Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1132/2025 15.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomaşının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh onun xüsusi mülkiyyətində olan “VAZ-21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özünün, özünün naturada alınması mümkün olmadıqda isə onun dəyəri olan 1100 manatın və dövlət rüsumu hesabına ödədiyi 31 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində “VAZ-21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Həmin nəqliyyat vasitəsini 3 il bundan əvvəl idarə etmək üçün Tovuz rayon Aşağı Quşçu kənd sakininə etibarnamə əsasında vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs vəfat etmişdir. Elə həmin vaxtdan da dəfələrlə onun ünvanına həmin nəqliyyat vasitəsinə dair inzibati xəta haqqında qərarlar gəlməyə başlamışdır. Bununla maraqlandıqda ona məlum olmuşdur ki, onun xüsusi mülkiyyətini təşkil edən “VAZ-21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Tovuz rayonu Qovlar şəhər sakini Cavabdeh qanunsuz olaraq idarə edir. Həmin nəqliyyat vasitəsi idarə etmək üçün o, Cavabdeh etibarnamə verməmişdir. Dəfələrlə cavabdehdən ona məxsus olan avtomaşını tələb etdikdə o hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini bir daha təsdiq etmiş və ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar DİN-in BDYPİ-dən verilmiş xx.xx.2024-cü il tarixli 1122 nömrəli məktuba əsasən “X1” sisteminə əsasən məktubda qeyd edilən VAZ-21061 markalı **-CA-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan İddiaçı adına qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Maddə 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faiz Məhkəmənin mövqeyi Məhkəmə işin hallarını və təqdim olunmuş sübutları araşdırmaqla müəyyən edir ki, İddiaçı “VAZ-21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Bu hal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xx.xx.2024-cü il tarixli, 1122 nömrəli məktubu ilə təsdiqlənir. Həmin məktuba əsasən qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçının izahatına və iş materiallarına əsasən məlum olmuşdur ki, o, sözügedən nəqliyyat vasitəsini 3 il əvvəl Tovuz rayonunun Aşağı Quşçu kənd sakininə etibarnamə əsasında idarə etmək üçün təqdim etmiş, lakin sonradan həmin şəxsin vəfat etdiyini öyrənmişdir. Bundan sonra iddiaçının ünvanına həmin avtomobilin iştirakı ilə törədilmiş inzibati xətalarla bağlı qərarlar gəlməyə başlamışdır. Maraqlandıqda isə məlum olmuşdur ki, iddiaçı tərəfindən heç bir hüquqi əsas olmadan Cavabdeh bu nəqliyyat vasitəsini qanunsuz idarə edir. Cavabdehə qarşı nəqliyyat vasitəsinin geri qaytarılması barədə dəfələrlə edilən müraciətlər nəticəsiz qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçi mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarına malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi, əmlakı qanunsuz sahiblənmiş şəxslərdən öz əmlakını geri tələb edə bilər. İddiaçının hüquqları pozulmuşdur, çünki onun xüsusi mülkiyyətində olan avtomobil cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan sahiblənilmiş və idarə edilməkdədir. Cavabdeh nəqliyyat vasitəsini istifadə etməsinə dair hər hansı etibarnamə və ya digər hüquqi sənədin olması sübut olunmamış, əksinə, iddiaçı belə bir sənədin verilmədiyini bildirmişdir. Cavabdeh isə məhkəməyə gəlməməklə və izahat verməməklə öz mövqeyini bildirməmiş, hüquqi vəziyyətin aydınlaşdırılmasına yardım göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, cavabdeh məhkəmə iclasına gəlmədikdə və üzrlü səbəb göstərmədikdə, iddiaçı isə işə qiyabi qaydada baxılmasına etiraz etmədikdə işə qiyabi icraatla baxıla bilər. Bu iş üzrə da məhkəmə işə qiyabi icraatla baxılmasını qanuni hesab edir. İş üzrə təqdim edilmiş sübutlar – nəqliyyat vasitəsinin qeydiyyat sənədi, iddiaçının izahatı, DİN-in məlumat məktubu və cavabdehin hərəkətsizliyi nəzərə alınmaqla, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3 və 217.4-cü maddələrinə uyğun olaraq qətnamə yalnız iş üzrə müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında qəbul olunur. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi sübutlar obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirilmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “VAZ-21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özü, özünün naturada alınması mümkün olmadıqda isə onun dəyəri olan 1100 manat və ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “VAZ-21061” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinin naturada alınması mümkün olmadıqda isə onun 1100 (min yüz) manat məbləğində dəyəri, həmçinin ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Tovuz Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №2(062)-1132/2025
Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-1132/2025
15.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver