Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1298/2024 07.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, atası X1 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki işə Tovuz şəhərində 07 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada fərdi yaşayış evinin təmiri üçün sərf etdiyi 30000 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Cavabdeh2 ilə 2007-ci ildə evlənmiş, 2017-ci ildə nikahlarını qeyd etdirmişlər. Birgə nikahlarından bir nəfər uşaqları anadan olmuşdur. Evlənən zaman cavabdehlərin evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Həmin evdə 16 il yaşamışdır. İşləyir, qazancını, həmçinin valideynlərinin köməkliyi və bankdan və lombardlardan aldığı kreditlərlə həmin fərdi yaşayış evini yerləşdiyi həyətdə yeni ev tikdirmişlər. Həmin evin tikintisinə və təmirinə 30000 manat xərcləmişdir. Tovuz rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmağı ilə bağlı qətnamə qəbul edilmişdir. Ona görə də hesab edir ki, çıxarıldığı həmin evə çəkdiyi xərcləri tələb etmək hüququ vardır. Ekspertizanın rəyi ilə razılaşmır, çünki orada məbləğ az göstərilmişdir. Ona görə də cavabdehlərdən müştərək qaydada fərdi yaşayış evinin təmiri üçün sərf etdiyi 30000 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təmsil etmişdir. Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisə edilən ev onun deyildir. Həmin əmlakın mülkiyyətçisi bacısı, Cavabdeh1dır. İddia əsassızdır. Ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia əsassızdır. Həmin ev ona məxsusdur. İddiaçı onun icazəsi və razılığı olmadan orada tikinti-təmir işləri aparmışdır. İddianı qəbul etmir. Ora sərf olunan ləvazimatların sökülüb aparılmasını istəyir. Hətta o iddiaçıya qarşı təzminat iddiası qaldıracaqdır. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin və Cavabdeh2 nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 2(062)-1235/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında olan 18 iyul 2017-ci il tarixli nikah qeydinin pozulması qət edilmişdir. Surəti işə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 2(062)-1517/2023 saylı 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.9 kv metr olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşə əlavə olunmuş 30 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4122 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus torpaq sahəsində tikintisi tam başa çatmamış yaşayış evinin inşası üçün görülmüş tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 16496 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini əsaslı hesab etməklə, sübut növü kimi qəbul edir. İşə əlavə olunmuş çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırmaları ilə müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə yaşadıqları, çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, Cavabdeh1 məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. Cavabdehlərin izahatı ilə də bu fakt müəyyən olunur. 30 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4122 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus torpaq sahəsində tikintisi tam başa çatmamış yaşayış evinin inşası üçün görülmüş tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 16496 manat məbləğində olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclası zamanı müəyyən olundu ki, mübahisə edilən evin mülkiyyətçisi Cavabdeh1 iddiaçı tərəfindən evin yaxşılaşdırılmasına və ya abadlaşdırılmasına hər hansı bir tapşırığı və razılığı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülkiyyətçinin razılığı olmadan inşa edilmiş təmirtikinti işlərinə çəkilmiş xərclərin mülkiyyətçidən tələb edilməsi əsassız olmaqla, həm də qanunsuzdur. İddiaçı həmin xərci öz ərindən tələb etməlidir. Eyni zamanda həmin vaxt nikahda olduqlarına görə birgə nikah dövründə tikinti işləri apardıqları üçün çəkilmiş xərcin ½ hissəsi (yarısı) yəni 8248 manat hissəsi Cavabdeh2 alınaraq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Ona görə də iddianın 8248 manat hissəsi təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mövcud mübahisə üzrə cavabdeh ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, ona münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinə çəkilmiş xərcdə tərəflərin hər birinin ½ hissədə payları vardır. Bu səbəbdən İddiaçı xərcin özünə aid hissəsini yalnız Cavabdeh2 tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işdə olan materialları və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 8248 manat pul alınaraq İddiaçı verilməlidir. İddianın Cavabdeh1 və iddianın məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Dövlət rüsumunun 102,48 manat hissəsi Cavabdeh2 aid edilməlidir. Ekspertiza cavabdehlərin təşəbbüsü ilə təyin edildiyindən həmin xərc cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 8248 manat və ona uyğun olaraq ödənilmiş dövlət rüsumunun 102,48 manatı alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1298/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1298/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver