərtər rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X44-İqtisad Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-995/2018 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır. Rita Mirzəyevanın həmin qərardaddan verdiyi apellyasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-673/2018 saylı qərardadı ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi 2019-cu il tarixli 2-1(102)-1112/2019 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin həmin qərardadı qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızına qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquqmüəyyənedici sənədlər olan JN-467F, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə, Qeydiyyat tarixi xx.xx.2022-ci il, Qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-10301 olan Dövlət reyestrindən Çıxarış və Tərtər rayon Notariat Ofisi tərəfindən mərhum X11 vərəsəsi olan İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-906 reyestr qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0,57 ha torpaq sahəsinin iddiaçılara mənsub olan 6/7 hissəsində hər birinin paylarının sənədləri və koordinatları müəyyən edilməklə naturada bölünüb ayrılması, hüquqmüəyyənedici sənədlər olan JN-467G, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” Şəhadətnamə, qeydiyyat tarixi xx.xx.2022-ci il, Qeydiyyat nömrəsi **********72 olan Dövlət reyestrindən Çıxarış və Tərtər rayon Notariat Ofisi tərəfindən mərhum X11 və mərhum X3 vərəsəsi olan İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V- 640 və 2V-641 reyestr qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 2ində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılara məxsus olan hər birinin paylarının sərhədləri və koordinatları müəyyən edilməklə naturada bölünüb ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı1 məhkəmə iclası zamanı göstətrmişdir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları olmasına baxmayaraq, məhkəmə iclasına gələ bilməmiş ona etibarnamə verərək məhkəmə iclasında onları təmsil etməyi həvalə etmişlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, cavabdeh tərəfin onlara gediş-gəliş yolu verəcəyi təqdirdə iddianın təmin olunmamasını, əks halda iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli etibarnamələrin surətlərindən görünür ki, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 İddiaçı1 etibarnamə verərək məhkəmə iclaslarında onları təmsil etməyi həvalə etmişlər. Cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızının vəkalətli nümayəndəsi X21 məhkəmə iclası zamanı göstətrmişdir ki, cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızı səhhəti ilə bağlı məhkəmə iclasına gəlməmiş, ona etibarnamə verərək məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızına qarşı üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla hüquqmüəyyənedici sənədlər olan JN-467F, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə, Qeydiyyat tarixi xx.xx.2022-ci il, Qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99-10301 olan Dövlət reyestrindən Çıxarış və Tərtər rayon Notariat Ofisi tərəfindən mərhum X11 vərəsəsi olan İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-906 reyestr qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0,57 ha torpaq sahəsinin iddiaçılara mənsub olan 6/7 hissəsində hər birinin paylarının sənədləri və koordinatları müəyyən edilməklə naturada bölünüb ayrılması, hüquqmüəyyənedici sənədlər olan JN-467G, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” Şəhadətnamə, qeydiyyat tarixi xx.xx.2022-ci il, Qeydiyyat nömrəsi **********72 olan Dövlət reyestrindən Çıxarış və Tərtər rayon Notariat Ofisi tərəfindən mərhum X11 və mərhum X3 vərəsəsi olan İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli, 2V-640 və 2V-641 reyestr qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 2ində yerləşən 0,20 ha torpaq sahəsindən iddiaçılara məxsus olan hər birinin paylarının sərhədləri və koordinatları müəyyən edilməklə naturada bölünüb ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbini qəbul etmirlər. İddiaçı fikirləşsin ki, 0,20 ha torpaq sahəsində 0,57 ha torpaq sahəsi necə alınmışdır. Ayrı təsərrüfatda tək yaşayan Məxmər Mirzəyevanın 0,20 ha torpaq sahəsi ilə birlikdə onlar 0,57 ha torpaq sahəsinə sənəd almışlar. Həmin sənəddə 0,57 ha Məxmər Mirzəyevanın, 0,20 ha torpaq sahəsində onların ailəsinin adları vardır. Həmin sənəd ləğv olunmamışdır. Ləğv olunan İddiaçı2 atasının və Məxmər Mirzəyevanın vərəsəlik hüququ haqqında şəhadətnamələri ləğv olunmuşdur. Həmin xx.xx.2024cü il tarixli qətnamədən şikayət olmamışdır. Bunlarla yanaşı o, bir neçə dəfə iddiaçı tərəflə razılığa görə çağırmış, lakin nəticə əldə olunmamışdır. Onlar yol istəyir və avtomobil yolu istəyirlər. Orada həmin məsafə 1 metr 70 sm-dir. Onlar qonşu ilə onun arasında olan hasarı sökməyi və ona yol verməsini bildirmişdir. Onlara bu torpaq onların adına olduğunu və əvvəlki kimi istifadə etməyi təklif etmiş, lakin aralarında razılıq olmamışdır. Onlara yol verilməsi ilə bağlı bir neçə variant olmuş, iddiaçı qardaşına zəng edərək yol verməməsini bildirmişdir. xx.xx.1997ci ildə Qabil Cəfərovun ümumilikdə 0,23 ha torpaq sahəsi olmuşdur. Ondan sonra Məxmər Mirzəyevanın isə 0,20 ha torpaq sahəsi olmuşdur. Qabil Cəfərovdan zəbtə görə 0,13 ha, Məxmər Mirzəyevadan 0,08 ha zəbtə görə çıxmışlar. Ümumi olaraq 0,23 ha içərisində İddiaçı2 0,10 ha torpaq sahəsi vardır. Hazırda 0,10 ha ümumi torpaqdan ayırmışlar. Ancaq kolxoz torpaqları islahata verəndə Qabil Cəfərovun 0,40 ha torpaq sahəsi olmuşdur. 0,57 ha necə yaranmışdır məlum olmamışdır. O, pul vermək şərti ilə iddiaçı tərəfə 2003-cü ildə 88 metr uzunluğunda 6 metr enində qonşudan yol alıb vermişdir. Həmin vaxt heç bir problem olmamış, lakin sonradan yolun uzaq olmasını bildirmişlər. O, təklif edir ki, 0,57 ha torpaq sahəsinin bölünməsini xahiş etmişdir. Lakin 0,20 ha torpaq X9 məxsus olmuşdur. 11 il bundan qabaq Qabil Cəfərov məhkəmədə bir necə iddia qaldırmışdır. Hamısı bir yerdə məsləhətə gəlib torpaqların sərhədlərini müəyyən etmişlər. Həmin vaxt barı çəkilməsinə etiraz olmamışdır. 2003cü ildə Qabil Cəfərov həmin yolun kənarında ağac əkmişdir. Əgər yolu qəbul etmirdilərsə nəyə görə ağac əkmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi 0,57 ha və 0,20 ha həyətyanı torpaq sahələrinə görə verilmiş “Torpağın Mülkiyyət Verilməsinə Dair” Şəhadətnamələrin qüvvədə olduğunu bildirmişdir. İddia tələbinin 0,57 ha hissəsinin bölünməsinə razı olduğunu, lakin 0,20 ha həyətyanı torpaq sahəsinin bölünməsinə razı olmadığını bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızı X12 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızına, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən iddiaçıların, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş JN-467F, KOD 61100058 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə ünvan 1indən verilmiş 0,57 ha həyətyanı torpaq sahəsi X11, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, İddiaçı1 və X3 mülkiyyətinə 0,57 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-467G, KOD 61100058 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamənin surətindən görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə ünvan 1indən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsi X11, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, İddiaçı1 və X3 mülkiyyətinə 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə Mirzəyeva (Quliyeva) Rita Qasım qızının 16.02 1953-cü ildə Mirbəşir rayon, hazırki Tərtər rayon Səhləbad kəndində anadan olduğu, ata qrafasında X13 və ana qrafasında X16 olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci ildə verilmiş AZ-İİ № 197031 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2003-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci ildə verilmiş AZ-İİ № 093953 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2020-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci-ci ildə verilmiş AZ-İ № 756305 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1959-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 171797 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə İddiaçı2 xx.xx.1965-ci ildə ünvan 1ində anadan olduğu, ata qrafasında X27 və ana qrafasında X28 olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İV JQ № 171797 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X5 arasında nikahın xx.xx.1988-ci ildə rəsmi qeyd edilməsi, ərə Cəfərov, arvada Cəfərova soyadı verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 89/2024 nömrəli qətnaməsinin surətindən ğörünür ki, həmin qətnamə ilə iddia qəsmən təmin edilmiş, tələb cavabdeh İddiaçı2 adına verilmiş Tərtər rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2V-907 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və onun bütün digər hüquqi nəticələrinin ləğv edilməsi hissəsində təmin edilmiş, ünvan 2ində yerləşən 0,57 ha torpaq sahəsindən iddiaçı Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızının anası X3 payına düşən 0,0814 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair hissədə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2V-640 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı2 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-in yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha torpaq sahəsinin mərhum X17 məxsus olan 0,********** ha hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 2V-906 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı2 pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-in yanında DƏDRX-in Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********9-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,57 ha torpaq sahəsinin mərhum X17 məxsus olan 0,********** ha hissəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 342 saylı arxiv arayışının surətindən görünür ki, X11 ailə üzvləri X29 qardaşı, X28 həyat yoldaşı, X31-oğlu, X14-qızı, X18 -qızı və İddiaçı2-oğlundan ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X14 göstərmişdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş atası X10 miras qalmış əmlaklardan ona çatacı miras payı qəbul etməmiş, etmir, gələcəkdə miras payın qaytarılması barədə heç bir tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il gtarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X35 göstərmişdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş atası X10 miras qalmış əmlaklardan ona çatacı miras payı qəbul etməmiş, etmir, gələcəkdə miras payın qaytarılması barədə heç bir tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il gtarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X31 göstərmişdir ki, xx.xx.2020-ci ildə vəfat etmiş atası X10 miras qalmış əmlaklardan ona çatacı miras payı qəbul etməmiş, etmir, gələcəkdə miras payın qaytarılması barədə heç bir tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş ünvan 1 İƏD-i üzrə nümayəndənin verdiyi 410 saylı, xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X15 atası X13 xx.xx.1959-cu ildə, anası X16 11 yanvar 2003cü ildə vəfat etmişdir. Onların birgə nikahdan X26 adlı övladı qalmışdır. Qeyd Tərtər rayon Dövlət Arxivinin xx.xx.2017-ci tarixli 343 nömrəli arayışa əsasən 1969-1971, 1972-1974-1976-cı illər üzrə tərtib edilmiş təsərrüfat başına kitablarda qızı X22 ilə birgə, 1977-1979, 1980-1982, 1983-1985, 1986-1990, 1991-1995, 1996-200, 2001-2005-ci illər üzrə təsərrüfatbaşına kitabda isə X3 tənha yaşadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş və 05 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1ində yerləşən JN 467F və 467G, KOD nömrəsi 61100058 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə ilə X11, İddiaçı2, İddiaçı1İddiaçı3, İddiaçı4, X3 və X19 qmumi birgə müıkiyyətinə 0,77 ha torpaq sahəsi verisə də faktki naturada 0,93 ha torpaq sahəsindən istifadə edilir. Odur ki, mülkiyyətlərinə verilən 0,77 ha tiorpaq sahəsindən artıq qalan torpaq sahəsini hər bir mülıkiyyətçi üçün ümumi istifadəli yol saxlanılmaqla mülkiyyətlərində olan 0,77 ha torpaq sahəsinin yola çıxışı təmin edilməklə üzərindəki yaşayış evləri, köməkçi tikililərn və tikinti altı torpaq sahəsini çıxaraq 7 bərabər hissəyə bölünməsi mümkündür. Bölgü sxemi rəyə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli tikintitexniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinun mütəxəssis rəyində qeyd edilimişdir ki, ünvan 1ində yerləşən JN 467F və 467G, KOD nömrəsi 61100058 saylı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə ilə X11, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, X3 və X19 qmumi birgə müıkiyyətinə 0,77 ha torpaq sahəsi verisə də faktki naturada 0,93 ha torpaq sahəsindən istifadə edildiyi müəyyən edilmişdir. Odur ki, mülkiyyətlərinə verilən 0, 77 ha tiorpaq sahəsindən artıq qalan torpaq sahəsini hər bir mülıkiyyətçi üçün ümumi istifadəli yol saxlanılmaqla mülkiyyətlərində olan 0,77 ha torpaq sahəsinin yola çıxışı təmin edilməklə üzərindəki yaşayış evləri, köməkçi tikililərn və tikinti altı torpaq sahəsini çıxaraq 7bərabər hissyə bölünm mümkündür. Bölgü sxemi rəyə əlavə edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçıların və cavabdeh Rita Mirzəyevanın (Mirzoyevanın) anası Məxmər Mirzəyevanın ümumi paylı mülkiyyətlərinə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə JN:467F və JN 467G saylı, kod nömrəsi 61100058 olan “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnaməyə əsasən 0,57 ha və 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənəddə paylı mülkiyyətçilərin, o cümlədən iddiaçılar və cavabdeh Rita Mirzəyevanın (Mirzoyevanın) anası Məxmər Mirzəyevanın payları müəyyən edilmişdir. Paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Seydimli kənd ərazisində yerləşən, 0,57 ha və 0,20 ha həyətyanı torpaq sahəsindən payılarının natura formasında ayrılmasını və sərhədlərinin müəyyən edilməsini mqsədəmüvafiq hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçılar və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının ayrılmasını tələb etmiş, lakin iddiaçıların paylarının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehlər razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçıların ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərtəşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçıların iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Mirzəyeva (Mirzoyeva) Rita Qasım qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X6, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən- presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının, digər iddiaçıların nümayəndəsinin və cavabdehin vəkalətili nümayəndəsinin izahatlarını, mütəxəssis və ekspert rəylərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, hüquqmüəyyənedici sənədlər olan JN-467F, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,57 ha torpaq sahəsinə və JN-467G, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” Şəhadətnaməyə əsasən ünvan 2ində yerləşən 0,20 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 1/7 hissədə payları müəyyən edilməli, hər birinin paylarının sərhədləri və koordinatları müəyyən edilməklə, naturada ayrılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hüquqmüəyyənedici sənədlər olan JN-467F, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə Dair” şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,57 ha torpaq sahəsinə və JN-467G, KOD 61100058 nömrəli “Torpağın Mülkiyyətə verilməsinə Dair” Şəhadətnaməyə əsasən ünvan 2ində yerləşən 0,20 ha torpaq sahəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 1/7 hissədə payları müəyyən edilsin. Hər birinin paylarının sərhədləri və koordinatları müəyyən edilməklə, naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X6, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-19/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-19/2025
09.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver