Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-253/2025 14.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı X5 vəkalətli nümayəndəsi, İddiaçı2, Cavabdeh, maraqlı şəxslər X1 və X2, iştirakları ilə İddiaçılar X5 və İddiaçı2 Cavabdeh qarşı maraqlı şəxslər X6, X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar X12 və İddiaçı2 Cavabdeh qarşı maraqlı şəxslər X6, X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış sənədinə əsasən Tərtər rayonu, Sarov kəndində yerləşən ümumi birgə mülkiyyətlərində 2,5506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,51012 ha ölçüdə (1/5 hissədə) olmaqla, cəmi 1,02024 ha (2/5 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul vəsaitinin cavabdehdən alınaraq onlara ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçılar X12 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onların qardaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışa əsasən Tərtər rayonu Sarov kəndində cavabdehlə birlikdə onların və mərhum xx.xx.2019-cu il tarixdə vəfat etmiş ataları X8 və xx.xx.2018-ci ildə vəfat etmiş mərhum anaları X3 ümumi birgə mülkiyyətinə 0,5506 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin 1/5 hissəsi onların, cavabdehin və mərhum valideynlərinin hər birinə 1/5 hissəsi payına verilmişdir. Buna baxmayaraq Cavabdeh uzun müddətdir ki, onları öz pay torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Buna görə hesab edirlər ki, çıxarışda qeyd olunan ölçülərdə iddiaçıların payı ayrılıb onlara verilməli və buna uyğun olaraq sərhədləri müəyyən edilməlidir. Cavabdeh ilə aralarında olan mübahisənin bu qaydada həll edilməsi üçün dəfələrlə Cavabdeh müraciət edib məsələni məhkəmədən kənar qaydada həll etmək istəsələr də Cavabdeh buna razı olmamışdır. Buna görə də hesab edirlər ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış sənədinə əsasən Tərtər rayonu, Sarov kəndində yerləşən ümumi birgə mülkiyyətlərində 2,5506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,51012 ha ölçüdə (1/5 hissədə) olmaqla, cəmi 1,02024 ha (2/5 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilməlidir. Bu səbəbdən Cavabdeh ilə aralarında yaranan mübahisələrin həll edilməsi və bununla da pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət eməli olmuşlar. Yuxarlıda göstərilənlərə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış sənədinə əsasən Tərtər rayonu, Sarov kəndində yerləşən ümumi birgə mülkiyyətlərində 2,5506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,51012ha ölçüdə (1/5 hissədə) olmaqla, cəmi 1,02024 ha (2/5 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı X5 vəkalətli nümayəndəsi və İddiaçı2 iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ № 487100 nömrəli etibarnamənin surətindən görünür ki, X12 bacısı İddiaçı2 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermis Cavabdeh göstərmişdir ki, iddiaçılar X12 qardaşı, İddiaçı2 bacısıdır. Azad Şirinov və İddiaçı2 məhkəmədə ona qarşı ümumi birgə mülkiyyətlərində olan Tərtər rayon Sarov kəndində yerləşən 2,5506 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin onların payına düşən hissəsinin naturada ayrılması, həmçinin ödədiyi 100 manat dövlət rüsumunun ondan alınaraq onlara ödənillməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsi onların ailə üzvlərinə verilməsinə baxmayaraq həmin sahəni əkib becərmişdir. İddiaçı2 yaşadığı Ağcəbədi rayonunda torpaq sahəsi vardır. İddia ərizəsini qəbul etmədiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs Hüseynova (Şirininova) İfadə İslam qızı göstərmişdir ki, iddiaçı və cavabdeh bacı və qardaşlarıdır. O, valideynlərindən ona düşən payın qardaşı Cavabdeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş maraqlı şəxs X4 göstərmişdir ki, iddiaçı və cavabdeh bacı və qardaşlarıdır. Onların ailələrinə verilmiş pay torpaq sahəsi ilə bağlı dövlət aktında adı qeyd edilməmişdir. Atasından qalan payı tələb etmədiyini, pay torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada tərəflər arasında bölüşdürülməsini və mübahisəli torpaqla bağlı tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Sarov kəndində 2,5506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5 nəfər olmaqla X5, İddiaçı2, Cavabdeh, X8 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 346 və 347 saylı arayışlardan görünür ki, X5 anası X10 xx.xx.2018-ci il tarixdə ölənədək Tərtər rayon Sarov kəndində yaşamış, o, ölən vaxt onunla birgə təsərrüfatda həyat yoldaşı X13, oğlu X12, oğlu Cavabdeh və qızı İddiaçı2, eləcə də onun atası mərhum X13 xx.xx.2019-cu il tarixdə ölənədək Tərtər rayon Sarov kəndində yaşamış, o, ölən vaxt onunla birgə təsərrüfatda oğlu X12, oğlu Cavabdeh və qızı İddiaçı2 ailə üzvləri kimi qalmışlar. İş materiallarına əlavə edilmiş AZ-İİ № 412640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ № 412639 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1969-cu ildə Tərtər rayon Sarov kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X13, ana qrafasında X10 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ №249787 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1972-ci ildə Tərtər rayon Sarov kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X13, ana qrafasında X10 qeyd edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin və maraqlı şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçının və cavabdehin eləcə də digər üç nəfər ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Tərtər rayonu, Sarov kəndi ərazisindən, kənd təsərrüfatı təyinatlı 2,5506 hektar torpaq sahəsi verilmişdir. Həmin çıxarışdan aydın olur ki, 5 nəfər paylı mülkiyyətçilərin, o cümlədən iddiaçı və cavabdehin paylarına 1/5 hissədə pay müəyyən edilməlidir. Paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar İddiaçı2 və Azad Şirinov payının naturada ayrılmasını tələb etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı2 iddianın qanunamüvafiq qaydada təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh göstərmişdir ki, İddiaçı2 Ağcəbədi rayonunda yaşadığını, onun yaşadığı yer üzrə torpaq sahəsi olduğunu, hazırda onlara verilmiş pay torpaq sahəsinin naturada bölünməsinə razı olmadığını bildirmişdir. Məhkəmə Cavabdeh İddiaçı2 adına yaşadığı ərazidə torpaq sahəsinin olduğunu əsas gətirməklə, torpaq sahəsinin naturada bölünməsinə razı olmadığını göstərməsini iş üzrə sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etməmiş, İddiaçı2 yaşadığı ərazidə adına torpaq sahəsinin olmasının xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmasına səbəb ola biməz, iddiaçının həmin hüququ qanunla qorunur. Məhkəmə cavabdehin bununla bağlı verdiyi vəsatətin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Sarov kənd ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 2,5506 hektar torpaq sahəsindən iddiaçının 1/5 hissədən ibarət payının natura formasında ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmiş, lakin iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçının ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərt-əşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 (yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən-presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının, cavabdehin və maraqlı şəxslərin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Tərtər rayonu, Sarov kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,5506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş elektron çıxarışa əsasən iddiaçılar X5 və İddiaçı2 payları 1/5 hissədə naturada bölünməli, sərhədləri müəyyən edilməli, iddiaçılara təhvil verilməlidir, eləcə də idiaçılar X12 və İddiaçı2 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılara vedilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Tərtər Rayonu, Sarov kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,5506 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş elektron çıxarışa əsasən iddiaçılar X5 və İddiaçı2 payları 1/5 hissədə naturada bölünsün, sərhədləri müəyyən edilsin, iddiaçılara təhvil verilsin. İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı2 verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-253/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-253/2025
14.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver