Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1116/2024 29.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2649 manat pulun və və dövlət rüsumu hesabına ödədiyi 47 manat pulun alınaraq ona verlməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində mağazası var və oranı işlədir. Həmin mağazada ərzaq məhsulları, siqaret, araq və xırdavat məhsulları satır. 27 fevral 2023-cü il tarixdə axşam saat 23 radələrində özünə məxsus olan həmin mağazanı bağlayıb evə getmişdir. Həmin günün səhəri yəni 28 fevral 2023-cü il tarixdə 08 radələrində mağazanı açmağa gələndə görmüşdür ki, mağazanın pəncərəsi açıqdır. Mağazanı açıb içəri girəndə görmüşdür ki, mağazadan kassada olan pul, araq və siqaret məhsulları oğurlanmışdır. Ümumilikdə ona 4665 manat ziyan dəymişdir. Bununla bağlı polisə müraciət etmişdir. Mağazasından oğurluq edənlərin X4 və X2 olması hökmlə müəyyən olunmuşdur. Cavabdehlər Cavabdeh1 yetkinlik yaşına çatmayan X3, Cavabdeh2 isə yetkinlik yaşına çatmayan X1 valideynidir. Tovuz Rayon Məhkəməsinin 25 yanvar 2024cü il tarixli hökmündən görünür ki, ekspertiza nəticəsində ondan aparılmış məhsulların dəyəri 3749 manat kimi qiymətləndirilmişdir. Ona vurulmuş zərərdən ümumilikdə 1100 manat pul ödənilmişdir. Beləliklə təqsirləndirilən şəxslərin ona vurduğu və ödəmədikləri zərər 2649 manat təşkil edir. Məhkəmə prosesləri zamanı təqsirləndirilən şəxslər ona zərərdən ödəmə etsələr də sonradan heç bir ödəmiş etməmişlər. Ona görə də, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2649 manat pulun və və dövlət rüsumu hesabına ödədiyi 47 manat pulun alınaraq ona verlməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ona 3421 manat ziyan dəymiş, cavabdehlərdən Cavabdeh2 900 manat, Cavabdeh1 isə 300 manat pul vermişdir. Maddi imkanı yoxdur, yoldaşı ankoloji xəstədir. Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul edir. Dəymiş ziyandan 300 manat ödənilmişdir. 700 manat da ödəyəcəkdir. Maddi imkanı olmadığından pulu ödəyə bilmir. Hazırda yoldaşı Rusiya Federasiyasında, özü isə çörək zavodunda işləyir və hissə- hissə borcunu ödəyəcəkdir.Eyni zamanda həmin hadisə zamanı başqa bir uşaqda var idi. Həmin uşaqdan da pul tutulmalıdır. Yəni, dəymiş ziyan üç valideyin arasında bölünməlidir. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qismən qəbul edir.Belə ki, borcun 900 manatını vermişdir.Onun cəmi 100 manat borcu qalmışdır. Lakin maddi imkanı olmadığından pulun qalan hissəsini ödəyə bilməmişdir. Eyni zamanda iddiaçının mağazasında 4000 manatlıq mal olmayıbdır. O yalnız 100 manat ödəyə bilər. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə olunmuş 25 yanvar 2024-cü il tarixli hökmün sürətindən görünür ki, X4 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törtməklə təqsirli bilinərək, mişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cinayət nəticəsində 3421,38 manat ziyan dəymiş, dəymiş ziyandan ümumilkdə 1200 manat ziyan İddiaçı ödənilsə də, ziyanın qalan məbləği ödənilməmiş qalmışdır. İşin hallarından göründüyü kimi Tovuz Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ilə X4 və X2 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə yetkinlik yaşlarına çatmamış şəxslərdir. Məhkəmə qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmündən göründüyü kimi cinayət əməli nəticəsində İddiaçı ziyan X4 və X2 tərəfindən vurulmuş, ittihamda adı çəkilən digər şəxs Allahverdinin isə həmin cinayət əməlini törətməsinə dair qanuni qüvvəyə minmiş hökmü olmamaqla, tələb də ona qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MM-nin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Qeyd edilən Məcəllənin 1104.2-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Həmin Məcəllənin 1104.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 2221,38 manat məbləğində pul və 42 manat 22 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməli, iddianın qalan hissəsi təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2221,38 manat pul və 42 manat 22 qəpik ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1116/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1116/2024
29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver