Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1269/2024 27.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı Akdoğan Cengizin, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Akdoğan Cengizin cavabdehlər X1, Cavabdeh1 və üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi tələbinə» dair mülki işə Tovuz şəhərində 24 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Akdoğan Cengiz Cavabdehlər X1, Cavabdeh1 və üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı müraciət edərək hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın qismən, torpaq sahəsinə dair hissədə ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Akdoğan Cengiz məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, o Tovuz rayonu Abulbəyli kəndində yaşamaqla Bozalqanlı kəndi ərazisində fəaliyyət göstərən süd zavodunda işləyir. Uzun müddətdir ki, kirayədə yaşayır və 2022-ci ilin sonunda ev almaq qərarına gəlmişdir. Cavabdeh X1 məxsus Tovuz rayonu Abulbəyli kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 79,9 kv.metrolan fərdi yaşayış evini satın almışdır.Alqı-satqını rəsmiləşdirmək üçün Tovuz Regional "ASAN" xidmət mərkəzi notariat ofisində olarkən ona bildirdilər ki, əcnəbilər Azərbaycan Respublikasında torpaq sahəsi satın ala bilməzlər. O Türkiyə Respublikası vətəndaşıdır. Bu səbəbdən də fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi onunla bağlandı, evin yerləşdiyi torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi isə formal olaraq, arvadı (nikahımız rəsmiləşdirilməmişdir) bacısı əri olan Cavabdeh1 ilə bağlanmışdır. Hazırda həmin əmlak onun və ailəsinin sahiblik və istifadəsindədir. Cavabdeh1 həmin əmlaka heç bir aidiyyəti yoxdur, əmlaka dair pul ödəməmişdir və faktiki olaraq əmlakı o satın almışam. O onlara məxsus torpaq sahəsini arvadının adına sənədləşdirmək istədikdə Cavabdeh1 müxtəlif bəhanələr gətirərək, sənədləşmənin aparılmasından imtina etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)- 152/2024 saylı qətnaməsinə əsasən, daşınmaz əmlakın aiqı-satqısı barədə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-i ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Odur ki, hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın qismən, torpaq sahəsinə dair hissədə ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Akdoğan Cengiz iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X5 bildirdi ki, əgər müqavilə ləğv olunubsa çıxarış məhkəmə qaydasında ləğv olunmalıdır. Odur ki, qanuna müvafiq qərar gəbul edilməsini xahiş etdi. Cavabdehlər X1 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və üçünçü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X3 izahatlarını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş reyestr nömrəsi **********48-10301 olan,********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində olan 79,9 kv metr olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə Akdoğan Cengizin adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 183 saylı vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Daşınmaz əmlakın alqı-satqısı barədə cavabdehlər X2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ1086702 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(062)-152/2024 saylı qətnaməsinə əsasən, daşınmaz əmlakın alqısatqısı barədə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-i ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi reyestr nömrəsi **********48-10301 olan,********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş qeyd torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Hüququn qeydə alınmasına əsas olan əqd etibarsız hesab edildiyindən məhkəmə hesab edir ki, bu əqd əsasında verilmiş çıxarış da torpaq sahəsinə aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 183 saylı vərəqində Akdoğan Cengizin adına qeydiyyata alınmış çıxarış torpaq sahəsinə aid hissədə ləğv edilsin və torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1269/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1269/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver