Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-274/2025 17.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkalətli nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi olmaqla “Torpağa Mülkiyyət Hüququna Dair” JN-115, KOD 61109005 saylı Dövlət Aktına əsasən Tərtər rayonu, Rəcəbli kəndində cavabdehlərlə birlikdə onların ümumi birgə mülkiyyətinə verilmiş 2,23 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,5575 ha ölçüdə (1/4 hissədə) olmaqla, cəmi 1,15 ha (2/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 ailə üzvləridir. Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə onların və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə 2,23 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu hal “Torpağa Mülkiyyət Hüququna Dair” JN-115, KOD nömrəsi 61109005 olan Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin ¼ hissəsi (0,5575 ha) iddiaçıların və cavabdehlərin payına verilmişdir. Buna baxmayaraq cavabdehlər 2017-ci ildən indiyədək onları öz pay torpaq sahələrindən istifadə etməyə, məhsul əkib-becərməyə imkan verməmişlər. Buna görə də onlar hesab etmişlər ki, Dövlət Aktında qeyd olunan ölçülərdə onların payı naturada ayrılıb verilməli və buna uyğun olaraq sərhədləri müəyyən edilməılidir. Cavabdehlərlə aralarında olan mübahisənin bu qaydada həll edilməsi üçün dəfələrlə cavabdehlərə müraciət edib mübahisəni məhkəmədən kənar qaydada həll etmək istəsələr də cavabdehlər buna razılıq verməmişlər. Bu səbəbdən də cavabdehlərlə aralarında yaranan mübahisənin həll edilməsi və bununla da pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşlar. Yuxarıda göstərdiklərinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Torpağa Mülkiyyət Hüququna Dair” JN-115, KOD 61109005 saylı Dövlət Aktına əsasən Tərtər rayonu, Rəcəbli kəndində cavabdehlərlə birlikdə onların ümumi birgə mülkiyyətinə verilmiş 2,23 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hissələrə uyğun pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi həyata keçirilməklə iddiaçıların hər birinin mülkiyyətinə 0,5575 ha ölçüdə (1/4 hissədə) olmaqla, cəmi 1,15 ha (2/4 hissədə) verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin yerdə (naturada müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkalətli nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri bir daha təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İ № 662023 nömrəli etibarnamədən görünür ki, İddiaçı2 anası İddiaçı1 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İİİ № 420216 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 qardaşı X2 etibarnamə verərək məhkəmə iclaslarında onu təmsil etməyi həvalə etmişdir. Cavabdeh qismində məhkəməyə çağırılmış Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, üzürlü səbəblər olmadan məhkəmə islasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, üzürlü səbəblər olmadan məhkəmə islasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin İdarələrin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə Tərtər rayon Rəcəbli kəndindən 2,23 ha pay torpaq sahəsinə görə verilmiş “Torpağa Mülkiyyət Hüququna Dair” JN-115, KOD nömrəsi 61109005 olan Dövlət Aktının surətindən görünür ki, həmin sənəddə Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və İddiaçı2 mülkiyyətçi kimi qeyd olunmuşlar. Məhkəmə iddiaçıların vəkalətli nümayəndəsini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətlərinə Dövlət Aktı ilə Tərtər rayonu, Rəcəbli kəndi ərazisindən, kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsi verilmişdir. Həmin sənəddən aydın olur ki, 4 nəfər paylı mülkiyyətçilərin, o cümlədən iddiaçı və cavabdehlərin paylarına 1/4 hissədə pay müəyyən edilməlidir. Paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar payının naturada ayrılmasını tələb etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçıların vəkalətli nümayəndəsi iddianın qanunamüvafiq qaydada təmin edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Rəcəbli kənd ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 2,23 hektar torpaq sahəsindən iddiaçının 1/4 hissədən ibarət payının natura formasında ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmiş, lakin iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçının ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərtəşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 (yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən-presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının vəkalətli nümayəndəsinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş “Torpağa Mülkiyyət Hüququna Dair” JN-115, KOD 61109005 saylı Dövlət Aktına əsasən Tərtər rayonu, Rəcəbli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 payları 1/4 hissədə naturada müəyyən edilərək bölünməli, sərhədləri müəyyən edilməli, iddiaçılara təhvil vedilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Tərtər Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş “Torpağa Mülkiyyət Hüququna Dair” JN-115, KOD 61109005 saylı Dövlət Aktına əsasən Tərtər rayonu, Rəcəbli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 payları 1/4 hissədə naturada müəyyən edilərək bölünsün, sərhədləri müəyyən edilsin, iddiaçılara təhvil verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-274/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-274/2025
17.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver