Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1277/2024 27.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus 1000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Şamaxı şəhəri Nizami küçəsi 8də yaşayır.xx.xx.2022-ci il tarixdə“tap.az saytında Kamaz markalı avtomaşın satıldığını görmüşdür. Həmin elanda əlaqə nömrələri də göstərilmişdir. O həmin şəxsə zəng etmiş və Kamazla maraqlanmışdır. Cavabdeh avtomaşının ideal vəziyyətdə olduğunu demişdir. O ona demişdir ki, bayramdan sonra gəlib maşına baxacaq.Cavabdeh isə ondan 2000 manat beh göndərilməsini tələb etmişdir. O MilliÖn aparatı vasitəsilə ondan 2000 manat pulu Nürəddinə göndərmişdir. xx.xx.2023-cü il tarixdə maşına baxmaq üçün Tovuz rayonuna getmiş və baxmışdır. Maşın internetdə göstərilən vəziyyətdə deyildi. Yəni əksər detalları yox idi. Təkərləri yararsız vəziyyətdə idi. O ona dedi ki,bu maşın tam yararsız bir maşındır. Ona lazım deyil və pulunun qaytarılmasını xahiş etmişdir. Bundan sonra Nürəddin pulu qaytara bilməyəcəyini demişdir. O polisə şikayət etmiş, bundan sonra o onun pulunun 1000 manatını kart vasitəsilə ona göndərmişdir. Qalan 1000 manatını isə ödəmir. Ona son dəfə rəsmi xəbərdarlıq etmiş, lakin pulu qaytarmamışdır. Ona görə də, Cavabdeh əsassız olaraq özündə saxladığı ona məxsus 1000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, 2022-ci ildə maşınını satışa qoymuş və iddiaçı müraciət edərək bildirmişdi ki,maşını alır. O özü könüllü şəkildə beh vermişdi. Sonra to yenidən 1000 manat beh vermişdi.O isə Səxavətə maşına baxmasını təklif etmişdi. 2023-cü ilin yanvar ayının 5-də cavabdeh gəldi, buna baxmayaraq maşını bəyənmədi. Səxavət ona cəmi 2000 manat beh vermiş, 1000 manatını ona geri qaytarmışdır. Odur ki, iddi tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, avtomobilin alqı-satqısı ilə bağlı tərəflər razılığa gəlmiş, iddiaçı cavabdcehə 2000 manat məbləğində beh göndərmiş, avtomobil başqa adama satılmış, verilmiş behin 1000 manatı iddiaçıya qaytarılsa da, 1000 manatı qaytarılmamışdır. İş materiallarında olan cinayət işinin rədd olunması barədə qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında iddiaçının izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında şifahı razışlaşma olmuş, İddiaçı Kamaz markalı maşının alması üçün beh kimi 2000 manat pulu Cavabdeh vermiş, lakin aralarında alqısatqı baş tutmamış, cavabdeh həmin pulun 1000 manatını qaytarmış, qalan 1000 manatı isə iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. İşin hallarından göründüyü kimi tərəflər arasında yazılı beh müqaviləsi bağlanmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında hər hansı hüquq münasibəti olmadan cavabdeh iddiaçıya məxsus 2000 manat pulu əldə etmiş, 1000 manatını qaytarmış, qalan 1000 manatı özündə saxlamaqla hər hansı hüquqi əsas olmadan varlanmışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1000 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 1000 manat borc və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1277/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1277/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver