Məhkəmə qərarları › İş №2(062)-126/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-126/2024

08.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-126/2024 08.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manatın və ödədiyi 92 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azaflı kəndində yaşayır. Özü heyvandarlıqla məşğul olur. 2020-ci ildə Əyyublu kənd sakini Cavabdeh heyvan almaq istədiyini bildirdi. Pulunu tez bir zamanda qaytaracağına söz verdi. O, 4 baş dananı cavabdehə satmış, bir necə gün sonra isə gəlib yerdə qalan 3 baş dananı istəmişdir. 7 baş dananı cəmi 8500 manata satmışdır. O, zaman o köhnə borc ödənildikdən sonra digər heyvanların aparılmasını təklif etdi. Lakin cavabdeh ona 1300 manat verərək yerdə qalanını da verəcəyini bildirdi. O cavabdehə dəfələrlə zəng etsə də, yaşadığı ünvana getsə də, ona olan borcunu qaytarmamışdır. Ona həmin 7 baş dananı toy restoranlarına satdığını, onların isə ona pul vermədiklərini bildirdi. Bir müddət sonra məcbur olaraq Tovuz rayon Polis şöbəsinə müraciət etmişdir. Cavabdeh 7200 manatın və ödədiyi 92 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun iddiaçıya borcu yoxdur. İddiaçıdan 7 baş mal almış, ondan 4 bir, 3 də bir dana almışdır. 7200 manat iddiaçıya borcu olubdur. Şərtilərinə əsasən 1 ay müddətə borcu bağlayacaqdı, lakin ziyanlıq olduğu üçün borcu oldu və həmin pullarla borclarını ödəmişdir. İddiaçıya kəndlərində 1000 manat pul vermiş, sora 200 manat, daha sonra isə 100 manat olmaqla, cəmi 1300 manat vermişdi. Sonda onun iddiaçıya 7200 manat borcu olubdur. Onların danışığına əsasən 7 danaya 7200 manat verməli idi. Sonra bir nəfər Zabitin vəkili adı ilə zəng edərək ona əvvəlcə 1000 manat, daha sonra isə 500 manat pul vermişdir. Ona görə də, inəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdırıb, tərəflərin məhkəmə iclasında verdiyi ifadələri nəzərdən keçirib hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında heyvanların nisyə aış-satışı müqaviləsi bağlanılmışdır. İddiaçı iddia edir ki, heyvanların ümumi qiyməti 8500 manat olmuşdur. O bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə heyvanların ümumi qiymətinin 7200 manat olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qiymətlərlə bağlı sübut təqdim etmədiyindən məhkəmə heyvanların dəyərini cavabdehin bildirdikləri əsasında qəbul edir və hesab edir ki, heyvanların ümumi qiyməti 7200 manat olmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh tərəfindən heyvanların puluna görə 1300 manat ödəniş edilmişdr. Məhkəmə hesab edir ki, cavabdeh sübut etməlidir ki, o ödənilməmiş 5900 manat pulu iddiaçıya ödəmişdir. Cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Odur ki, 5900 (beş min doqquz yüz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 92 manat dövlət rüsumu ödənilmişdir.İddianın 5900 manat hissəsi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 79 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5900 manat borc və 79 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5979 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 5900 manat maddi ziyan və 79 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5979 (beş min doqquz yüz yetmiş doqquz) manat alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar