Məhkəmə qərarları › İş №2(061)-329/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-329/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-329/2025 28.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-in sədri X1 iştirakları ilə İddiaçı, cavabdeh "xxxx" ASC-nə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh "xxxx" ASC -in əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, Tərtər rayonunda qeyriyaşayış sahəsi olan Tərtər Məişət ASC onun 53 il işlədiyi sözügedən obyektdən çıxarılmasını tələb etmişdir. Hətta xx.xx.2012-ci ildə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Tərtər Rayon Məhkəməsinin qətnaməsindən o, apellyasiya şikayəti vermişdir. xx.xx.2013-cü ildə Gəncə Apellyasiya Məhkəməsi Tərtər Rayon Məhkəməsinin qətnaməsini bütünlüklə ləğv etmişdir. Hazırki mülkiyyətçi X1 iddiası bütünlüklə rədd edilmişdir. O, uzun illərdir ki, həmin yerə pul ödəmiş və həmin yer Azərbaycan Respublikasının dövlət əmlak komitəsinin dövlət özəlləşdirmə payı barədə verdiyi çeki ora vermişdir. Üstdəki ilk vərəqini götürüb qalan hissəsni 7 aydan sonra özünə qaytarmışdır. Uzun müddətdir ki, sözügedən yerdən istifadə etdiyi üçün həmin yer ilk ona təklif edilməli olmuşdur. Göründüyü kimi bunların heç biri edilməmişdir. Məxvi sənədləşdirilimə aparılmışdır. Eyni ilə də X3 da xx.xx.2009-cu ildə məhkəməyə vermiş, xx.xx.2022-ci ildə Ali Məhkəməyə versə də heç bir iddiası təmin edilməmişdir. Əgər sözügedən qətnamələrə diqqət yetirilsə eyni predmet təşkil edən iddia ərizələri dəfələrlə olsa da cavabdeh uduzmuşdur. İndi isə saxta yolla sənəd əldə edərək onu 53 il işlədiyi məişət evindən çıxarmaq istədiyini bildirmişdir. Hətta icarə haqqı kimi 5400 manat və 74 manat dövlət rüsumu tələb etmişdir. O, 2016-cı ildə həmin məişət evində işləyib, təqaüdə çıxmışdır. Lakin cavabdeh qərəzli olaraq onu işdən azad etmişdir. Halbu ki, o, 2016-cı ilə qədər məişət evində rəsmi işləmiş, aylıq ödəniş etmişdir. Cavabdeh isə onun heç bir ödəniş etməməsini göstərmişdir. Onun əlində 1993-cü il, 1998-ci il, 2004-cü il, 2005-ci il, 2008-ci il, 18.05, 24.08, 29.11, 14.12, xx.xx.2010-cu illərdə, 2011-ci illərdə etdiyi ödənişlərin bir qisminin çeklərinin surətlərinin özündə olduğunu bildirmişdir. O, 2016-cı ildə təqaüdə çıxandan sonra əmək kitabçasını DSMF-dən almış və diqqət yetirməmişdir. Əmək kitabçasında onun guya 2004-cü ildə işdən azad edilməsi qeyd edilmişdir. Bu əmr onun mülkiyyətdən azad edilməsi üçün verilmişdir. Cavabdeh iddiasında göstərmişdir ki, guya o, 2016-cı ildən pul ödəməmişdir. O, İ Qarabağ Müharibəsi iştirakçısı və əmək veteranıdır. Ali Məhkəmədə hakim cavabdehə onun icarə haqqı ödəməkdən azad olduğunu bildirmişdir. Bundan başqa cavabdeh heç vaxt onunla icarə müqaviləsi bağlamamış, pul ödənişləri etməsi heç bir xəbərdarlıq və bildiriş göndərməmişdir. Bu da onu deməyə əsas vermişdir ki, cavabdeh ondan qərəzli olaraq pul tələb etmişdir. Halbu ki, özü xx.xx.2022-ci ildə xx.xx.2022-ci ildə mülkiyyət sənədi əldə etmişdir. Bu da onu deməyə əsas verir ki, onun mülkiyyətçi olması barədə onun məlumatı olmamışdır. Tərtər Rayon Məhkəməsinin icraatında 2(061)-1711 saylı mülki iddia verərək 2016-cı ildən pul tələb edir. Halbu ki, özü 2022-ci ildən mülkiyyətçidir. Onunla heç bir icarə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi cavabdeh qondarma və məqsədyönlü reyestr nömrəsi **********79 nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış almaqlıa onların ailənin dolanmasını məhdudlaşdırmışdır. Onunla heç bir müqavilə bağlamamış, eləcə də ona icarə müqaviləsi bağlamaq təklif edilməmişdir. Belə ki, son 2 ayda o, bilmişdir ki, cavabdeh belə bir sənədi əldə etmişdir. Göstərdiklərinə əsasən cavabdeh "xxxx" ASC-in ********** saylı qeydiyyat nömrəli çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş X4 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.1997-ci ildən "xxxx" ASC-in idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. İddia ərizəsinə etiraz ərizəsi vermişdir. Etiraz ərizəsində qeyd etdiyi kimi, İddiaçı onun rəhbəri olduğu "xxxx" ASC-ə qarşı heç bir əsası olmayan iddia irəli sürmüşdür. Belə ki, o, "xxxx" ASC-in rəhbəri kimi xx.xx.2022-ci ildə Cəmiyyətin mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən 19 kv.metr sahəsi olan daşınmaz əmlakı tam mülkiyyət hüququ əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Sənədləşmə aparılması onun səlahiyyətləri daxilində olmamış, aidiyyəti qurumlara edilmiş müraciətlər əsasında qanunun tələblərinə əsasən aparılmış və qanunun tələblərinə uyğun olaraq sənədləşmişdir. Bununla bağlı rəsmi qaydada sənədlər alınmış və aidiyyət üzrə təqdim edilmişdir. O, sənədləşməni qanuni hesab edir, sənədləşmə qanunun tələblərinə əsasən aparılmışdır. Heç kimdən zorla sənəd alınmamış, sənədləri qanuni əsaslarla tərtib edilmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 2(104)-127/2013-cü il tarixli Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Tərtər Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli və İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqavilələrinin ləğv olunması, həmin icarə müqavilələri üzrə 750 manat məbləğində icarə haqqı İddiaçı və 2420 manat məbləğində icarə haqqı X2 borcunun "xxxx" ASC-in xeyrinə tutulması barədə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" ASC-in cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən 19 kv.metr sahəsən ibarət qeyri yaşayış sahəsinə görə cavabdeh İddiaçı tərəfindən 2016-cı ilin yanvar ayından indiyədək ödənilməmiş aylıq icarə haqqlarının, yəni 5400 manat və dövlət rüsumu kimi ödənilmiş 74 manat pulun ondan alınaraq "xxxx" ASC-in hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı 2020- 2011-ci illərdə "xxxx" ASC-ə 40 manat və 50 manat məbləğində icarə haqqları ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1997-ci il tarixli № RK-372 nömrəli əmrin surətindən görünür ki, sədr müavili B.Nuriyevin və Səhmdar cəmiyyətin yaradılması və qiymətli kağızların tədavülü idarəsinin rəisi Q.Həsənovun təqdimatına əsasən X4 xx.xx.1997-ci ildən "xxxx" ASC-in idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin surətindən görünür ki, Tərtər şəhər H.Əliyev prospektində yerləşən 19 kv.metr qeyri-yaşayış sahəsi xx.xx.2022-ci ildə ********** nömrə ilə tam mülkiyyət hüququ əsasında "xxxx" ASC-in mülkiyyəti hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən Tərtər şəhər H.Əliyev prospektində yerləşən qeyriyaşayış sahəsinə görə "xxxx" ASC-in adına texniki pasport verilmişdir. Məhkəmə iddiaçının, cavabdeh tərəfin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı uzun müddət "xxxx" ASC-də işləmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, 54 il "xxxx" ASC-də işləmişdir. Həmin mübahisəli yerə görə icarə haqqı vermişdir. 2016-cı ildə təqaüdə çıxarkən 2004-cü ildə işdən azad edildiyini bilmişdir. Son zamanla cavabdehin mübahisəli qeyri-yaşayış binasına görə çıxarış sənədini aldığını bilmişdir. Həmin sənəödin qanunsuz olduğunu və etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisəli qeyri-yaşayış binasının ona məxsus olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. O, yalnız öz şəxsi mülahizələrinə əsasəlanaraq izahat verməklə kifayətlənmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkənə iclasında izahat vermiş cavabdeh "xxxx" ASC-in idarə heyətinin sədri Yaqut Əhmədova göstərmişdir ki, o, "xxxx" ASC-in rəhbəri kimi xx.xx.2022-ci ildə Cəmiyyətin mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən 19 kv.metr sahəsi olan daşınmaz əmlakı tam mülkiyyət hüququ əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Sənədləşmə aparılması onun səlahiyyətləri daxilində olmamış, aidiyyəti qurumlara edilmiş müraciətlər əsasında qanunun tələblərinə əsasən aparılmış və sənədləşmişdir. Həmin prosesin onun tərəfindən deyil, aidiyyəti Dövlət qurumları tərəfindən qanuni şəkildə aparıldığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, əgər iddiaçı tərəfin izahatında göstərdiyi hallar mövcud olmuşdursa o, istifadəsində olan qeyri-yaşayış sahəsinin adına sənədləşdirilməsi məqsədi ilə hər hansı quruma müraciət etməsi ilə bağlı müraciəti məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı bu halı məhkəmədə mübahisələndirməmişdir. Həmçinin cavabdeh tərəf çıxarış sənədini bütün prosedur qaydalara riayət etməklə aparılmışdır. İddiaçı tərəf qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq sənədləşdirilməsini təsdiq edən sənədi, sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçıların tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmamalı, yəni cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Hazırki sənədlərlə aydın olur ki, cavabdehin sahibliyi mövcuddur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin iddiaçıya münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində göstərdiklərində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcud deyildir. Belə ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ mövcud deyildir. Həmin qeyri -yaşayış sahəsi məhkəmədə elan olunmuş çıxarış sənədinə əsasən cavabdeh "xxxx" ASC-in sahibliyindədir. Göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia ərizəsidə göstərilənlər əsassızdır və təmin olunması məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş materiallarını, iddiaçının və cavabdeh tərəfin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh "xxxx" ASC -in əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh "xxxx" ASC -in əldə etdiyi ********** saylı qeydiyyat nömrəli çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar