Məhkəmə qərarları › İş №2(061)-856/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-856/2025

16.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-856/2025 16.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və üçüncü şəxslər Cavabdeh2, X5, Tərtər rayon Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı vərəsəliyin tanınması, valideynlərindən miras qalmış əmlakın- Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinin bölünməsi, mirasda payların müəyyən edilərək Cavabdeh1 ¼ hissə, üçüncü şəxslər Cavabdeh2 ¼ hissə, X5 ¼ hissə və ona ¼ hissə payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və üçüncü şəxslər Cavabdeh2, X5, Tərtər rayon Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı vərəsəliyin tanınması, valideynlərindən miras qalmış əmlakın - Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinin bölünməsi, mirasda payların müəyyən edilərək Cavabdeh1 ¼ hissə, üçüncü şəxslər Cavabdeh2 ¼ hissə, X5 ¼ hissə və ona ¼ hissə payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmşdır ki, onun X2 xx.xx.1983-cü ildə anası X11 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Onlar ailədə 3 qardaş, 1 bacı olmuşlar. O, mərhum ata və anasının birinci dərəcəli vərəsələridir. Ona görə də o, mərhum valideynlərindən miras qalmış Tərtər rayonu, Yuxarı Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədlər toplayaraq Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmişdir. Tərtər rayon Dövlət Notariat Ofisinin xüsusi notariusu ona cavabdehlərin sənədlərini təqdim etməməsi səbəbindən vərələyin tanınması və mirasın bölünməsinin mümkün olmadığını və bu barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə, cavabdehin bu hərəkətləri ilə onun vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Hesab edir ki, belə vəziyyətdə onun vərəsəliyi tanınmalı, valideynlərindən miras qalmış Tərtər rayonu Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinin bölünməsi, mirasda payların müəyyən edilərək ona ¼ hissə, Cavabdeh1 ¼ hissə, üçüncü şəxslər Cavabdeh2 X5 ayrı-ayrılıqda ¼ hissə pay müəyyən edilməlidir. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Ümid odur ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını rəhbər tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Yuxarıda göstərilənlərə əsasən vərəsəliyin tanınması, valideynlərindən miras qalmış əmlakın - Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinin bölünməsi, mirasda payların müəyyən edilərək Cavabdeh1 ¼ hissə, üçüncü şəxslər Cavabdeh2 ¼ hissə, X5 ¼ hissə və ona ¼ hissə payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, onun X2 xx.xx.1983-cü ildə anası X11 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Onlar ailədə 3 qardaş, 2 bacı olmuşlar. O, mərhum ata və anasının birinci dərəcəli vərəsələridir. Ona görə də o, mərhum valideynlərindən miras qalmış Tərtər rayonu, Yuxarı Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədlər toplayaraq Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmişdir. Tərtər rayon Dövlət Notariat Ofisinin xüsusi notariusu ona cavabdehlərin sənədlərini təqdim etməməsi səbəbindən vərələyin tanınması və mirasın bölünməsinin mümkün olmadığını və bu barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə də onun vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmədə onun vərəsəliyi tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinin bölünməsi, mirasda payların müəyyən edilərək ona ¼ hissə, Cavabdeh1 ¼ hissə, üçüncü şəxslər Cavabdeh2 və X5 ayrı-ayrılıqda ¼ hissə pay müəyyən edilməsini xahiş etsə də, hazırda vərəsəliyin tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən pay torpaq sahəsinə görə payların, ona 1/5 hissə, Cavabdeh1 1/5 hissə, üçüncü şəxslər Cavabdeh2 1/5 hissə, X5 1/5 hissə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı göstərmişdir ki, iddiaçı qardaşıdır. Onunla aralarında heç bir ədavətləri olmamışdır. X2 xx.xx.1983-cü ildə anası X11 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Onlar ailədə 3 qardaş, 2 bacı olmuşlar. X22 vəfat etdikdən sonra yəni 1999-cu ilin may ayında iddiaçı ata mülkünü sökərək özünə şəxsi ev tikmişdir. Ona evin tikintisində tikinti materialı ilə köməklik etmişdir. İddiaçı da bunun əvəzində həyətyanı torpaq sahəsini onlara vermişdir. Evin və həyətyanı torpaq sahəsinin sənədi olmamışdır. Lakin aradan uzun müddət keçəndən sonra iddiaçı aralarında razılaşdıqları müqaviləni pozaraq hazırki iddianı məhkəmədə qaldırmışdır. Pay torpağını isə iddiaçı xx.xx.2010-cu ildə ona satmışdır. Bununla bağlı aralarında müqavilə imzalamışlar. Hazırda iddiaçının vərəsəliyin tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən 0,25 ha həyətyanı və 0,98 ha pay torpaq sahələrinə görə payların, ona 1/5 hissə, Cavabdeh1 1/5 hissə, üçüncü şəxslər Cavabdeh2 1/5 hissə, X5 1/5 hissə müəyyən edilməsi, iddianın digər hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 göstərmişdir ki, onlar ailəlikcə Tərtər rayonu Cəmilli kəndində yaşayırlar. İddiaçı və cavabdeh qardaşlarıdır. Onlar ailədə 2 bacı və 3 qardaş olmuşlar. Bacıları ailə qurmuşlar. Onlar üç qardaş ata evini İddiaçı vermişlər. Ata mülkündə olan həyətyanı torpaq sahəsini də üç yerə bölüb yaşamışlar. O, digər qardaşı Cavabdeh1 ilə ata məhləsində özlərinə ev tikib ayrı yaşamışlar. Bir müddət sonra İddiaçı kənddə yaşamaq istəmədiyini, Tərtər şəhəri H.Hacıyev küçəsində həyətyanı sahəsi olduğunu və orada ev tikdirmək istədiyini, tikinti materiallarına ehtiyacı olduğu üçün evin ona lazım olan materiallarını söküb aparacağını bildirmişdir. Bununla İddiaçı evin qarşısındakı zalı və həyətdəki qrajın materiallarını söküb aparmışdır. Həmin vaxt İddiaçı həmin tikinti mateiallarını aprdığı üçün həyətyanı torpaq sahəsini iki yerə bölüb istifadə etməklərini bildirmişdir. Aradan 26 il keçdikdən sonra İddiaçı ata mülkündən ona düşən payı istəmiş və bu barədə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçının vərəsəliyin tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən 0,25 ha həyətyanı və 0,98 ha pay sahələrinə görə payların, ona 1/5 hissə, Cavabdeh1 1/5 hissə, üçüncü şəxslər Cavabdeh2 1/5 hissə, X5 1/5 hissə müəyyən edilməsi, iddianın digər hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. İş üzrə üçüncü şəxslər X5, Tərtər rayon Dövlət Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmədə elan olunmuş Tərtər rayon Cəmilli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 121 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Cəmilli kəndində qeydiyyatdadır və yaşayır. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Tərtər rayon Cəmilli kəndində anadan olmuş, həmin sənəddə ata qrafasında X12, ana qrafasında X11 qeyd edilmişdir. Məhkəmədə elan olunmuş ölüm haqqında arayışdan görünür ki, X11 xx.xx.1999-cu ildə ölmüşdür. Məhkəmədə elan olunmuş ölüm haqqında arayışdan görünür ki, X12 13 fevral 1983-cü ildə ölmüşdür. Məhkəmədə elan olunmuş Tərtər rayon Dövlət arxivinin verdiyi xx.xx.2023-cü il tarixli 140 nömrəli arxiv arayışından görünür ki, İddiaçı X2nun adına sabiq “Özbəkistan” kolxozunun 1950ci ildə tərtib olunmuş qaytanlanmış torpaq kitabının 33-cü səhifəsinin 229-cu sırasında 0,25 ha torpaq sahəsi yazılmışdır. Qaytanlanmış torpaq kitabında mərhumun soyadı Mamedov, atasının adı isə Usub kimi yazılmışdır. Məhkəmədə elan olunmuş Tərtər rayon Aqrar İslahat Komissiyasının 23 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN:280 nömrəli, KOD 61104038 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət AKT-da Tərtər rayon Cəmilli kəndində yerləşən 0,98 ha pay torpaq sahəsinə görə X13, İddiaçı, X6 və Cavabdeh1 mülkiyyətçi kimi göstərilmişlər. İşdə olan Tərtər Rayon Xüsusi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 353 nömrəli sorğu məktubunda xx.xx.1983-cü il tarixində ölmüş X9 qanun üzrə vərəsəsi ola biləcək şəxslərdən İddiaçı xx.xx.2023-cü il tarixində ondan qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Bununla bağlı miras əmlakın kütləsinə daxil olan daşınmaz əmlakların mülkiyyət hüquqlarına dair sənədlərin hazırlanmasını xahiş etmişdir. İşdə olan Tərtər Rayon Xüsusi Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 354 nömrəli sorğu məktubunda xx.xx.1999-cu il tarixində ölmüş X3 qanun üzrə vərəsəsi ola biləcək şəxslərdən İddiaçı xx.xx.2023-cü il tarixində ondan qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Bununla bağlı miras əmlakın kütləsinə daxil olan daşınmaz əmlakların mülkiyyət hüquqlarına dair sənədlərin hazırlanmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, sorğuda qeyd edilən fiziki şəxslərin adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin izahatlarını, məhkəmədə araşdırılmış sübutları məcmu halında qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı, cavabdeh və üçüncü şəxslər mərhum valideynlərinin birinci dərəcəli vərəsələridirlər. Onların valideyləri, ataları X12 xx.xx.1983-cü ildə, anaları X11 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Onlar ailədə 3 qardaş, 2 bacı olmuşlar. Valideynləri öldüyündən miras açılmışdır. Mərhum valideynləri öldükdən sonra iddiaçı vərəsəlik şəhadətnaməsi alınması üçün Notariat Ofisinə müraciət etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişlər. Tərələr arasında yaranmış hüquqi münasibətlər 01 sentyabr 2000ci ildən sonra yarandığı üçün hazırki mübahisə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nizama salınmalıdır. Göründüyü kimi iddiaçı valideynlərindən miras qalmış əmlakdan pay almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin iddiaçı ilə cavabdeh arasında miras əmlakdan pay tələb etdikləri üçün yaranmış mübahisəyə görə iddiaçı bu mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, X2 xx.xx.1983-cü ildə anası X11 isə xx.xx.1999-cu ildə vəfat etmiş, onlar ailədə 3 qardaş, 2 bacı olmuşlar. O, mərhum ata və anasının birinci dərəcəli vərəsələridir. Ona görə də o, mərhum valideynlərindən miras qalmış Tərtər rayonu, Yuxarı Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədlər toplayaraq Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmişdir. Tərtər rayon Dövlət Notariat Ofisinin xüsusi notariusu ona cavabdehlərin sənədlərini təqdim etməməsi səbəbindən vərəsələyin tanınması və mirasın bölünməsinin mümkün olmadığını və bu barədə Tərtər Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Beləliklə də onun vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmədə onun vərəsəliyi tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Cəmilli kəndində yerləşən evin, həyətyanı və pay torpaq sahələrinin bölünməsi, mirasda payların müəyyən edilərək ona 1/4 hissə, Cavabdeh1 1/4 hissə, üçüncü şəxslər Cavabdeh2 və X5 ayrıayrılıqda 1/4 hissə pay müəyyən edilməsini xahiş etsə də, hazırda vərəsəliyin tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən pay torpaq sahəsinə görə payların, ona 1/5 hissə, Cavabdeh1 1/5 hissə, üçüncü şəxslər Cavabdeh2 1/5 hissə, X5 1/5 hissə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbində valideynlərindən miras qalmış Tərtər rayonu Cəmilli kəndində yerləşən evin bölünməsini və mirasda payların müəyyən edilməsini xahiş etsə də həmin daşınmaz əmlakın mövcudluğunu təsdiq edən mülkiyyət hüququ barədə sənədi məhkəməyə təqdim edə bilməmiş, öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermiş və bunlarla kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh1 göstərmişdir ki, iddiaçı qardaşıdır. X2 xx.xx.1983cü ildə anası X11 isə xx.xx.1999-cu ildə vəfat etmişlər. Onlar ailədə 3 qardaş, 2 bacı olmuşlar. X22 vəfat etdikdən sonra yəni 1999-cu ilin may ayında iddiaçı ata mülkünü sökərək özünə şəxsi ev tikmişdir. Ona evin tikintisində tikinti materialı ilə köməklik etmişdir. İddiaçı da bunun əvəzində həyətyanı torpaq sahəsini onlara vermişdir. Evin və həyətyanı torpaq sahəsinin sənədi olmamışdır. Lakin aradan uzun müddət keçəndən sonra aralarında razılaşdıqları müqaviləni pozaraq hazırki iddianı məhkəmədə qaldırmışdır. Pay torpağını isə iddiaçı xx.xx.2010-cu ildə ona satmışdır. Bununla bağlı aralarında müqavilə imzalamışlar. Hazırda iddiaçının vərəsəliyin tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən 0,25 ha həyətyanı və 0,98 ha pay sahəsinə görə payların, ona 1/5 hissə, Cavabdeh1 1/5 hissə, üçüncü şəxslər Cavabdeh2 1/5 hissə, X5 1/5 hissə müəyyən edilməsi, iddianın digər hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs Cavabdeh2 məhkəmə iclası zamanı göstərmişdir ki, onlar ailəlikcə Tərtər rayonu Cəmilli kəndində yaşayırlar. İddiaçı və cavabdeh qardaşlarıdır. Onlar ailədə 2 bacı və 3 qardaş olmuşlar. Bacıları ailə qurmuşlar. Onlar üç qardaş ata evini İddiaçı vermişlər. Onlar ata mülkündə olan həyətyanı torpaq sahəsini də üç yerə bölüb yaşamışlar. O, digər qardaşı Cavabdeh1 ilə ata məhləsində özlərinə ev tikib ayrı yaşamışlar. Bir müddət sonra İddiaçı kənddə yaşamaq istəmədiyini, Tərtər şəhəri H.Hacıyev küçəsində həyətyanı sahəsi olduğunu və orada ev tikdirmək istədiyini, tikinti materiallarına ehtiyacı olduğu üçün evin ona lazım olan materiallarını söküb aparacağını bildirmişdir. Bununla İddiaçı evin qarşısındakı zalı və həyətdəki qrajın materiallarını söküb aparmışdır. Həmin vaxt İddiaçı həmin tikinti mateiallarını apardığı üçün həyətyanı torpaq sahəsini iki yerə bölüb istifadə etməklərini bildirmişdir. Aradan 26 il keçdikdən sonra İddiaçı ata mülkündən ona düşən payı istəmiş və bu barədə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçının vərəsəliyin tanınması, valideynlərindən miras qalmış Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən 0,25 ha həyətyanı və 0,98 ha pay sahəsinə görə payların, ona 1/5 hissə, Cavabdeh1 1/5 hissə, üçüncü şəxslər Cavabdeh2 1/5 hissə, X5 1/5 hissə müəyyən edilməsi, iddianın digər hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında aşkar edilmişdir ki, iddiaçı, cavabdeh və üçüncü şəxslər bacı qardaşdırlar. Onların aralarında valideynlərindən miras qalmış daşınmaz əmaklarla bağlı mübahisə yaranmışdır. Tərəflərin valideynləri ölmüş, miras açılmış, ona görə də həmin miras əmlak qəbul edilmiş sayılmalıdır. Bununla yanaşı iddiaçı xx.xx.1983-cü ildə vəfat etmiş X8 və xx.xx.1999-cu ildə vəfat anası X3 vərəsələridir. O, vərəsə kimi valideynlərindən miras qalmış daşınmaz və daşınar əmlaklardan pay almaq hüququna malikdir. O, bu məqsədlə Tərtər rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, lakin cavabdehlə miras əmlakın bölgüsü ilə bağlı mübahisə olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci madəsində göstərilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci madəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1157-ci maddəsində göstərilmişdir ki, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159-cu maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad(ər), valideynlər (övladlığa götürənlər) bərabər pay almaq hüququna malikdirlər. Övladlığa götürülən və onun övladları övladlığa götürənin uşaqlarına və onların övladlarına bərarbər tutulurlar. Azərbaycan Respublikası MM-in 1243.2 maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş saylır. Vəsiyyətnamənin ləğv və ya dəyişdirilməsi ilə bağlı iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MM-in 1243.3-cü maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın ifadə edilməsində və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsində göstərmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğundan üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Müddət qutardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədəndə qəbul oluna bilər. Göründüyü kimi iddiaçı miras əmlakdan pay almaq barədə xx.xx.2023-cü il tarixdə yəni mərhum valideynləri öldükdən xeyli müddət keçdikdən sonra notariat ofisinə müraciət etmiş, lakin cavabdehlə aralarında mirasın bölgüsü ilə bağlı mübahisə olduğundan ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Həmin Məcəllənin 1274-cü maddəsində göstərmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsində göstərmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Qanunun məzmunundan aydın olur ki, İddiaçı mərhumlar Yapon Məmmədovun və Sehran Məmmədovanın vərəsələridir. O, atası vəfat etdikdən sonra miras qalmış mülklə bağlı ona pay verilməsi üçün notariat ofisinə müraciət etmiş, lakin cavabdeh bununla bağlı mübahisə etdiyindən miras qalmış mülkdən payıların müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş materiallarında olan və məhkəmədə elan olunmuş sənədlərdən görünür ki, iş üzrə mərhumların beş nəfər vərəsəsi olmuşdur. Belə vəziyyətdə paylar tərəflər arasında 1/5 hissədə müəyyən (yəni pay torpağı ilə bağlı vəfat etmiş şəxs Sehran Əliyeva (Məmmədova) payı 0,98 ha :4=0,245 ha müəyyən edilmişdir. Dövlət Aktında olan 4 nəfərin hər birinə 0,245 ha pay düşmüşdür. Sehran Əliyeva (Məmmədovanın) 0,245 ha payı onun 5 nəfər vərəsəsi arasında bölünərsə yəni, 0,245: 5= 0,048 ha təşkil edər. Beləliklə, Sehran Əliyevadan (Məmmədova) miras qalmış pay torpaq sahəsindən İddiaçı 0,245+0,049 = 0,294 ha, X4 0,245+0,049 = 0,294 ha, Cavabdeh1 0,245+0,049 = 0,294 ha, Cavabdeh1 0,245+0,049 = 0,294 ha, Cavabdeh2 0,049 ha və X10 0,049 ha pay torpaq sahəsi pay düşməlidir. Eləcə də həyətyanı torpaq ilə bağlı vəfat etmiş şəxs Yapon Məmmədov arvadı Sehran Əliyevadan (Məmmədova) əvvəl vəfat etdiyindən Sehran Əliyeva ondan miras qalmış əmlakı qəbul etmiş sayılır. Bu səbəbdən həyətyanı torpaq sahəsi eyni qaydada 0,25 ha : 4= 0,0625 ha müəyyən olunmuşdur. Sehran Əliyeva (Məmmədovanın) 0,0625 ha payı onun 5 nəfər vərəsəsi arasında bölünərsə yəni, 0,0625: 5= 0,0125 ha təşkil edər. Beləliklə, valideynlərdən miras qalmış həyətyanı torpaq sahəsindən İddiaçı 0,0625+0,0125 = 0,0750 ha, Cavabdeh2 0,0625+0,0125 = 0,0750 ha, Cavabdeh1 0,0625+0,0125 = 0,0750 ha, X5 0,0625 ha həyətyanı torpaq sahəsi pay düşməlidir. Məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 qarşı Tərtər rayonu Yuxarı Cəmilli kəndində yerləşən evin bölünməsinə dair hissəsi ilə bağlı yuxarıda qeyd edildiyi kimi iddiaçı həmin daşınmaz əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyindən təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, qeyd edilən sənəd olmadan həmin əmlakların hazırki vəziyyətdə bölünməsi mümkün deyildir və iddianın həmin hissəsində təmin edilməsi məqsədmüvafiq deyildir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 218-ci maddəsinə əsasən görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çixa bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin izahatlarını, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1983-cü ildə vəfat etmiş X8 və xx.xx.1999-cu ildə vəfat X3 vərəsəsi kimi tanınmalı, Tərtər rayon Cəmilli kəndində yerləşən və mərhum X7 və X1 miras qalmış 0,98 ha pay və 0,25 ha həytyanı torpaq sahələrindən düşən paylar 1/5 hissədə bölünməklə müəyyən edilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216 - 220, 227, 233, 357, 360, 362 və 364-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1983-cü ildə vəfat etmiş X8 və xx.xx.1999-cu ildə vəfat X3 vərəsəsi kimi tanınsın. Tərtər rayon Cəmilli kəndində yerləşən və mərhum X7 və X1 miras qalmış 0,98 ha pay və 0,25 ha həyətyanı torpaq sahələrindən düşən paylar 1/5 hissədə müəyyən edilsin, pay torpaq sahəsindən İddiaçı 0,294 ha, X4 0,294 ha, Cavabdeh1 0,294 ha, Cavabdeh2 0,049 ha və X5 0,049 ha, həyətyanı torpaq sahəsindən İddiaçı 0,0750 ha, Cavabdeh2 0,0750 ha, Cavabdeh1 0,0750 ha, X5 0,0125 ha hissədə payları bölünsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar