Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1215/2024 13.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 2386 manat, Cavabdeh2 2886 manat məbləğində maddi zərərin, hər iki cavabdehdən müştərək qaydada dövlət rüsumu hesabına ödədiyi 73 manat pulun alınaraq ona verlməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, ona məxsus Tovuz rayonu Qaraxanlı kəndində yerləşən evə qanunsuz daxil olaraq oğurluq etmiş və ona ümumilikdə 10160 manat dəyərində maddi zərər vurulmuşdur. Tovuz rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli hökmünə əsasən Cavabdeh1 ilə Cavabdeh2 törətdikləri əməl sübut olunmuş və onlar müvafiq qaydada cəzalandırılmışlar. X1 törətdiyi cinayət nəticəsində ona vurulmuş ziyandan öz payına düşən hissəni tam ödəmişdir. Cavabdeh1 öz payına düşən hissədən 1000 manat və Cavabdeh2 isə öz payına düşən hissədən 500 manat ödəmişdir. Cinayət hadisəsi zamanı ona ümumilikdə 10160 manat maddi ziyan vurulduğunu nəzərə alarsa hər birinə 3386 manat pul düşür. Cavabdeh1 öz payına düşən hissədən 1000 manat və Cavabdeh2 isə öz payına düşən hissədən 500 manat ödəməsi nəzərə alınsa Cavabdeh1 3386-1000=2386 manat və Cavabdeh2 3386-500=2886 manat məbləğində maddi zərər alınıb ona verilməlidir. Ona görə də, cavabdehlər Cavabdeh1 2386 manat və Cavabdeh2 2886 manat məbləğində maddi zərərin, hər iki cavabdehdən müştərək qaydada dövlət rüsumu hesabına ödədiyi 73 manat pulun alınaraq ona verlməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın həcminin azaldılması barədə ərizə təqdim edib cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2000 manat olmaqla, cəmi 4000 manat pulun tutulmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o həmi evə girməmişdir. Həmin evə Aydın və Nəsimi girmişdir. Qızılları Nəsimi götürmüşdür.Ona görə də, nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, Vaqif müəllimin evinə o və Nəsimi girmişdir. İddiaçının qeyd etdiyi 5 ekzemplyar qızıldan 3 qızılı üzüyü Səfərə vermiş, Səfər pulu verəndən sonra, o dedi ki, üzüyün birini satmış, ikisini isə suya tullamışdır. O ziyanı ödəmişdir. Qızıları o və Nəsimi götürmüşdür. Ona görə də, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş 21 fevral 2024-cü il tarixli hökmün sürətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törtməklə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər X1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, iddiaçıya məxsus Tovuz rayonu Qaraxanlı kəndində yerləşən evə qanunsuz daxil olaraq girib oğurluq etmiş və iddiaçıya ümumilikdə 10160 manat dəyərində maddi zərər vurulmuşdur. Tovuz rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli hökmünə əsasən Cavabdeh1 ilə Cavabdeh2 törətdikləri əməl sübut olunmuş və onlar müvafiq qaydada cəzalandırılmışlar. X1 törətdiyi cinayət nəticəsində ona vurulmuş ziyandan öz payına düşən hissəni tam ödəmişdir. Cavabdeh1 1000 manat və Cavabdeh2 isə 500 manat ödəmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə hökmü ilə iddiaçıya ziyanın vurulması öz təsdiqini tapmışdır. Məhkəmə verilmiş tələb üzrə işə baxdığından məhkəmə hesab edir ki, iddia iddiaçının tələb etdiyi həddə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4000 manat məbləğində pul və ödənilmiş 73 manat dövlət rüsumunun 60 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 manat məbləğində pul və 60 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1215/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1215/2024
13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver