Məhkəmə qərarları › İş №2(061)-368/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-368/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-368/2025 10.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı X1 Cavabdeh qarşı “HYUNDAİ İX 35” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılıb satılması tələbinə dair iddia ərizəsini məhkəmə binasında nəzərə keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh qarşı “HYUNDAİ İX 35” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılıb satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri araşdırıb hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə verilməlidir. Belə ki, iddiaçı X3 Cavabdeh qarşı “HYUNDAİ İX 35” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılıb satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh qeydiyyat ünvanını ünvan 1 tələbini aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə Goranboy Rayon Məhkəməsinə verməmiş, Tərtər Rayon Məhkəməsinə vermişdir. İş materiallarına əlavə edilmiş şəxsin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş, Goranboy rayonu, Xanqərvənd kəndində yaşayır, şəxsiyyət vəsiqəsini xx.xx.2019-cu il tarixdə Goranboy rayon Polis Şöbəsindən almışdır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Belə olan Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində gəstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini qaytarmalıdır. Qanunun tələblərindən görünür ki, iddiaçı iddiasini ərazi aidiyyəti üzrə cavabdehin qeydə alindığı yerin məkəməsinə verməli olduğu halda qanunun bu tələbini pozmuşdur. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, iddiaçıya cavabdehin yaşayış yerindən arayış almaqla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən eilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yaşayış və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununa görə şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu yer üzrə müəyyən edilir. Göründüyü kimi ərizə cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə verilməmiş, ərizə verilərkən bu barədə sənədlər əlavə edilməmişdir. Hazırda işə baxan məhkəmə hesab edir ki, ərizənin belə vəziyyətdə baxılması MPM-nin aidiyyətlə bağlı qaydaların pozulması ilə nəticələnə bilər. İddiaçıya izah edilməlidir ki, yenidən cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X2 qaytarılmalıdır. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası MPM-nin 309, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİM: İddiaçı X1 Cavabdeh qarşı “HYUNDAİ İX 35” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılıb satılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X2 qaytarılsın. Qərardaddan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar