Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-13/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Vito 112 CDİ” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərə görə 5000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus qırmızı rəngli və “Vito 112 CDİ” minik markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı avtomobili şifahi razılaşma əsasında cavabdeh X7 11 ay bundan əvvəl təmir olunmaq üçün vermişdir. İddiaçı avtomobili cavabdeh X7 təmir edilmək üçün verərkən avtomobillər təmir edildikdən sonra X12, qırmızı rəngli avtomobili sürmək üçün qardaşına verəcəyini, digər avtomobili isə özünün sürməyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdeh X12 İddiaçı sürəcəkləri avtomobillərə görə pul verəcəyinə söz vermişdir. Lakin, cavabdeh X12 şifahi razılaşmanı pozaraq “Vito 112 CDİ” minik markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı övtomobili təmir etmək əvəzinə kondisioneri, təkərləri bir sözlə avtomobildə qiymətli nə vardırsa hamısını söküb öz avtomibilinə yığaraq mənimsəmişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayında cavabdeh X12 İddiaçı zəng edərək iddiaçıya məxsus avtomobil ilə Şəmkir rayonunun ərazisində qəza törətdiyini bildirmişdir. Eyni zamanda İddiaçı cavabdeh X5 avtomobili təmir edəcəyinə dair razılaşmanın pozulmasına tam əmin olmuşdur. Lakin, sonradan cavabdeh X12 güman edildiyi kimin bütün razılaşmaları açıq-aşkar pozaraq İddiaçı məxsus avtomobili təmir etməkdən yayınmışdır. Eyni zamanda məlum olmuşdur ki, cavabdeh X12 əslində avtomobildən oğurladığı ehtiyyat hissələrini mənimsəmək üçün özündən qəza hadisəsi uydurmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə avtomobili İddiaçı özü təmir etdirəcəyini bildirmişdir. Bunun üçün Tovuz rayonunda evakuator çağırmış və avtomobili Ağstafaya aparmışdır. Nə qədər çalışsa da, avtomobili işə sala bilməmişdir. Sonradan avtomobili Bakı şəhərinə gətirmiş və hazırda təmir etdirir. Beləliklə cavabdeh X12 “Vito 112 CDİ minik” markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin motorunu dəyişmiş, təzə təkərlərini dəyişmiş, kondisionerini çıxarmış və digər oğurluqlar etmişdir. Göründüyü kimi cavabdeh X12 İddiaçı “Vito 112 CDİ minik” markalı **- ZY-*** dövlət qevdiyvat nömrə nişanlı avtomobili mənimsəməkdə ifadə edilən 5000 manat məbləğində zərər vurmuşdur. Cavabdeh X5 oğurluq etməsindən polisə şikayət edilmişdir. İddiaçı izahatı alınmış, Tovuz Rayonu PŞ-nin müstəntiqi tərəfindən cinayət işi başlanmasından imtina olunmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, avtomobili işlək vəziyyətdə alıb ona vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, o İddiaçı Vita markalı avtomobilini ondan götürərək işlətmiş və 6 ayda hər gün üçün ona 35 manat pul vermişdir.Şəmkir rayonunun Düyəri kəndinin ərazisində hərəkətdə olarkən idarə etməni itirərək avtomaşını aşırmışdır. Həmin vaxtda avtomobil ustada təmirdə olmuşdur. O avtomobili təmir etdirərək Almaza təıhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/7248 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materialında göstərilən 04 ədəd 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus təkərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 340,00 (4 ədəd x 85,00 manat) manat müəyyən edilir. 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərikki, banı, kondisioneri barədə yerli internet saytlarında satış elanları olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin banının rənglənməsinə çəkilən xərcin məbləği təxminən 2000 manat müəyyən edilmişdir. Həmin avtomobilin banına aid hissələr barədə məlumat olmadığından yığılmasına çəkiləcək xərc üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Ağstafa şəhəri, H.Əliyev prospekti, ev 8də yaşayan İddiaçı DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinin sərəncam verilməsi haqqında ƏN-Vİİİ nömrəli 862285 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 Benz Vito 112CDİ minik markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X2 idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün səlahiyyət vermişdir. İşdə olan qeydiyyat şəhadətnaməsindən görünür ki, İddiaçı X16 112CDİ minik markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisidir. İş materiallarında olan X4 Tovuz rayon Polis şöbəsinə verdiyi zahatın məzmunu aşağıdakı kimidir: -mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ailə üzvülərimlə birlikdə yaşayıram, rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul oluram. Mən ailəmin dolanışı üçün özümə məxsus Vita markalı avtomobilimlə Tovuz Bakı marşurutunda sərnişin daşıyıram. Mənim avtomaşınımda kondisoner olmadığı üçün Ağstafa rayon sakini İddiaçı Vita markalı, dövlət nömrə nişanı ** ZY *** olan avtomobilini bir ilə yaxındır ki, icarəyə götrüb işlədirəm. Mən Almazın avtomobilini işlətdiyimə görə hər gün üçün Almaza 35 manat pul təxminən 6 ay ərzində ödəmişəm. Təxminən 6 ay əvvəl mən Şəmkir rayonun Düyərli kəndinin ərazsində avtomobillə olarkən idarə etməni itirib avtomaşını aşırtdım. Həmin vaxtdanda avtomobil ustada təmirdədir. xx.xx.2023-cü il tarixdə Almaz mənimlə telefon əlaqəsi saxlayaraq avtomobilini Tovuz rayon İmtahan və qeydiyyat şöbəsində öz adına sənədləşdirilməsini bildirdi. Mən avtomaşını qeydiyyat şöbəsinə aparan zaman avtomaşın xarab oldu və mən maşını başqa bir maşına qoşub Şöbəyə aprdım. İmtahan və qeydiyyat şöbəsində maşını sənədləşdirən zaman şöbənin əməkdaşları tərəfindən biz bildirdilər ki, maşının ban nömərsi, mühərrik nömrəsi və rəngi düzgün deyil. Ona görədə avtomaşını sahibi Almazın adına sənədləşdirmək mümkün olmadı. Bildirmək istəyirəm ki, mən avtomaşını bir il əvvəl sahibi Almazdan alan zaman Almaz mənə heç bir sənəd verməmişdir, mən avtomobildə heç bir dəyişiklik etməmişəm, avtomobildə hər hansı bir dəyişilik olubdursa maşın sahibində olan zaman olmuşdur, mən maşının sahibi Almazdan avtomobili idarə etmək üçün Etibarnamə istəsəmdə Almaz mənə Etibarnamə vermədi və hər dəfə mənə dedi ki, maşını kim saxlasa mənlikdir. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində avtomobili təmir etdirmək üçün cavabdehə verdiyini bildirsə də, cinayət işinin başlnamasının rədd edilməsi haqqında qərardan və cavabdehin izahatından müəyyən edilir ki, cavabdeh avtomobilin rəsmiləşdiriməsi üçün iddiaçıya müracitə etsə də o bundna imtina etmişdir. Mülki Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Hazırki işdə isə icarə müqaviləsinin hər hansı şərtlərinə riayət edilməmiş, avtomobilin hansı şərtlərlə iddiaçıya verilməsi müəyyən deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1096.1. Mьlki hьquq pozuntusu (delikt) hьquqla və ya qanunla mьdafiə edilən baюqa юəxsə (zərərзəkənə) birbaюa ziyan və ya zərər vurulmasэna gətirib зэxaran təqsirli, hьquqa zidd (mьlki qanunvericiliyin normalarэnэ pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı vurulmuş ziyanın əvəzi qismində 5000 manat pulun X3 tutulmasını xahiş etmişdir. Cavabdeh ziyanın əvəzi qismində tələb edilən pul məbləği ilə razılaşmadığından məhkəmə ekspertizası təyin olunmuş və verilmiş rəy əsasında mübahisəli avtomobil üçün 04 ədəd 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus təkərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 340,00 (4 ədəd x 85,00 manat) manat; 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin banının rənglənməsinə çəkilən xərcin məbləği təxminən 2000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən 2340 manat pul tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh avtomobilə dəymiş ziyanı aradan qaldırdığını iddia etsə də o bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 43 manatı cavabdehdən tutularaq həmin rüsumu ödəmiş İddiaçı ödənilməli; ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, cavabdehdən ekspertiza xərci olan 60 manat pul dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 2340 (iki min üç yüz qırx) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh X3 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh X3 ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-13/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-13/2025
15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver