Məhkəmə qərarları › İş №2(062)-1224/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1224/2024

09.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1224/2024 09.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 2V-622 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamədə göstərilən əmlakdan onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin özünə qaytarılmasını istəyir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırlmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və miras əmlakdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar