Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1399/2024 31.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı borc tələbinə dair mülki işə Tovuz şəhərində 31 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq borc tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə AS Mobile mağazası arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 159595 saylı müqaviləyə əsasən, İmei kodu **********85897/**********85905 olan Xiaomi 12X Grey 8/256 GB markalı telefonu nisyə almış və nəticədə 1303,64 manat borc yaranmışdır. Cavabdeh 200 manat pul ödəmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ona borcu cəmi 1303,64 manat təşkil etmişdir. Ona görə də Cavabdeh X1 xeyrinə 1199 manat əsas borc, 104,64 manat cərimə borcu olmaqla, cəmi 1303,64 manat borc və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 34 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 1399 manat dəyərində İmei kodu **********85897/**********85905 olan Xiaomi 12X Grey 8/256 GB markalı telefon verilmişdir. İlkin ödəniş 100 manat olmaqla, cəmi 200 manat ödəniş edilmiş, 1199 manat borc qalmışdır. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 1199 manat əsas borc, 104,64 manat cərimə olmaqla, cəmi 1303,64 manat borcu vardır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, AS Mobile mağazası ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, sonuncu İmei kodu **********85897/**********85905 olan Xiaomi 12X Grey 8/256 GB markalı telefonu nisyə olaraq 1399 manata almış və cavabdeh 200 manat pul ödəmişdir. Borclu müqavilənin şərtlərini pozaraq nisyə aldığı malın əsas məbləğini gecikdirmişdir. Cavabdehin iddiaçı təşkilata 1199 manat əsas borc, 104,64 manat cərimə olmaqla, ümumilikdə 1303,64 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, kredit razılaşmasına əsasən tələb olunan müqavilə üzrə 104,64 manat cərimə azaldılaraq 10,46 manat məbləğində müəyyən olunması qanuni və əsaslıdır. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 1199 manat əsas borc, 10,46 manat cərimə borcu olmaqla, cəmi 1209,46 manat pul alınaraq AS Mobile mağazasının (X1) xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Ödəniləcək məbləğ 1209,4 manat olduğundan ödənilmiş 32 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən, 1199 manat əsas borc, 10,46 manat cərimə borcu olmaqla, cəmi 1209,46 manat borc və ödənilmiş dövlət rüsumunun 32 manatı alınaraq AS Mobile mağazasının (X1) xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-1399/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1399/2024
31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver