Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1088/2024 22.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh ümumilikdə ona olan 850 (səkkiz yüz əlli) manat məbləğində borcunu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 3- 4 ay bundan əvvəl qazi kimi tanıdığı Cavabdeh ona zəng edərək, gedib kafedən onu götürməyini bildirmişdir. O həmin kafeyə getmiş və Sərxan ona yaxınlaşaraq kafeyə borcun olduğundan onu buraxmadığlanı bildirdi və ondan 100 manat məbləğində pul İstəmişdir. O ona üstündə pul olmadığını bildirdi. Sərxan ona yalvararaq and içdi və əl çəkmədi, o da ona inanaraq 100 manat vermişdir. Sərxan özünü ona ona qazi kimi tanıtmış və bildirmildişdi ki, evdə pulu var və səhər saat 12:00, 13:00 radələrində pulu qaytaracaq. Səhər həmin radələrdə Sərxana yaxınlaşmış və fikirləşmişdi ki, pulunu qaytaracaq. Sərxan ona bildirdi ki, kafedən çıxandan evə getməmiş və bütün pulunu xərcləmişdi,r. Valideyinləri bilsə onu evə buraxmayacaqlar. O, ondan yenə 200 manat istəyərək, evə gedib ona olan borcunu evdən götürərək onun pulunu qaytaracağını bildirdi. Sərxan ev adı ilə getmiş, ondan günlərcə xəbər çıxmamışdır. Bir neçə gündən sonra ona bildirmişdir ki, pulunu qaytara bilmir, başqa yerdən faizə pul götürüb pulu qaytaracaq. Sərxan onu aldadaraq həmin vaxt ondan yenə 550 manat pul almışdır. Ondan pulunu dəfələrlə qaytarmağı tələb etsə də borcunu qaytarmamışdır. Cavabdeh ümumilikdə ona olan 850 (səkkiz yüz əlli) manat məbləğində borcunvə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehə 100 manat pul vermişdir .Sonra kafedə oturan zaman cavabdehdən zəng gəlmiş və o ona demişdir ona pul lazımdır. O cavabdehə ümumilikdə 880 manat pul vermişdir. Subut kimi cavabdehlə instaqram sosial şəbəkəsində sms və səs yazılranı təqdim edə bilər. Eyni zamanda sonuncu dəfə 300 manat pulu verəndə dostu İbrahim də onun yanındaydı. Lakin başqa heç bir subut yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə görə tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanılır. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə borc verilməsi ilə bağlı nə yazılı, nə şifahi müqavilənin olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür iddiaçı isə iddia ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1088/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1088/2024
22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver