Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-920/2025 21.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X6 iştirakları ilə İddiaçı, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4, üçüncü şəxs Tərtər rayon Polis Şöbəsi olmaqla yaşayaış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı üçüncü şəxs ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və dövlət rüsumu üçün ödədiyi 100 manat pul vəsaitinin cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********89-010301 reystr nömrəli, ********** qeydiyyat nömrəli X3 əsasən onun tam xüsusi mülkiyyətindədir. Son dövrlərdə Tərtər rayon Polis Şöbəsindən özünə yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən xx.xx.1984cü il təvəllüdlü Cavabdeh1, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 və xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh4 ona məlum olmayan səbəblər ucbatından evində passport qeydiyyatına düşmüşlər. Hesab etmişdir ki, yuxarıda adları qeyd olunan şəxslər onun ailə üzvü olmadığı və onun razılığı olmadan pasport qeydiyyatına alındığı üçün pasport qeydiyyatından çıxarılmalıdırlar. Belə ki, o, bir mülkiyyətçi kimi özünə mənsub əmlaka öz ustədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarından istifadə etmək və mənzilini özgəninkiləşdirmək istəyir. Ona görə də yuxarıda adları göstərilən cavabdehlərin onun xüsusi mülkiyyətində olan evin passport qeydiyyatından çıxarılmaları üçün üçüncü şəxsə-inzibati orqan olan Tərtər rayon Polis Şöbəsinə müraciət etməli olmuşdur. Lakin onun ərizəsinə cavab olaraq həmin şəxslərin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda ona məxsus olan ünvanda qeydiyyatdan çıxarılmasının təmin olunacağı bildirilmişdir.Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab etmişdir ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyi əsas götürərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edəcəkdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 qarşı üçüncü şəxs ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və dövlət rüsumu üçün ödədiyi 100 manat pul vəsaitinin cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsni xahiş etmiş və göstərmişdir ki, onun gəlini olmuş Cavabdeh1 və nəvələri X14, Cavabdeh3, Cavabdeh4 2012-ci ildən Gəncə şəhərində yaşayırlar, lakin buna baxmayaraq onun evində qeydiyyatda qalmışlar. O, 2021-ci ildən evində sənədləşmə apara bilməmişdir. Ona görə də dəfələrlə cavabdeh tərəfə müraciət etmiş, lakin müsbət nəticə olmamış, bu səbəbdən onların evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Evi xx.xx.2021-ci ildən başqa şəxsə vərəsəliklə vermis, lakin sənədləşdirə bilməmiş, evinə sahiblik edə bilməmişdir. Cavabdehlər Gəncə şəhərində yaşayırlar, onlarla 2020-ci ildən hazırki dövrədək 5 il müddətində heç bir əlaqələri olmamış, eləcə də get-gəlləri olmamışdır. Gəncə şəhərində Cavabdeh1 adına 7 otaqlı fərdi yaşayış evi vardır. Evində qeydiyyatda olanlarla bağlı Polis Şöbəsindən sənəd alınmışdır. İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, evini vərəsəliklə digər oğluna vermək istəyir, lakin cavabdehlər evində qeydiyyatda olduqlarından sənədləşməni apara bilməmişdir.İcra nümayəndəliyindən cavabdehlərin uzun müddətdir ki, onun evində yaşamaması barədə arayış almış və təqdim etmişdir. Tələbi evinin sənədləşdirilməsi üçün yalnız evində yaşamayan cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsindən ibarətdir. Göstərdiklərinə əsasən məhkəmədə hazırki iddia qaldırmağa məcbur olmuşdur. İddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 2005-ci il 12 oktyabr tarixdən iddiaçının evində qeydiyyatda olmuşdur. Onun oğlu ilə nikahda olduqlarından iddiaçının razılığı ilə onun evinə qeydiyyata düşmüşdür. X2, Cavabdeh3 və Cavabdeh4 adlı övladları dünyaya gəlmişdir. O, 2005-ci ildən Tərtər rayon 2 saylı orta məktəbdə müəllim işləmişdir. Həmin evə gəlin gedərkən 2 otaqlı olmuşdur. Onun cehiz əşyaları evə yerləşməmişdir. Cehiz əşyalarını 10 gün müddətinə çıxarmaqlarını tələb etmiş, bundan sonra onun xəbəri olmadan cehiz əşyalarını məcburi çıxartmışlar. İddiaçı özü həmin əşyaları avtomobilə yükləyib evindən çıxarmışdır. Qarşı tərəf iddia edir ki, 2021-ci ildən vərəsəliklə bağlı onların evdən qeydiyyatdan çıxarılmaları barədə müraciət etməmişdir. Bununla bağlı hər hansı bir yazılı sənəd təqdim etməmişdir. Həmin vaxt onun oğlu ilə birgə nikahda olmuşlar,birgə yaşamışlar. Həmin vaxt onun oğlu ankoloji xəstə olmuş və xəstəxanada müalicə almış, ailəsi kimi ona qulluq etmişdir. Ailə üzvləri də orada olmuşlar. Özü də orada olmuş, gəlib baş çəkib getmiş, heç bir maddi mənəvi dəstək olmamışdır. Onun oğlu xəstə olan müddətdə 2020-2021-ci illərdə ximiya götürdüyü müddətdə ona qeydiyyatdan çıxmaqla bağlı heç bir söz deyilməmişdir. Küsülü olmamış, heç bir davaları olmamışdır. Həmin vaxt nikahları bir yerdə olmuşdur. Həmin evdə 2005-ci ildə əziyyət çəkmişdir. İki otaq artırılmış və 5 otaq olmuşdur. Məktəbdə müəllim işləmiş, maddi vəsait qazanmış, 21-24 saat dərsi olmuşdur. Yüksək əmək haqqı almışdır. Həmin əmək haqqını iddiaçıya vermişdir. 2013-cü ilin iyun ayından iddiaçının oğlunun işi ilə əlaqədar Gəncə şəhərinə köçmüşlər. Kirayədə yaşamışlar. 2019-cu ildən hazırki vaxta qədər Gəncə şəhərində Gəncə Aqrar Universitetində müəllim işləmişdir. Uşaqların üçü də həmin tarixdən onun yanında yaşamışlar və hazırda da uşaqlar onunla yaşayırlar. Nikah 2024-cü il iyun ayında pozulmuşdur. 2009-ci ildə mülkiyyət haqqında Qanun 2005-ci ilə dələlət etmir. Həmin evdə onun mülkiyyətçi hüququnun olduğunu, orda pasport qeydiyyatında olmuş evin sakini kimi yaşamış, orda yaşadığı müddətdə evin abadlıq işlərində iştirak etmiş, əziyyət çəkmiş, atasının da maddi cəhətdən köməkliyi olmuşdur. Bu yaxınlarda iddiaçının müxtəlif hədələri ilə azyaşlı uşaqları ilə məcburən evdən qeydiyyatdan çıxmışdır. Lakin bununla bağlı şikayətlər etməmişdir, beləki atası buna icazə verməmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 göstərmişdir ki, uşaqların, özünün evə qeydiyyata salınmasını xahiş edir. Onların iddiaçının oğlu ilə birgə nikah dövründə ər-arvad olduqları vaxt, 2017-ci ildə Gəncə şəhərində ev tikdirib uşaqları ilə birlikdə yaşamışlar. Evin sənədi yoxdur. Sərəncam vardır. Ev yaşayış üçün yararlıdır. Onlar 2017-ci ildən övladları və keçmiş həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamışlar. Evi atası tikdirmişdir. Keçmiş həyat yoldaşı iddiaçının oğlu ilə ər-arvad olan dövründə tikilmişdir. 4 otaqdan ibarət kürsülü evdir, şəraiti normaldır, təmirsiz evdir. Gəncə şəhərində Abbas Səhhət küçəsində yerləşir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X14 iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2006-cı ildə Tərtər şəhərində anadan olmuş və həmin evdə qeydiyyata düşmüşdür. 2013-cü ildədək həmin evdə böyümüşdür. Daha sonra atasının işinə görə Gəncə şəhərinə ailəlikcə köçmüş və hazırda da Gəncə şəhərində yaşayırlar. Ev özlərinə məxsusdur. Həmin ev Gəncə şəhərində Abbas Səhhət küçəsində yerləşir. 2017-ci ildə ata və anası birgə nikahda olanda həmin evi tikdirmişlər. 2017-ci ildən atası, anası, və digər bacı qardaşı ilə həmin evdə yaşamışlar. Evin bələdiyyə sənədi ilə anası Cavabdeh1 adınadır. Ev tam təmirli olmasa da, yaşamaq üçün normal olmaqla yararlıdır. Hazırda İİ kurs institut tələbəsidir. Evdən qeydiyyatdan çıxmaq istəməməsinin səbəbləri institutda olan bütün sənədlərdə ünvanı ünvan 3 O, 6-7 yaşında doğulub yaşadığı evdə qeydiyyatda qalmaq istəyir. 2020-2021-ci il ərzində onlar atasının xəstəliyi ilə bağlı Bakı şəhərində olmuşlar. 2024-cü ildə valideynləri arasında olan nikah pozulmuş, onlar öz istəkləri ilə analarının yanında qalmışlar. Atası 2021-ci ildən sonra aralarında mübahisə başlanandan və nikahın pozulmasından sonra ailəsi ilə heç bir əlaqəsi olmamış, eləcə də babası, nənəsi, əmisi heç bir əlaqə saxlamamışlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq tərəflər əlavə sənəd və sübutlarının olmadığını bildirmişlər. İş üzrə iddia ərizəsində cavabdehlər qismində göstərilmiş X6 və Cavabdeh4 yetkinlik yaşına çatmayan olmaları səbəbindən onlar məhkəmə iclasında anaları Cavabdeh1 ilə təmsil olunmuşlar. Bu səbəbdən onların məhkəmə iclasında cavabdeh qismində iştirakları və izahat vermələri məqsədəmüvafiq hesab edilməmişdir. İş üzrə üçüncü şəxs Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı müraciət etməmişdir. Belə olan halda məhkəmə nümayəndənin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Tərtər şəhəri Nəsimi küçəsi ev 26 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 150.1 kv.metr olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla ümumi birgə pay əsasında İddiaçı, X4 və X7 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun verdiyi ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Tərtər şəhəri Nəsimi küçəsi ev 26 ünvanında Cavabdeh1 xx.xx.1984-cü il təvəllüdlü, X14 xx.xx.2006-cı il təvəllüdlü, X11 xx.xx.2012-ci il təvəllüdlü, Cavabdeh4 xx.xx.2009-cu il təvəllüdlü, İddiaçı xx.xx.1947-ci il təvəllüdlü, X12 xx.xx.1948-ci il təvəllüdlü, X13 xx.xx.1975-ci il təvəllüdlü, X5 xx.xx.1979-cu il təvəllüdlü, X8, xx.xx.2000-ci il təvəllüdlü, Cavabdeh3 xx.xx.2010-cu il təvəllüdlü, Cavabdeh4 xx.xx.2009-cu il təvəllüdlü olmaqla qeydiyyatda olan şəxslərdən ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun verdiyi xx.xx.2024-cü il tarixli İddiaçı sorğusuna cavab məktubundan görünür ki, ona məxsus ünvan 5 ünvanında qeydiyyatda olan üçüncü şəxslər Cavabdeh1, X14, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdan çıxarılması Tərtər RPŞ-0n səlahiyyəti xaricindədir. Bu barədə Məhkəmə orqanına müraciət etməsi məqsəd müvafiqsir.Gələcəkdə göstərilən ünvanda qeydiyyatda olan üçüncü şəxslərin məhkəmə orqanı tərəfindən qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması barədə qərarı olduqda və həmin qərar qanuni qüvvəyə alındıqdan sonra həmin şəxslərin Tərtər rayon Polis şöbəsinin Q və ŞV qrupu tərəfindən ona məxsus olan ünvandan qeydiyyatdan çıxarılması təmin olunacağı qeyd edilımişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 388/2024 saylı qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X15 ilə Cavabdeh1 arasında olan 12 oktyabr 2005-ci ildə Tərtər rayon Qeydiyyat şöbəsində bağlanmış rəsmi nikah qeydi pozulması, tərəflərin birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh4 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh3 adlı uşaqları Cavabdeh1 yanında saxlanılması, iddiaçı X7 Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçı X10 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ № 461859 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-388/2024 saylı qətnamənə əsasən X15 ilə Cavabdeh1 arasında nikah pozulmuş, xx.xx.2024-cü il tarixdə nikaha xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndənin verdiyi xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh1, X14, Cavabdeh3 və Cavabdeh4 ünvan 7 ünvanda ev sahibi və qonşuların dediyinə görə uzun müddətdir ki, yaşamırlar. İş materiallarına əlavə edilmiş Tərtər rayon Polis Şöbəsinin 15 avqust 2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, sorğu edilmiş vətəndaşlar Cavabdeh1 və Cavabdeh4 yaşayış yeri üzrə başqa ünvanlarda daimi pasport qeydiyyatındadırlar. Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə başqa ünvanlarda daimi pasport qeydiyyatındadırlar. Məhkəmə iddiaçının, cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, cavabdehlərin iddiaçı ilə qohumluq əlaqələri vardır. Cavabdehlər iddiaçıya məxsus ünvan 8 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 150,1 kv metr olan fərdi yaşayış evində uzun müddətdir ki, yaşamırlar, lakin hazırda Cavabdeh2 və Cavabdeh3 həmin evdə qeydiyyatdadırlar. Məhkəmə iclasında elan olunmuş mötəbər sənədlərlə müəyyən edilmişdir ki, ünvan 8 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 150,1 kv metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, cavabdehlər 2013-cü ildən mübahisəli yaşayış sahəsində faktiki olaraq yaşamırlar. Eləcə də Cavabdeh1 və Cavabdeh4 yaşayış yeri üzrə başqa ünvanlarda daimi pasport qeydiyyatındadırlar. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə 2013-cü ildə evdən çıxarkən azyaşlı olmaqla valideynləri ilə birlikdə atasının işi ilə əlaqədar olaraq yaşamaq üçün Gəncə şəhərinə getmişlər. Həmin vaxtdan onlar Gəncə şəhərində iddiaçının oğlu Anar Kərimovla, Cavabdeh1 2017-ci ildə birgə nikah dövründə tikdirdikləri Gəncə şəhəri Abbas Səhhət küçəsində yaşamışlar. Uşaqlar həmin evdə böyümüşlər. Cavabdeh2 həmin evdən yaşamaqla ali məktəbə daxil olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı, gəlini olmuş Cavabdeh1 və nəvələri X6, Cavabdeh3, Cavabdeh4 2012-ci ildən Gəncə şəhərində yaşadıqlarını, lakin buna baxmayaraq onun evində qeydiyyatda qaldıqlarını, 2021-ci ildən evində sənədləşmə apara bilmədiyini, ona görə də dəfələrlə cavabdeh tərəfə müraciət etdiyini, lakin müsbət nəticə olmadığını, bu səbəbdən onların evdən çıxarılması üçün məhkəməyə müraciət etdiyini, evini xx.xx.2021-ci ildən başqa şəxsə vərəsəliklə verdiyini, lakin sənədləşdirə bilmədiyini, evinə sahiblik edə bilmədiyini, cavabdehlərin Gəncə şəhərində yaşadıqlarını, onlarla 2020-ci ildən hazırki dövrədək 5 il müddətində heç bir əlaqələrinin olmadığını, Gəncə şəhərində Cavabdeh1 adına 7 otaqlı fərdi yaşayış evinin olduğunu, evində qeydiyyatda olanlarla bağlı Polis Şöbəsindən sənəd alındığını, evini vərəsəliklə digər oğluna vermək istədiyini, lakin cavabdehlərin onun evində qeydiyyatda olduqlarından sənədləşməni apara bilmədiyini, icra nümayəndəliyindən cavabdehlərin uzun müddətdir ki, onun evində yaşamaması barədə arayış aldığını və məhkəməyə təqdim etdiyini, tələbinin evinin sənədləşdirilməsi üçün yalnız evində yaşamayan cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsindən ibarət olduğunu, göstərdiklərinə əsasən məhkəmədə hazırki iddia qaldırmağa məcbur olduğunu və iddiasının təmin olunmasını xahiş etdmişdir. Məhkəmə iclasında izahat vermiş Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, 2005-ci il 12 oktyabr tarixdən iddiaçının evində qeydiyyatda olduğunu, onun oğlu Anar Kərimovla nikahda olduqlarından iddiaçının razılığı ilə onun evinə qeydiyyata düşdüyünü, X2, X14 və Cavabdeh4 adlı övladlarının dünyaya gəldiyini, 2005-ci ildən Tərtər rayon 2 saylı orta məktəbdə müəllim işlədiyini, həmin evə gəlin gedərkən 2 otaqlı olduğunu, cehiz əşyalarının evə yerləşmədiyini, cehiz əşyalarını 10 gün müddətinə çıxarmaqlarını tələb etdiyini, bundan sonra onun xəbəri olmadan iddiaçının cehiz əşyalarını məcburi çıxardığını, iddiaçının 2021-ci ildən vərəsəliklə bağlı onların evdən qeydiyyatdan çıxarılmaları barədə müraciət etmədiyini, həmin vaxt onun oğlu ilə Anar Kərimovla birgə nikahda olduqlarını, birgə yaşamadıqlarını, həmin vaxt Anar Kərimovun ankoloji xəstə olduğunu, xəstəxanada müalicə aldığını, ailəsi kimi ona qulluq etdiyini həmin vaxtlar iddiaçı ilə küsülü olmadıqlarını, heç bir davaları olmadığını, həmin vaxt nikahlarının pozulmadığını, evdə 2005-ci ildə əziyyət çəkdiyini, iki otaq artırıldığını və 5 otaq olduğunu, məktəbdə müəllim işlədiyini, maddi vəsait qazandığını, yüksək əmək haqqı aldığını, həmin əmək haqqını iddiaçıya verdiyini, 2013-cü ilin iyun ayından iddiaçının oğlunun işi ilə əlaqədar Gəncə şəhərinə köçdüyünü, kirayədə yaşadıqlarını, 2019-cu ildən hazırki vaxta qədər Gəncə şəhərində Gəncə Aqrar Universitetində müəllim işlədiyini, uşaqların üçünün də həmin tarixdən onun yanında yaşadıqlarını və hazırda da uşaqların onunla yaşadıqlarını, Anar Kərimovla nikahlarının 2024-cü il iyun ayında pozulduğunu, həmin evdə onun mülkiyyətçi hüququnun olduğunu, orda pasport qeydiyyatında olmuş olduğunu, evin sakini kimi yaşamış olduğunu, orda yaşadığı müddətdə evin abadlıq işlərində iştirak etdiyini, bu işlərdə atasının da maddi cəhətdən köməkliyi olduğunu, bu yaxınlarda iddiaçının müxtəlif hədələri ilə azyaşlı uşaqları ilə məcburən evdən qeydiyyatdan çıxdığını, lakin bununla bağlı şikayətlər etmədiyini, beləki atasının buna icazə vermədiyini, uşaqların, özünün evə qeydiyyata salınmasını xahiş etmişdir. İddiaçı daha sonra qeyd etmişdir ki, onların iddiaçının oğlu ilə birgə nikah dövründə ər-arvad olduqları vaxt, 2017-ci ildə Gəncə şəhərində ev tikdirib uşaqları ilə birlikdə yaşamışlar, evin sənədi olmamış, yalnız sərəncam olmuşdur. Ev yaşayış üçün yararlıdır. Onlar 2017-ci ildən övladları və keçmiş həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamışlar. Evi atası tikdirmiş, keçmiş həyat yoldaşı iddiaçının oğlu Anar Kərimov ilə ər-arvad olan dövründə tikilmişdir. 4 otaqdan ibarət kürsülü evdir, şəraiti normaldır, təmirsiz evdir. Gəncə şəhərində Abbas Səhhət küçəsində yerləşir. Göstərdiklərinə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 xx.xx.2006-cı ildə Tərtər şəhərində anadan olduğunu və həmin evdə qeydiyyata düşdüyünü, 2013-cü ildədək həmin evdə böyüdüyünü, daha sonra atasının işinə görə Gəncə şəhərinə ailəlikcə köçdüklərini, buna baxmayaraq evlə əlaqəni kəsmədiklərini və hazırda da Gəncə şəhərində yaşadıqlarını, həmin evin Gəncə şəhərində Abbas Səhhət küçəsində yerləşdiyini, 2017-ci ildə ata və anası birgə nikahda olanda həmin evi tikdirmişlər. 2017-ci ildən atası, anası, və digər bacı qardaşı ilə həmin evdə yaşamışlar. Evin bələdiyyə sənədi ilə anası Cavabdeh1 adınadır. Ev tam təmirli olmasa da, yaşamaq üçün normal olmaqla yararlıdır. Hazırda İİ kurs institut tələbəsidir. Evdən qeydiyyatdan çıxmaq istəməməsinin səbəbləri institutda olan bütün sənədlərdə ünvanının ünvan 9irayədə yaşayır. O, 6-7 yaşına doğulub yaşadığı evdə qeydiyyatda qalmaq istəyir. 2020-2021-ci il ərzində onlar atasının xəstəliyi ilə bağlı Bakı şəhərində olmuşlar. 2024-cü ildə valideynləri arasında olan nikah pozulmuş, onlar öz istəyi ilə anasının yanında saxlanılmışlar. Atasının 2021-ci ildən sonra aralarında mübahisə başlanandan və nikahın pozulmasından sonra ailəsi ilə heç bir əlaqəsi olmamış, eləcə də babası, nənəsi, əmisi heç bir əlaqə saxlamamışlar. İddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh4 İddiaçı adına olan Tərtər şəhəri, Nəsimi küçəsi ev 26 ünvanından qeydiyyatdan çıxmışlar. Digər iki Cavabdeh2 və Cavabdeh3 2013-cü ildən faktiki olaraq valideynləri ilə birlikdə Gəncə şəhərində yaşamağa başlamışlar. Bundan sonrakı dövrdə cavabdeh tərəfin özünün də qeyd etdiyi kimi Anar Kərimovla birgə nikahda olarkən 2017-ci ildə Gəncə şəhərində Abbas Səhhət küçəsində yaşamışlar. X19 Kərimovanın nikahları pozulanadək onlar bir yerdə uşaqları ilə həmin evdə yaşamışlar. Lakin 2024-cü ildə onların nikahları pozulmuşdur. Cavabdeh2 əvvəl verdiyi izahatında evlə əlaqəni kəsmədiklərini bildirsə də izahatının davamında atasının 2021-ci ildən sonra aralarında mübahisə başlanandan və nikahın pozulmasından sonra ailəsi ilə heç bir əlaqəsi olmadığını, eləcə də babası, nənəsi, əmisi heç bir əlaqə saxlamadıqlarını göstərmişdir. Bütün bu hallar onu deməyə əsas vermişdir ki, cavabdehlərin həmin ünvanda istifadə hüquqlarının qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahiblik etmək, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmalkın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericlik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə cavabdehlərin müdaxiləsini aradan götürmək bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehlərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadığı və orda yaşamadığı hallarda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində istifadə hüququnun qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. İddiaçının oğlu Anar Kərimovla Cavabdeh1 2005-cı ildə ailə qurarkən mübahisəli ev mülkiyət hüququ əsasında qeydiyyatdan keçmədiyindən iddiaçının özünə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-nin 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda olan normalar tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzilənmədikdə və onlara tətbiq edilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanunun analogiyası ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qanunvericiliyin yuxarıda göstərilən müddəlarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış evinə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək yarandığından və qeyd olunan tarixdə analoji münasibətlərin tənzimləyən norma kimi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı, 87-ci, 30-cu, 82-ci,83-cü maddələri mövcud olmuşdur. Həmin normalar dövlət və ictami mənzil fonduna daxil olan mənzillərdən istifadəni tənzimləmişdir. Həmin normaların məzmunu hazırki münasibətlər üzrə mövcud olan mübahisəli evin statusu ilə daha çox uyğundur və mahiyyətcə biri-birinə ziddiyət təşkil etmir. Ona gərə də məhkəmə hesab edir ki, hazırki mübahisənin həllinə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən maddələri tətbiq edilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci bəndinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa raşılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.4-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmədə izahat vermiş cavabdehlər onların iddiaçıya məxsus ünvan 10 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində uzun müddət yaşamadıqlarını göstərmişlər. Bu hal məhkəmədə elan olunmuş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndənin verdiyi xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu ilə təsdiq olunmuşdur. Eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh4 həmin evdən qeydiyyatdan çıxmışlar. Cavabdehlər özləri də təsdiq etdikləri kimi 2017-ci ildə Cavabdeh1 ilə Anar Kərimovun birgə nikah dövründə Gəncə şəhəri, Abbas Səhhət küçəsində inşa etdirdikləri fərdi yaşayış evində yaşamışlar. Hazırda da həmin evdə yaşamaqda davam etmişlər. Həmin ünvan cavabdehlərin daimi yaşayış yerləri kimi başa düşülür. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinin 4-cü abzastında göstərilmişdir ki, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən aydın olmuşdur ki, X6 və X6 yaşayış yeri valideynləri tərəfindən müəyyən edilmiş və onlar uzun müddətdir ki, yaşayış yeri olan Gəncə şəhəri Abbas Səhhət küçəsində yaşamaları təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilir.Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasınna dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən mayeəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya iddiaçının sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qaldırdığı tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ünvan 10 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini adına rəsmiləşdirmişdir. Cavabdehlər isə uzun müddət həmin evdə yaşamırlar, onlar özlərinə məxsus Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən evdə yaşayırlar. Bu fakt onların özlərinin məhkəmə iclasında verdikləri izahatları ilə tam təsdiq olunmuşdur. Göstərilənlərə əsasən, cavabdehlərin ünvan 10 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi məqsədəmüvafiqdir. Bununla da iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi məqsədə müfafiqdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının, cavabdehləriin izahatlarını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 üçüncü şəxs Tərtər rayon Polis Şöbəsi olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********) Çıxarış sənədi ilə İddiaçı mülkiyyəti olan, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 üçüncü şəxs Tərtər rayon Polis Şöbəsi olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********) Çıxarış sənədi ilə İddiaçı mülkiyyəti olan, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı ödədiyi 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-920/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-920/2025
21.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver