Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-135/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Tovuz şəhərində 22 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyan hesabına 1990 manat, 540 manat aylıq ödəniş, 160 manat evakuator xərci olmaqla, cəmi 2690 manat və ödənilmiş 47,90 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, EL-AY MMC-nin direktorudur. Nəqliyyat vasitəsinin alqı satqısı ilə məşğul olur. xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 28.000 manata olan “KİA CEED” markalı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilkin ödəniş olaraq 1000 manat ödəmiş, qalan məbləği isə 50 ay müddətinə ayda 540 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. Razılaşmaya əsasən, cavadeh müqavilə üzrə öhdəliklərini tam olaraq icra etdiyi halda “KİA CEED” markaı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətinə veriləcəkdir. Cavadeh Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq aylıq ödəniş etməmiş, avtomobilin ödənişlərini etməsi barədə xəbərdarlıq edilsə də , ödənişlərini etməmişdir. 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh yaşadığı evə gedərək avtomobili tələb edən zaman avtomobilin nasaz vəziyyətdə olduğu, onun müəyyən hissələrinin sökülərək götürüldüyü və müəyyən hissələrinə ziyan vurulduğu müəyyən edilmişdir. Həmin ziyan iş materiallarına əlavə etdiyi video diskdə və müayinə aktında öz əksini tapmışdır. 12 sentyabr 2023- cü il tarixdə Cavabdeh “KİA CEED” markalı ** OA *** dövlət qeydiyyat nömrəli avtomobili qaytarmış, avtomobil nasaz vəziyyətdə olduğundan onu evakuatorla yaşadığı evdən özünün iştirakı ilə servizə aparmışdır. Daha sona Bakı şəhərində texniki baxış keçrilib və avtomobilin mühərrik, turbo, surət qutusu, su dövriyyəsi boruları, sağ qabaq qanadları, sol qabaq fara, qabaq buferi sıradan çıxmış və yararsız vəziyyətə düşmüşdür. Ümumilikdə avtomobilə 2990 manat ziyan dəymişdir. Zəmanət avtoservisin verdiyi akta əsasən həmin avtomobilin təmiri və dəymiş ziyan ümumilikdə 2990 manat təşkil edir. Dəymiş ziyandan ilkin olaraq ödənilən 1000 manat çıxmaqla 1990 manat ziyan müəyyən olunur. Bundan başqa cavabdeh alqı-satqı müqaviləsinə əsasən 1 aylıq ödəniş etmişdir, həmin ödənişin məbləği 540 manat təşkil edir. Avtomobilin Bakı şəhərinə aparılması üçün 160 manat evakuatora xərc ödəmişdir. “KİA CEED” markaı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün Cavabdeh verilən etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Odur ki, Cavabdeh maddi ziyan hesabına 1990 manat, 540 manat aylıq ödəniş, 160 manat evakuator xərci olmaqla, cəmi 2690 manat pulun və ödənilmiş 47,90 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 26 fevral 2022-ci ildə “KİA CEED” markalı 99OA372 dövlət qeydiyyat nömrə nişanlı maşını təqdim etmiş və maşını 1500 (min beş yüz) manat ilkin ödəniş, aylıq 540 manat ödəməklə 36 (otuz altı) aydan sonra maşının ona verilməsini demişdir. Maşına baxış keçrilərkən maşının nisbətən nasaz və köhnə olduğunu iddiaçıya bildirəndə o vəd etdi ki, maşını tezliklə dəyişəcək. 2023-cü ilin aprel ayına qədər ödənişlərini ödəmiş və qəbzləri ərizəsinə əlavə etmişdir. Ümumilikdə iddiaçıya 9700 manat ödəmişdir. İlkin ödəniş olaraq da 1500 manat ödəmişdir. Maşını apararkən ödədiyi pulu tələb etsə də, 1500 manat pulu qaytaracaqlarına söz verdilər. Maşın 12 gün istifadə olunmadığından akkumlyator nasaz vəziyyətdə olduğundan maşının mühərrikini işə sala bilmədiyindən evakuatorla apardılar. Hesab edir ki, 1550 manat özünə qaytarılmalıdır və ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı “KİA CEED” markalı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətini 28000 manata müəyyən etmişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən 28000 manat olan nəqliyyat vasitəsi üçün ilkin ödəniş olaraq 1000 manat ödənilir və qalan məbləği isə aylıq 540 manat olmaqla 50 ay müddətində ödənilməsinə tərəflər razılaşmışlar. Müqavilədə qeyd olunmuşdur ki, əgər müqavilə şərtləri pozularsa müqavilədə göstərilmiş aylıq ödənişlər icarə haqqına tutulur və heç bir geri ödəniş olunmur. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin xitam verilməsi barədə sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə satıcı EL-AY MMC və alıcı Cavabdeh tərəfindən bağlanmış alqı-satqı müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Xitam verilmə səbəbi bütün aylar üzrə ödənişin gecikməsi, aylıq ödənişin 1 aydan çox gecikməsi, avtomobilə vurduğu zərərin bərpa edilməməsi olmuşdur. İşə əlavə olunuş Zəmanət şirkətinin avtoservisində avtomaşına baxış keçrilmiş və dəymiş zərərlə bağlı avtomaşına mühərrikə (2-ci əl) 1250 manat, turbo təmirə 450 manat, sürətlər qutusunun təmirinə 250 manat, su dövriyyəsi borularına (2-ci əl) 120 manat, sağ qabaq qanad üçün (2-ci əl) 140 manat,sol qabaq fara (2-ci əl) üçün 230 manat, qabaq faranın buferi üçün 50 manat, dəmirçi üçün 250 manat, rəngsaz üçün 250 manat təmir xərci müəyyən olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 28.000 manata olan “KİA CEED” markalı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomabilin ilkin ödəniş olaraq 1000 manat ödəmək şərti ilə, qalan məbləği isə 50 ay müddətinə ayda 540 manat ödəməklə iddiaçı tərəfindən Cavabdeh satılmışdır. İş üzrə cavabdeh ilkin olaraq iddiaçıya 1500 manat ödədiyini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilmədi. Razılaşmaya əsasən, cavadeh müqavilə üzrə öhdəliklərini tam olaraq icra etdiyi halda, KİA CEED markalı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətinə verilməli idi. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilədə nəzərdə tutulan müddətlərdə hər ay 540 manat pul ödəməli olduğu halda ödəməmişdir. Yalnız əvvəlki aylarda ödəniş etmiş, sonradan gecikdirmiş, daha sonra isə müqavilənin şərtlərini pozaraq ödəniş etməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanan müqavilə nisyə alqı-satqı müqaviləsidir. 12 sentyabr 2023-cü il tarixdə Cavabdeh yaşadığı evdən avtomobili nasaz vəziyyətdə iddiaçı təhvil almış və məhkəmə iclasında hər iki tərəf ifadəsində göstərmişdir ki, avtomobil evakuator vasitəsi ilə Bakı şəhərinə aparılmışdır. Zəmanət avtoservisin verdiyi akta əsasən həmin avtomobilin təmiri və dəymiş ziyan ümumilikdə 2990 manat təşkil edir. Dəymiş ziyandan ilkin olaraq ödənilən 1000 manat çıxmaqla 1990 manat ziyan müəyyən olunur. Avtomobilin Bakı şəhərinə aparılması üçün 160 manat evakuatora xərc ödəmişdir. İddia tələbi ümumilikdə 2690 manata hesablanmışdır. İddiaçının tələb etdiyi 540 manat icarə haqqının ödənilməsini isə məhkəmə əsassız hesab edir. Belə ki, tərəflər arasında olan müqaviləyə əsasən, müqavilənin şərtləri pozularsa, aylıq ödənişlər icarə haqqına tutulur. Lakin icarə haqqı barədə hər hansı başqa göstəriş yoxdur. Cavadeh Cavabdeh ilkin ödəniş olaraq 1500 manat ödəməsi, razılaşmanın 36 ay müddətində olması, maşına baxış keçrilərkən maşının nisbətən nasaz və köhnə olması, maşının tezliklə dəyişdirilməsi, 2023-cü ilin aprel ayına qədər ödənişlər etməsi ümumilikdə iddiaçıya 9700 manat ödəməsi barədə ifadəsində göstərsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Digər tərəfdən ödənilmiş məbləğin icarə haqqına sayılması və geri qaytarılmaması barədə Cavabdeh özünün imzaladığı öhdəliyi vardır. İşdə olan Zəmanət şirkətinin tərdib etdiyi aktla müəyyən olunur ki, avtoservis tərəfindən avtomaşına baxış keçrilmiş və avtomaşına mühərrikə (2-ci əl) 1250 manat, turbo təmirə 450 manat, sürətlər qutusunun təmirinə 250 manat,su dövriyyəsi borularına (2-ci əl) 120 manat, sağ qabaq qanad üçün (2-ci əl) 140 manat, sol qabaq fara üçün (2-ci əl) 230 manat, qabaq faranın buferi üçün 50 manat, dəmirçi üçün 250 manat, rəngsaz üçün 250 manat xərc çəkilməsi müəyyən olunmuşdur. Avtomobil cavabdeh tərəfindən istifadəsiz qaldığından və müqavilədə icarə haqqı nəzərdə tutulmadığından iddianın 540 manat hissəsi təmin olunmamalıdır. Göründüyü kimi bu hal yalnız ödənilmiş aylıq ödənişlərə aiddir və həmin ödənişlərin geri qaytarılmaması məqsədilə müqaviləyə əlavə edilmişdir. Ona görə də iddianın 540 manat icarə haqqına aid hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, hər iki tərəfin hüquq və vəzifələri yaranmışdır. Zəmanət şirkətinin tərdib etdiyi aktla müəyyən olmuşdur ki, avtoservis tərəfindən avtomaşına baxış keçrilmiş və avtomaşına mühərrikə (2-ci əl) 1250 manat, turbo təmirə 450 manat, sürətlər qutusunun təmirinə 250 manat, su dövriyyəsi borularına 120 manat, sağ qabaq qanad üçün (2-ci əl) 140 manat, sol qabaq fara üçün (2-ci əl) 230 manat, qabaq faranın buferi üçün 50 manat, dəmirçi üçün 250 manat, rəngsaz üçün 250 manat xərc tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən dəyəri 28.000 manata olan KİA CEED markalı ** OA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilkin ödəniş olaraq 1000 manat ödəmək şərti ilə qalan məbləği isə 50 ay müddətinə ayda 540 manat ödəməklə iddiaçı tərəfindən Cavabdeh satılmışdır və qeyd olunan müqaviləni hər iki tərəf şəxsən imzalamışlar. Müqavilənin şərtləri cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Satıcı əşya geri qaytarıldığına görə əmlaka dəymiş zərəri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh 1990 manat maddi ziyan, 160 manat evakuator xərci və 41,5 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1990 manat maddi ziyan, 160 manat evakuator xərci və 41,5 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-135/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-135/2024
22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver