Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-137/2023 02.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «payın naturada müəyyən olunması tələbinə» dair mülki işə Tovuz şəhərində 02 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədə iddia qaldıraraq İddiaçı ilə Cavabdeh ümuni birgə mülkiyyətlərində olan Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzilin ½ hissəsindən İddiaçı payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, Tovuz şəhəri, Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzili ½ hissədə ümumi birgə mülkiyyətdə daşınmaz əmlakın dövlət reyestrində **********054-05101-093009 reyestr nömrəsi, № ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd edilən mənzil İddiaçı mərhum anası X1 adına qeydiyyata olmuş və X2 12 avqust 2018-ci il tarixdə avtomobil qəzasında, atası X3 isə xx.xx.2017-ci il tarixdə miokard infarkt səbəbindən vəfat etməsindən sonra vərəsəlik qaydasında ½ hissədə İddiaçı, ½ hissədə isə iddiaçının qardaşı Cavabdeh miras əmlak oaraq qalmışdır. İddiaçı, ona ayrılan hissəni satıb, əldə olunan vəsait hesabına Bakı şəhərində özünə yaşayış evi almaq istəsədə cavabdeh ona razılıq vermir. Odur ki, İddiaçı ilə Cavabdeh ümuni birgə mülkiyyətlərində olan Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzilin ½ hissəsindən İddiaçı payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Lakin məhkəməyə teleqram göndərərək bildirdi ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iaştirak edə bilməyəcəkdir, ona görə də onun iştirakı olmadan işə baxıb iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsini rəhbər tutaraq mülki işə iddiaçının iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara əsasən təmin edilməməlidir. Belə ki, **********54-05101-093009 reyestr nömrəli “texniki pasport”-dan görünür ki, xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın dövlət reyestrində Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. İş materallarına əlavə olunmuş 13 mart 2019-cu il tarixli 2V-312 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vərəsəsi-qızı İddiaçıdır və o miras əmlakdan ½ hissədə irs almalıdır. Həmin mənzilin Cavabdeh çatası ½ hissəsi açıq saxlanılmışdır. İş materaillarna əlavə olunmuş xx.xx.2023-cü il tarixli 10/6081 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, paylı mülkiyyət üzrə İddiaçı və Cavabdeh məxsus Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzilinin ½ hissədə naturada ayrilmasinin və bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X1 **********54-05101-093009 saylı çıxarışa əsasən, Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzil dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyətlərində olan Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzilin ½ hissəsindən İddiaçı payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə 13 aprel 2022-ci il tarixdə məhkəmə tikinti-texniki təyin etmişdir. İşdə olan ekspert rəyində aydın və başa düşülən şəkildə qeyd edilmişdir ki, Tovuz şəhəri Xəqani küçəsində yerləşən və ümumi sahəsi 73,90 kv.m olan 6 saylı evin 57 saylı mənzilin ½ hissədə naturada ayrilmasının və bölünməsinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmamışdır. Göründüyü kimi ekspert rəyi ilə sübut olunur ki, iddia tələbində göstərilən evin naturada bolunməsi mümkün deyildir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətlə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz edilməsi ilə xitam verilir. Həmin Məcəllənin 223.1-ci və 223.2-ci maddələrinə görə, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyinin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilin natirada bolünməsi, işin məhkəmə məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə habelə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «payın naturada müəyyən olunması» tələbi təmin olunmasın. iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-137/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-137/2023
02.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver