Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-35/2025 21.06.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X6maqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Hacıqərvənd kəndində cavabdehlərlə birlikdə onların ümumi birgə mülkiyyətlərinə adambaşına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bərabər pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərin müəyyən edilməsi həyata keçirilməklə onların hər ikisinə birlikdə verilmiş 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin “Torpağa Mülkiyyət Hüququna Dair” JN-290,KOD nömrəsi 61100038 saylı Dövlət Aktında cizgidə göstərilən koordinatlar daxilində yerində (naturada) müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin və cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X6maqla Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Hacıqərvənd kəndində cavabdehlərlə birlikdə onların ümumi birgə mülkiyyətlərinə adambaşına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bərabər pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərin müəyyən edilməsi həyata keçirilməklə onların hər ikisinə birlikdə verilmiş 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin “Torpağa Mülkiyyət Hüququna Dair” JN-290,KOD nömrəsi 61100038 saylı Dövlət Aktında cizgidə göstərilən koordinatlar daxilində yerində (naturada) müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat olaraq bildirmişdir ki, İddiaçı1 məhkəmə iclaının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gələ bilməmişdir, onun iştitrakı olmadan işə baxılmasını xahiş etmişdir. cavabdehlər onun ailə üzvləridir. Onlar onu evdən çıxarmışlar. Hazırda məcbur olub qızı Vəfanın yanında yaşayır. Bu səbəbdən məhkəmədə evə köçürmə ilə bağlı iddia qaldımqa qərarına gəlmişdir. Cavabdehlər ona və digər iddiaçıya məxsus olan pay torpaq sahəsini əkib becərmiş, lakin onlara məhsul və ya pul vasəiti verməmişlər. Belə ki, ona və ailə üzvlərinə verilmiş 2.25 ha pay torpaq sahəsinin 0.750 ha hissəsi onun və digər iddiaçının payına düşmüşdür. Həmin pay torpaq sahəsindən istifadə edə bilmədikləri üçün torpaq sahəsinin naturada ayrılması, sərhədlərinin müəyyən edilməsi, payların yerində müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Hacıqərvənd kəndində cavabdehlərlə birlikdə onların ümumi birgə mülkiyyətlərinə adambaşına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bərabər pay hüququ əsasında naturada bölgüsünün və sərhədlərin müəyyən edilməsi həyata keçirilməklə onların hər ikisinə birlikdə verilmiş 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin “Torpağa Mülkiyyət Hüququna Dair” JN-290,KOD nömrəsi 61100038 saylı Dövlət Aktında cizgidə göstərilən koordinatlar daxilində yerində (naturada) müəyyən edilməklə ölçülüb onlara təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onların iştirak olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Eləcə də iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə tanış olmuşdur. Rəylərə qarşı da etirazı olmadığını bildirmişdir. İş üzrə İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə SMS bildirişlərdən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehlərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarına əlavə edilmiş JN :0290 saylı, KOD nömrəsi 61100038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktının surətindən görünür ki, İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli 02 saylı qərarı ilə verilmiş JN :0290 saylı, KOD nömrəsi 61100038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən 2,25 ha əkin üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Həsənqaya kənd İƏD-i üzrə nümayəndənin verdiyi 436 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, verilir Tərtər rayon Hacıqərvənd kəndində qeydiyyatda olan, Bərdə rayon Həsənqaya kəndində anadan olmuş İddiaçı2 ondan ötəri ki, onun qardaşı X1 rayon Həsənqaya kəndində anadan olmuş və İ Qarabağ müharibəsində itkin düşmüş və məhkəmə qərarı ilə şəhid statusu verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş və 09 dekabr 2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, iddiaçının iştirakı ilə iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülərək TEKUİS məlumat bazası ilə müqayisələndirilmişdir. Məlum olmuşdr ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə Tərtər rayon Hacıqərvənd kəndində iddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətlərinə adam başına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bərabər pay hüququ əsasında naturada bölgüsü, sərhədlərinin müəyyən edilməsini həyata keçirilməklə iddiaçıların mülkiyyətinə düşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada bölünməsi mümkündür. Torpaq sahəsi suvarma istiqamətinə uyğun naturadakı torpağın şimal tərəfi və ya cənub tərəfdən ayrılması mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş 25 aprel 2025-ci il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinun mütəxəssis rəyində qeyd edilimişdir ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə Tərtər rayon Hacıqərvənd kəndində iddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətlərinə adam başına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bərabər pay hüququ əsasında naturada bölgüsü, sərhədlərinin müəyyən edilməsini həyata keçirilməklə iddiaçıların mülkiyyətinə düşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada bölünməsi mümkündür. Torpaq sahəsi suvarma istiqamətinə uyğun naturadakı torpağın şimal tərəfi və ya cənub tərəfdən ayrılması mümkündür. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçıların və cavabdehin eləcə də digər 4 nəfər ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə JN:290 saylı, kod nömrəsi 61100038 olan “Torpağa Mülkiyyət Hüququna” Dair Dövlət aktına əsasən 2,25 ha əkin üçün torpaq sahəsi verilmişdir. Həmin sənəddə paylı mülkiyyətçilərin, o cümlədən iddiaçılar və cavabdehlərin payları müəyyən edilmişdir. Paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçıların ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də iddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Hacıqərvənd kənd ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 2,25 hektar torpaq sahəsindən payılarnın natura formasında ayrılmasını və sərhədlərinin müəyyən edilməsini mqsədəmüvafiq hesab edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçılar və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz paylarının ayrılmasını tələb etmiş, lakin iddiaçıların paylarının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehlər razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçıların ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərt-əşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X2, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 117-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən- presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının izahatını, mütəxəssis və ekspert rəylərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Hacıqərvənd kəndində İddiaçı2 və İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərinə verilmiş adambaşına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bərabər pay hüququ əsasında payçılar arasında naturada bölünməli, sərhədlərin müəyyən edilməsi həyata keçirilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 hər ikisinə birlikdə verilmiş 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin “Torpağa Mülkiyyət Hüququna Dair” JN-290,KOD nömrəsi 61100038 saylı Dövlət Aktında cizgidə göstərilən koordinatlar daxilində yerində (naturada) müəyyən edilməklə ölçülüb onlara təhvil verilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli, 02 saylı qərarı ilə Tərtər rayonu, Hacıqərvənd kəndində İddiaçı2 və İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərinə verilmiş adambaşına 0,375 ha ölçüdə olmaqla, cəmisi 2,25 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bərabər pay hüququ əsasında payçılar arasında naturada bölünsün, sərhədlərin müəyyən edilməsi həyata keçirilsin, iddiaçılar İddiaçı2 və İddiaçı1 hər ikisinə birlikdə verilmiş 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin “Torpağa Mülkiyyət Hüququna Dair” JN-290,KOD nömrəsi 61100038 saylı Dövlət Aktında cizgidə göstərilən koordinatlar daxilində yerində (naturada) müəyyən edilməklə ölçülüb onlara təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı2 ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X2, KOD 210005, m/h AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-35/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-35/2025
21.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver