Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-67/2025 27.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızının vəkalətli nümayəndəsi X23 iştirakları ilə, İddiaçı cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızına qarşı böhtana görə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızına qarşı onun şərəf-ləyaqətini ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı üçün və şərəf və ləyaqətinə xələl gətirən yalan məlumatlar verdiyinə görə vurulmuş 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında atası X16, anası X11 və qardaşı X4 ilə birlikdə yaşayır. X3, qaynanası X7, qaynanası X9 və baldızı X1 tanıyır. Əvvəllər aralarında heç bir bir düşmənçilik və ədavət olmamışdır. X8 bibisi Mətanət Aslanovanın xalası Fəhluqə Baxşəliyevanın oğludur. Belə ki, Anar Baxşəliyevin valideynləri 2017-ci il tarixdə onun yaşadığı evə gələrək ailəsindən onu oğlu Anara istəmişlər. Onun ailə üzvləri Anarın ailə üzvlərini tanıdığından, həmçinin qohumluq əlaqələri olduğundan razı olmuşlar. Bundan sonra o, Anarla nişanlanmışdır. 2019-cu ilin noyabr ayının 10-da hər ikisi ailə üzvlərinin razılıqları ilə Anarla onun toyu olmuşdur. Həmin ərəfədə baldızı Xədicə boşanıb gəldikdən sonra birlikdə yaşamışlar. Anarın dayısı qızı Cavabdeh qonşuluqda yaşadığından tez-tez onun yaşadığı evə gələrək qaynanası Fəhluqə və baldızı Xədicənin yanında onu ailə üzvlərinin gözündən salmışdır. Belə ki, qaynanası Fəhluqə Cavabdeh oğlu Anara almaq istəmişdir. Lakin Anar istəməmişdir, ona görə də onu həmişə pisləmişdir, bu səbəbə görə də qaynanası Fəhluqə, baldızı Xədicə və əri Anar Baxşəliyev ondan soyumuşlar. 2020-ci ilin mart ayının 10-da o, xəstələndiyi üçün əri Anara zəng edib onu xəstəxanaya aparmasını bildirmişdir, həmin vaxt Anar Gəncə şəhərində fəhlə işlədiyi üçün gələ bilmədiyini və valideynlərinin gəlib aparmasını bildirmişdir. Buna görə də o, valideynlərinə zəng edib məlumat vermişdir. X30 gəlib onu atası Vüqarın yaşadığı evə aparmışdır. Bundan sonra o, Bərdə rayon xəstəxanasına müraciət edən zaman hamilə olduğu müəyyən edilmişdir. Bu barədə əri Anara bildirmişdir. Anar isə ona uşağı tələf etməyini bildirmişdir. O isə uşağı dünyaya gətirəcəyini bildirmişdir. Bundan sonra o, Anarın yaşadığı Tərtər rayonu Dəmirçilər kəndində yerləşən fərdi yaşayış evinə getməmişdir. Sonradan atası Vüqar, anası İlhamə, X30 və bibisi Minə ilə birlikdə paltarlarını və cehizlik əşyalarını götürmək üçün sahə müvəkkili və bələdiyyə sədri ilə birlikdə Anarın yaşadığı evə getmişlər. Həmin vaxt qaynatası Əhliman, bacısı Gülyaz, baldızı Xədicə və qaynanası Fəhluqə ona həmin əşyaları aparmağa imkan verməmişlər. Sonradan qonşusu Adikə Şiri ona zəng edərək Fəhluqənin onun yaşadığı evə gələrək, uşağının Arazdan olduğunu bildirmişdir. Belə ki, Gülgəz qaynanası Fəhluqəyə həmin uşağın Arazdan olduğunu bildirmişdir. Həmçinin Adikə bu sözləri anası İlhaməyə demişdir. Bundan sonra o, Anara bu barədə demişdir. Anar isə xəbərinin, məlumatının olmadığını demişdir. O, isə yaşadığı evə gəlib valideynlərinin yanında söhbət etməsini, Anar isə onunla razılaşmamışdır. 2020-ci ilin may ayında Anarın əmisi Mehman onun yaşadığı evə gələrək bildirmişdir ki, qaynanası Fəhluqə deyir ki, “indi gəlir gəlsin, gəlmirsə uşaq dünyaya gələndən sonra bizə lazım deyil, biz onu boşayacayıq” ifadəsini işlətmişdir. O, isə razılaşmayıb getmişdir. Sonradan uşaq dünyaya gələrkən xəstəxanada ondan uşağın atasının vəsiqəsini tələb edilərkən o, Anara bu barədə bildirmişdir. Lakin Anar onun telefon zənglərinə və mesajlarına cavab verməmişdir. Bundan sonra o, baş verənlərə görə özünü öldürmək istəmişdir. Lakin anası İlhamə onu fikrindən daşındırmışdır və yeni doğulmuş övladını böyütməsini bildirmişdir. Hesab edir ki, Cavabdeh barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatlar yaymaqla onu tanıyan şəxslər arasında nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətini, nüfuzunu ləkələdiyindən nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirmişdir. Onun barəsində böhtan xarakterli yalan məlumatlar yayması nəticəsində əsəb gərginliyi, sarsantı və iztirablar keçirmiş, sağlamlığına zərər vurulmuşdur. Özünü öldürmək istəmişdir. Odur ki, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı üçün ona dəymiş 10000 (on min) manat mənəvi zərərin cavabdeh tərəfindən pulla kompensasiya edilməsini iddia etmişdir. Ona görə də cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızına qarşı onun şərəf-ləyaqətini ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı üçün şərəf və ləyaqətinə xələl gətirən yalan məlumatlar verdiyinə görə vurulmuş 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiqləyərək bir daha iddiasının təmin edilməsini bildirmişdir ki, cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızından onun şərəf-ləyaqətinin ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı üçün, şərəf və ləyaqətinə xələl gətirən yalan məlumatlar verdiyinə görə vurulmuş 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızının vəkalətli nümayəndəsi X31 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, məhkəməyə təqdim olunmuş etiraz və mülahizələrini əsaslı hesab edir. Əzimova (İsazadə) Gülgəz Musa qızı onun qızıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməmiş, ona etibarnamə verərək məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. Cavabdeh iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehin vəkalətli nümayəndəsi qeyd etmişdir ki, İddiaçı Anar Baxşəliyevlə ailə həyatı qurarkən qızı Gülgəz əmisi oğluna nişanlı olmuşdur. Anar qızının bibisi oğludur və onunla bacı-qardaş kimi olmuşlar. Heç vaxt onu Anara almaq istəməmişlər ki, o iddiaçı ilə Anarın və Anarın valideynlərinin arasını vursun. Qızı Gülgəz hazırda da əmisi oğlu ilə ailəlidir, xoşbəxt yaşayırlar. Gülgəz iddiaçının barəsində heç vaxt şər və böhtan deməmiş və yaymamışdır. Eləcə də şərəf və ləyaqətini heç vaxt alçaltmamışdır. İddiaçı iddia ərizəsində göstərdikləri yalandır. Qızı Gülgəzin öz həyatını yaşadığını, kiminsə həyatının onun üçün maraqlı olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin qərəzli, əsassız olduğundan rədd olunması barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli AR-İİ № 589654 nömrəli etibarnadən görünür ki, Əzimova (İsazadə) Gülgəz Musa qızı atası X27 etibarnamə verərək məhkəmə iclaslarında hüquqlarını müdafiə etməyi həvalə etmişdir. Məhkəmə iclasında iddiçı İddiaçı təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, iddiaçı qızıdır, Cavabdeh adını bəlkə eşitmiş, lakin onu görməmiş və tanımamışdır. Cavabdeh Əzimova onun yanında qızı İddiaçı barəsində onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmiş, lakin X10 qızı Aynur barəsində onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini bilmişdir. Məhkəmə iclasında iddiçı İddiaçı təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, İddiaçı əvvəllər babası işıq idarəsində işlədiyindən tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Cavabdeh isə tanımamış və heç vaxt görməmişdir. Cavabdeh onun yanında heç vaxt İddiaçı barəsində onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmiş, bir dəfə Aynurun valideynləri ilə sürücü kimi Aynurun qaynatasının evinə gedəndə Aynurun baldızı gəlib, əşyaları və qızılları götürməsinə imkan vermədiyini görmüşdür. Aynurun qaynanası Fəhluqə isə Aynur və anası barəsində pis-pis sözlər, nalayiq ifadələr işlətmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı və cavabdeh tərəf iddia tələbi ilə bağlı sənəd və sübutlarının olmadığını bildirmişlər. İş materiallarında olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.1993-cü il tarixdə Tərtər rayon Səhləbad kəndində anadan olmuş və Tərtər şəhəri N.Nərimanov küçəsi ev 01, mənzil 16-da qeydiyyatdadır. Məhkəmədə elan olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarxli, 2(061)- 1155/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X13 cavabdeh X6 qarşı böhtana görə vurulmuş mənəvi zərərin 10000 manat pulla kompensasiya edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə iclasında komputer sistemində texniki nasazlıq olduğundan iş materiallarına əlavə edilmiş disk elan edilə bilməmişdir. Məhkəmə tərəfindən həmin disk fərdi qaydada dinlənilmişdir. Diskdə olan səs yazılarının iddiaçının şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə idiaçının, cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh əri Anar Baxşəliyevin bibisi qızıdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Anar Baxşəliyevin valideynləri 2017-ci il tarixdə onun yaşadığı evə gələrək ailəsindən onu oğlu Anara istəmişlər. Onun ailə üzvləri Anarın ailə üzvlərini tanıdığından, həmçinin qohumluq əlaqələri olduğundan razı olmuşlar. Bundan sonra o Anarla nişanlanmışdır. 2019-cu ilin noyabr ayının 10-da hər ikisi ailə üzvlərinin razılıqları ilə Anarla onun toyu olmuşdur. Həmin ərəfədə baldızı Xədicə boşanıb gəldikdən sonra birlikdə yaşamışlar. Anarın dayısı qızı Cavabdeh qonşuluqda yaşadığından tez-tez onun yaşadığı evə gələrək qaynanası Fəhluqə və baldızı Xədicənin yanında onu ailə üzvlərinin gözündən salmışdır. Belə ki, qaynanası Fəhluqə Cavabdeh oğlu Anara almaq istəmişdir. Lakin Anar istəməmişdir, ona görə də onu həmişə pisləmişdir, bu səbəbə görə də qaynanası Fəhluqə, baldızı Xədicə və əri Anar Baxşəliyev ondan soyumuşlar. 2020-ci ilin mart ayının 10-da o xəstələndiyi üçün əri Anara zəng edib onu xəstəxanaya aparmasını bildirmişdir, həmin vaxt Anar Gəncə şəhərində fəhlə işlədiyi üçün gələ bilmədiyini və valideynlərinin gəlib aparmasını bildirmişdir. X30 gəlib onu atası Vüqarın yaşadığı evə aparmışdır. Bundan sonra o Bərdə rayon xəstəxanasına müraciət edən zaman hamilə olduğu müəyyən edilmişdir. Bu barədə əri Anara bildirmişdir. Anar isə ona uşağı tələf etməyini bildirmişdir. O isə uşağı dünyaya gətirəcəyini bildirmişdir. Sonradan atası Vüqar, anası İlhamə, X30 və bibisi Minə ilə birlikdə paltarlarını və cehizlik əşyalarını götürmək üçün sahə müvəkkili və bələdiyyə sədri ilə birlikdə Anarın yaşadığı evə getmişlər. Həmin vaxt qaynatası Əhliman, bacısı Gülyaz, baldızı Xədicə və qaynanası Fəhluqə ona həmin əşyaları aparmağa imkan verməmişlər. Sonradan qonşusu Adikə Şiri ona zəng edərək Fəhluqənin onun yaşadığı evə gələrək, uşağının Arazdan olduğunu bildirmişdir. Belə ki, Gülgəz qaynanası Fəhluqəyə həmin uşağın Arazdan olduğunu bildirmişdir. Həmçinin Adikə bu sözləri anası İlhaməyə demişdir. Bundan sonra o Anara bu barədə demişdir. Anar isə xəbərinin olmadığını, həmin gün məlumatının olmadığını demişdir. O, isə yaşadığı evə gəlib valideynlərinin yanında söhbət etməsini, Anar isə onunla razılaşmamışdır. 2020-ci ilin may ayında Anarın əmisi Mehman onun yaşadığı evə gələrək bildirmişdir ki, qaynanası Fəhluqə deyir ki, “indi gəlir gəlsin, gəlmirsə uşaq dünyaya gələndən sonra bizə lazım deyil, biz onu boşayacayıq” ifadəsini işlətmişdir. O, isə razılaşmayıb getmişdir. Sonradan uşaq dünyaya gələn zaman xəstəxanada ondan uşağın atasının vəsiqəsini tələb edən zaman o Anara bu barədə bildirmişdir. Lakin Anar onun telefon zənglərinə və mesajlarına cavab verməmişdir. Bundan sonra o baş verənlərə görə özünü öldürmək istəmişdir. Lakin anası İlhamə onu fikrindən daşındırmışdır və yeni doğulmuş övladını böyütməsini bildirmişdir. Hesab edir ki, Cavabdeh barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli yalan məlumatlar yaymaqla onu tanıyan şəxslər arasında nüfuzdan salan hərəkətlərə yol verdiyindən, şərəf və ləyaqətini, nüfuzunu ləkələdiyindən nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirmişdir. Onun barəsində böhtan xarakterli yalan məlumatlar yayması nəticəsində əsəb gərginliyi, sarsantı və iztirablar keçirmiş, sağlamlığına zərər vurulmuşdur. Özünü öldürmək istəmişdir. Odur ki, cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olan yalan məlumatlar yayıldığı üçün ona dəymiş 10000 (on min) manat mənəvi zərərin cavabdeh tərəfindən pulla kompensasiya edilməsini iddia etmişdir. İddiaçı onun şərəf və ləyaqıtini alçaltdığını bilsdirsə də bu barədə hər hansı bir sübutu, dəlili məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasına izahat vermiş cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızının vəkalətli nümayəndəsi X31 göstərmişdir ki, İddiaçı Anarla ailə həyatı qurarkən qızı Gülgəz əmisi oğluna nişanlı olmuşdur. Anar qızının bibisi oğludur və onunla bacı-qardaş kimi olmuşlar. Heç vaxt onu Anara almaq istəməyiblər ki, o iddiaçı ilə Anarın və Anarın valideynlərinin arasını vursun. Qızı Gülgəz hazırda da əmisi oğlu ilə ailəlidir, xoşbəxt yaşayırlar. İddiaçının barəsində şər və böhtan heç bir vaxt deməmişdir, yaymamışdır. Şərəf və ləyaqətini heç vaxt alçaltmamışdır. İddia ərizəsində göstərdikləri yalandır. Qızı öz həyatını yaşayır, kiminsə həyatı onun üçün maraqlı deyil. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qərəzli, əsassız olduğundan rədd olunması barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfinə təqdim etdiyi şahidlər X16 ifadəsində, Cavabdeh İddiaçı onun yanında şərəf və ləyaqətini alçaldan ifadələr işlətmədiyini, lakin Gülgəz X10 qızı Aynur barəsində onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini bilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfinə təqdim etdiyi şahid X5 ifadəsində, Aynurun qaynanası Fəhluqə isə Aynur və anası barəsində pis-pis sözlər, nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şahidlər həmin ifadələrində iddiaçının cavabdehin şərəf və ləyaqətin alçaldılmasını konkret hansı sözlərlə ifadə etdiyini və nədən ibarət olduğunu göstərə bilməmişlər. Odur ki, məhkəmə şahidlərin ifadələrinin sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəf və ləyaqətini alçaldılması nəticəsində mənəvi zərərə məruz qalmasını, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Şərəf və ləyaqətin alçaldılmasının həqiqətə uyğun olmamasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarının, iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etmişdir ki, cavabdehin iddia tələbinin əsassız hesab edib qəbul etməməsini, eləcə də işin faktiki hallarını araşdırıb hesab etmişdir ki, tələbin təmin olunması üçün hüquqi əsasların mövcud olmaması qənaətinə gəlir. Həmçinin iddiaçı tərəf iddia tələbinin əsası kimi yəni, cavabdehin onun məhz şərəf və ləyaqətinin hansı qaydada alçaldılması ilə bağlı istinad etdiyi halları sübut etmək üçün heç bir mötəbər mənbədən əldə edilmiş sənədlər təqdim etməmişdir. Azərbaycan Respublikası MM-nin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehin onun şərəf vələyaqətini alçaltmasını göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, yəni şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclası zamanı şərəfini, ləyaqətini alçaltamasını təkzib olunmaz dəlillərlə sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun pozulduğu müəyyən edilmədiyindən, onun cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının şərəfini, ləyaqətini alçaltması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbinin əsaslı sayılması məqsədə müvafiq deyildir. Ona görə də məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehin vəkalətli nümayəndəsinin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızına qarşı onun şərəf-ləyaqətini ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı üçün şərəf və ləyaqətinə xələl gətirən yalan məlumatlar verdiyinə görə vurulmuş 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Əzimova (İsazadə) Gülgəz Musa qızına qarşı onun şərəf-ləyaqətini ləkələnməsinə səbəb olan yalan məlumatlar yaydığı üçün, şərəf və ləyaqətinə xələl gətirən yalan məlumatlar verdiyinə görə vurulmuş 10000 (on min) manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-67/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-67/2025
27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver