Məhkəmə qərarları › İş №2(062)-102/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-102/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-102/2024 29.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyan» tələbinə dair mülki işə Tovuz şəhərində 29 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ekskavator markalı avtomaşının zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 19150 manat pulun və 128 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Qovlar şəhəri ərazisində hərəkətdə olan zaman Cavabdeh “Kamaz” markalı ** BH *** dövlət qeydiyyat nişanlı yük maşını ilə hərəkətdə olan “Ekskavator” markalı 90 M 003 dövlət qeydiyyat nişanlı ekskavatora çırpılmış, ekskavator zərbədən dəmir dirəyə dəyərək, çökəkliyə düşmüşdür. Yol Polisi əməkdaşları hadisə baş verən əraziyə gəlmiş, orada sənədləşmə işləri aparmışlar. xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cavabdehin barəsində 40 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Lakin həmin hadisədə avtomobilinə dəymiş zərərin əvəzi ödənilməmişdir. İş ekspertizada olan zaman sığorta 5000 manat ödəmişdir. Həmin pulu iddia tələbindən çıxarır. Odur ki, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “Ekskavator” markalı 90 M 003 dövlət qeydiyyat nişanlı ekskavatorun zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 14150 manat və iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə prosesində iştirak edən Cavabdeh avtomobilə dəymiş zərərin məbləği ilə razılamamış və ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işə əlavə olunmuş sənəd və şəkilləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 90 M 003 qeydiyyat nömrəli ekskavator iddiaçının adına qeydə alınmışdır. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TR5908879 saylı qərarla İXP ******* saylı protokolla xx.xx.2023-cü il tarixdə törətdiyi inzibati xətaya görə 40 manat məbləğində cərimə olumuşdur. İşə əlavə olunmuş 23 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, ümumilikdə yol nəqliyyat hadisəsi zamanı 90 M 003 qeydiyyat nişanlı avtomabilə 19150 manat ziyan dəymişdir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, sığorta müqaviləsinə əsasən sığorta hadisəsinə görə vurulmuş ziyanla bağlı iddiaçıya 5000 manat pul ödənilmişdir. İşə əlavə olunmuş 12 dekabr 2023-cü il tarixli 9/8178 saylı ekpert rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16490 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 14540 manat, təmir bərpa işlərinin qiyməti 1950 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 9311,57 manat, o cümlədən dəyişdirilməli hissələrin qiyməti 7361,57 manat, təmir- bərpa işlərinin qiyməti 1950,00 manat qeyd edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə iddiaçı özünə məxsus 90-M-003 qeydiyyat nişanlı ekskavator markalı maşınla Tovuz rayonu Qovlar şəhəri ərazisində hərəkətdə olan zaman cavabdehin idarə etdiyi Kamaz markalı **-BH-*** qeydiyyat nişanlı avtomaşın arxadan iddiaçının idarə etdiyi ekskvatora çırpılmış və ekskvator qoruyucu dəmir dirəyə dəyərək aşmışdır. Törədilmiş inzibati xəta hadisəsi ilə əlaqədar Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib olunmuş və cavabdeh barəsində 40 manat məbləğində cərimə tənbehi tətbiq olunmuşdur. xx.xx.2023-cü il tarixli TR5908879 nömrəli qərarla inzibati xəta törədən şəxs Cavabdeh olması məyyən olunmuş və cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən onun barəsində müvafiq icra orqanı inzibati tənbeh tətbiq etməklə inzibati məsuliyyətə cəlb etmişdir. İnzibati xəta nəticəsində ekskvatora ziyan dəymişdir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, sığorta müqaviləsinə əsasən sığorta hadisəsinə görə vurulmuş ziyanla bağlı iddiaçıya 5000 manat pul ödənilmişdir. İddiaçı iddia tələbində vurulmuş ziyanı 19150 manat göstərsə də, işdə olan ekspert rəyində təzə hissələrin qiyməti 16490 manat, aşınma tətbiq olunmaqla 9311,57 manat müəyyən olunmuşdur. Rəydə göstərilən məbləğində 5000 manat hissəsi sığorta müqaviləsinə əsasən sığorta hadisəsinə görə vurulmuş ziyanla bağlı iddiaçıya 5000 manat pul ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilməmiş ziyan təmir və ekskvatorun hissələri ilə birlikdə 4311,57 manat təşkil edir. Eyni zamanda dəymiş ziyan aktında göstərilmiş, lakin ekspertizaya aid olmayan hidromik yağın dağılmasına görə yağın dəyəri 1440 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin məcəllənin 36.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Göründüyü kimi tərəflər arasında vurulmuş ziyanla bağlı mübahisə olunduğundan səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq etməklə yanaşı vurulmuş ziyanın ödənilməsi qeyri mümkün olmuşdur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının əmlakına dəyən zərər cavabdehin hüquq pozuntusu törətməsi nəticəsində əmələ gəlmişdir. İddiaçının iddia tələbinin təmini üçün qanuni əsaslar sadalanmış maddi hüquq normalarında nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə hesab edir ki, yağın pulu (hidrovlik) cavabdehdən tutulmalıdır. Ona görə də məhkəmə belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İddiaçıya sığorta məbləği çıxıldıqdan sonra (4311,57+1440) vurulmuş zərərin əvəzi olaraq 5751,57 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbində olan qalan hissə sübut olunmur. Ona görə də, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh cəmi 5751,50 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh ödənilmiş dövlət rüsumunun 77,50 manatı tutularaq İddiaçı verilməlidir. Cavabdehin ərizəsi ilə ekspertiza təyin olunduğundan Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən, Cavabdeh 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5751,57 manat məbləğində dəymiş ziyan və ödənilmiş 77,50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar