Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-127/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat əsas borcun, illik beş faiz olmaqla 1200 manat faiz borcunun, 129,60 manat dövlət rüsumunun, ümumilikdə 13329.60 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə həmkəndli olmaqla qonşudurlar. Aralarında normal qonşuluq münasibətləri olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Cavabdeh ticarətlə məşğuldur və bir neçə ticarət obyekti vardır. 2022-ci ilin iyul ayında Cavabdeh ticarətin genişləndirilməsi ilə bağlı pula ehtiyacının olmasını bildirərək, ondan 16000 manat məbləğində borc pul almış və iki ay ərzində qaytaracağını bildirmişdir. İki aydan sonra 1000 manat ödəmiş və pulun malda olmasını əsas gətirərək, ona vaxt verməyini xahiş etmişdir. Ondan sonra hissə-hissə 3000 manat pul və pulun dəyərində taxıl məhsulu vermişdir. Qalan 12000 manat pulu isə müxtəlif bəhanələr gətirərək, ödəməkdən boyun qaçırır. O, pulunu geri istədikdə onu hədələmişdir ki, ondan pulu istəsə canına qəsd edəcək və bununla bağlı 2024-cü ilin oktyabr ayında Tovuz RPŞyə ərizə ilə müraciət etmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və məlumat böhtan xarakterli olduğundan təsdiqini tapmamışdır. Orada izahat verərkən borcunun olmasını da etiraf etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş məhkəmə baxışına təyin edildikdən sonra cavabdehin vəkili məhkəməyə ərizə göndərərək iş materialalrı ilə tanış olmaq və əlavə sübutlar təqdim edilməsi baxımından işin təxirə salınmasını xahiş etmişdir. Vəkilin bu vəsatəti təmin edilməmişdir. Belə ki, iş üzrə hazırlıq iclası 27 noyabr 2025-ci il tarixə təyin edilmiş, 06 yanvar 2025-ci ildə birincio məhkəmə baxışı keçirilmiş, həmin iclas təxirə salınaraq növbəti dəfə 15 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarına gəlməyərək vəkillə müqavilə bağlamaq məqsədilə işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. 15 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınması ilə bağlı 14 yanvar 2025-ci ildə məhkəməyə müraciət edərək 12 yanvar 2025-ci ildə cavabdehin onunla müqavilə bağladığını bildirmişdir. Belə olduğu halda vəkilin müqavilə bağlandığı andan iş materialları ilə tanış olmaq ümün 3 gün vaxtı olmuşdur. Eyni zamanda işdəki əsas sübut Polis Şöbəsində toplanılmış materiallar olmuşdur ki, həmin materiallar da elektron sistemə əlavə edilmişdir ki, tərəflərin və hazırki iş üzrə vəkilin tanış olması mümkündür. MPM-nin 188.1-ci maddəsnə əsasən işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir. Məhkəmə vəkilin ərizəsində qeyd etdkləri halı müstəsna hesab etməyərək işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Tovuz rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, o Səməd adlı şəxsdən təxmini üç il bundan əvvəl 16000 manat pul aldığını etiraf etmişdir. O götürdüyü öhdəliyi yerinı yetirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəlləyə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.1). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7). Hazırkı iş üzrə iddiaçı ödənilməmiş 12000 manat pulu və həmin pulun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik beş faiz dərəcəsiylə hesablanmış 1200 manat pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Azərbaycan Respublikasэ Mьlki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə gцrə, məhkəmə yalnэz tərəflərin təqdim etdikləri sьbutlarэ araюdэrmalэ və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə gцrə, hər bir tərəf цz tələb və etirazlarэnэn əsasэ kimi istinad etdiyi hallarэ sьbut etməlidir. 217.3-cь maddəsinin tələbinə gцrə, qətnamə iю ьzrə mьəyyən edilmiю həqiqi hallara və tərəflərin qarюэlэqlэ mьnasibətinə uyрun əsaslandэrэlmalэdэr. 217.4-cь maddəsinin tələbinə gцrə, məhkəmə (hakim) цz qətnaməsini yalnэz məhkəmə iclasэnda tədqiq olunmuю sьbutlarla əsaslandэrэr. Məhkəmə юərh olunanlara əsasən və Azərbaycan Respublikasэ MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12000 manat əsas borc, illik beş faiz olmaqla 1200 manat faiz borcu, cəmi 13200 (on üç miniki yüz) manat pul və 129 (yüz iyirmi doqquz) manat 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-127/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-127/2025
15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver