Məhkəmə qərarları › İş №2(061)-807/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-807/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-807/2025 13.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdeh X1 məxsus cehiz əşyalarının çıxarılması və 60(altmış) manat mediasiya xərcinin, 40(qırx) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi tələbinə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 rəsmi ərizə təqdim edərək hazırda iş üzrə cavabdeh əşyaların tam şəkildə evindən çıxardığından, yəni tələbi icra olunduğundan iddia tələbini məhkəmə baxışına çıxarmadan iddia ərizəsini və ona əlavə olunmuş sənədələrin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X3 qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllnin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu olan 40 (qırx) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X1 qarşı cehiz əşyalarının evdən çıxarılması tələbi barədə iddia ərizəsinə baxılmadan əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 40 (qırx) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar