Məhkəmə qərarları › İş №2(061)-88/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-88/2025

27.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-88/2025 27.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pay torpaq sahəsindən paylarına düşən hissənin natura formasında ayrılıb verilməsinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətlərində olan Tərtər rayon Sarov kəndində yerləşən 2,01 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh ümumi birgə mülkiyyıtdə payının naturada ayrılması, həmçinin ödədiyi 60 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənillməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdehlə yuxarıda qeyd edilən ünvanda yaşayırlar. xx.xx.2024-cü il tarixdə ********** sayla qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Tərtər rayon Sarov kəndində yerləşən 2,01 ha kənd təsərrüfatlı torpaq sahəsi onun, X1, Cavabdeh və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini təyinatı üzrə əkib becərirlər. Oğlu Cavabdeh ilə əkin-biçin vaxtı aralarında mübahisələr baş verir. Bu nəqsədlə ona dəfələrlə notariat orqanına gedib torpaq paylarını ayırmağı təklif etmiş, lakin cavabdeh buna razılıq verməmişdir. Hətta Cavabdeh payına düşən pay torpaq sahəsini, yolunu ayırıb vermis, lakin cavabdeh aralarında daha ciddi narazılıqlar yaratmışdır. Göstərdiklərinə əsasən məhkəmədə Cavabdeh qarşı ümumi birgə mülkiyyətlərində olan Tərtər rayon Sarov kəndində yerləşən 2,01 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh ümumi birgə mülkiyyətdə ¼ hissədə payının naturada ayrılması, həmçinin ödədiyi 60 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənillməsi tələbinə dair iddia qaldırmışdır. İş üzrə ekspert rəyinin alınmasını tələb etmədiyini, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermis Cavabdeh göstərmişdir ki, İddiaçı atasıdır. Atası İddiaçı məhkəmədə ona qarşı ümumi birgə mülkiyyətlərində olan Tərtər rayon Sarov kəndində yerləşən 2,01 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh ümumi birgə mülkiyyıtdə payının naturada ayrılması, həmçinin ödədiyi 60 manat mediasiya xərcinin və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənillməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsi onların ailə üzvlərinə verilməsinə baxmayaraq həmin sahəni atası əkib becərmiş, əkinbiçin işlərinə qarışmamışdır. Həmin torpaq sahəsinin normal vəziyyətdə saxlanması üçün hər il 12 “Kamaz” markalı yük avtomobili ilə mal kübrəsi vermişdir. İddia ərizəsini qəbul etmədiyini, torpağın naturada bölünməsi ilə bağlı rəy alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndənin verdiyi 355 saylı, 15 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Sarov kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər rayon Sarov kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 4 nəfər olmaqla İddiaçı, X1, Cavabdeh və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, iddiaçının və cavabdehin eləcə də digər iki nəfər ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Tərtər rayonu, Sarov kəndi ərazisindən, kənd təsərrüfatı təyinatlı 2,01 hektar torpaq sahəsi verilmişdir. Həmin çıxarışdan aydın olur ki, 4 nəfər paylı mülkiyyətçilərin, o cümlədən iddiaçı və cavabdehin paylarına ¼ hissədə pay müəyyən edilməlidir. Paylı mülıkiyyətçilər torpaq sahəsindən payının naturada ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında münaqişə olduğuna görə iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Ona görə də İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Məhkəmə iclasında izahat vermis Cavabdeh iddianın təmin edilməməsini və eyni zamanda mülki iş üzrə rəyin alınmasını xahiş etmişdir. Məhkəmə çıxarışla payların bəlli olduğunu, naturada bölgü ilə bağlı ekspertin rəyinin alınmasının lüzumsuz olaraq işin baxılmasının uzanmasına səbəb olacağını nəzərə alaraq mülki iş üzrə rəyin alınmasını və cavabdehin bununla bağlı verdiyi vəsatətin təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə, tərəflərin ümumi paylı mülkiyyətdə olan Tərtər rayonu, Sarov kənd ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 2,01 hektar torpaq sahəsindən iddiaçının 1/4 hissədən ibarət payının natura formasında ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə göstərilən normaların tələbləri baxımından iddia tələbinin əsaslı olmasını şərtləndirən halların dairəsinə uyğun olaraq müəyyən etdi ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdə olmalı, iddiaçı və cavabdeh paylı mülkiyyətin mülkiyyətçiləri olmalı, paylı mülkiyyətin mülkiyyətçiləri əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməli, əşyanın bölünməsi və ondan payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkün olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmiş, lakin iddiaçının payının ayrılmasına dair paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh razılıq verməmişdir. Hazırki vəziyyətdə iddiaçının ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılması və sərhədlərinin müəyyən edilməsi həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurulmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə zidd deyildir. İşin mübahisə olunmayan hallarından da görünür ki, hazırkı işdə yuxarıda sadalanan üç şərt-əşyanın ümumi paylı mülkiyyətdə olması, tərəflərin paylı mülkiyyətin mülkiyyətçiləri olması, tərəflərin əşyanın bölünməsi və ya ondan payın ayrılması haqda razılığa gələ bilməməsi və dördüncü şərt, yəni payın ayrılması ümumi əşyanın təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar işdə mövcuddur və bu hallar Mülki Məcəllənin 220.3-cü maddəsinə uyğun olaraq iddianın təmin olunması üçün əsaslardandır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə cıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 40 (qırx) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Mediasiya sesiyyasında ödədiyi 60 (altmış) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində qeyd olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquqla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakı sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Mülkiyyətin toxunulmazlığı ilə əlaqədar eyni müddəalar Beynəlxalq hüquq normalarında da təsbit olunmuşdur. BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217 A (111) qətnaməsi ilə qəbul olunmuş və bəyan edilmiş «İnsan hüquqlarına dair ümumi bəyənnamə»-nin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mükiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqları müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya rüsum və yə cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Torpaq qanunları külliyatının 67-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmamazlığa dövlət təminat vermir. «Avropa İnsan Hüquqları Məhkəməsi»nin təcrübəsindən- presedentlərindən görünür ki, fiziki şəxslər arasındakı münasibətlərdə də mülkiyyət hüqüqunun müdafiəsi ilə bağlı dövlətin üzərinə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi kimi pozitiv öhdəliklər qoyulur. İş materiallarını, iddiaçının və cavabdehin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 27 may 2024-cü il tarixdə ********** sayla qeydə alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Tərtər Rayonu, Sarov kəndində yerləşən 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş çıxarışla Cavabdeh payı ¼ hissədə müəyyən edilməli, naturada ayrılaraq Cavabdeh vedilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 27 may 2024-cü il tarixdə ********** sayla qeydə alınmış Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Tərtər Rayonu, Sarov kəndində yerləşən 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş çıxarışla Cavabdeh payı ¼ hissədə müəyyən edilsin, naturada ayrılaraq Cavabdeh verilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 40 (qırx) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar