Məhkəmə qərarları › İş №2(062)-1252/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1252/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1252/2025 07.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, iddia ərizəsi əgər ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İşdən görünür ki, İddiaçı Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi Cavabdeh Sığorta Şirkəti ASC-nin baş ofisini qeyd etmiş, ünvanını Bakı şəhəri X1 küçəsi 75B qeyd etmişdir. Odur ki, İddiaçı ərazi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yerə görə məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olduğu halda Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu da geri qaytarılır. Ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar